Məqalənin aktuallığı. Peşəyönümü və sosial məşğulluq sosial-pedaqoji və sosial-psi-
xoloji, eləcə də sosial-iqtisadi mahiyyəti ilə son illər çox aktuallaşmış cəmiyyətin formalaş-
maqda olan müxtəlif sosial təbəqələrinin maraqlarını ifadə edən, diqqət mərkəzində olan
problemlərdən birinə çevrilmişdir. Problemə belə yanaşmanı aktuallaşdıran başlıca səbəblər-
dən biri XXI yüzilliyin ilk onilliyində dünyada baş verən qloballaşma ilə yanaşı və ölkəmizdə
ictimai-siyasi və sosial-iqtisadi yeniləşmənin təsiri ilə formalaşmaqda olan bazar iqtisadiyya-
tına keçid dövrü olmuşdur.