169 siyanı azaltmaq və onların bir-biri ilə qarşılıqlı əlaqə bacarıqlarının inkişaf etdirilməsi, nitq
aktivliyi, anlama, diqqətin inkişafı, ümümi və kiçik motorikanın inkişafı, hərəkət koordina-
siyası, oyun, bacarıq və səriştəliliyin inkişafıdır.
Adaptasiya dövründə tərbiyəçi uşaqlara inkişafetdirici funksiyaları həyata keçirən
fəaliyyət növləri təklif edir.
-qum və su ilə oyun (uşaqlara, müxtəlif həcmli qablar, qaşıqlar, qıflar, süzgəclər verir.
Uşaq suyu bir qabdan başqasına süzür, oraya kürəciklər, balıqlar atır);
-əllərlə monoton hərəkətlər (piramidaların və ya həlqələrin çubuğa keçirilməsi);
-əlin sıxılması (uşağa rezin oyuncaqlar verir ki, onu sıxsın, səsini çıxarsın);
-flomastrla, markerlə, boya ilə şəkil çəkmək;
-sakit musiqiyə qulaq asmaq;
-gülüş terapiya ilə məşğul olmaq.
Araşdırmalardan belə aydın olur ki, inkişafetdirici təlimin əsas komponentlərindən biri
də qrup otağında emosional xoş atmosferin, şəraitin yaradılmasıdır. İnkişafetdirici mühitin
yaradılmasında aşağıda göstərilən psixoloji tələblərin nəzərə alınması məqsədəuyğundur:
-mühit müasir, erqonomikanın bütün tələblərinə cavab verən, uşaq fəaliyyəti üçün
rahat olmalıdır;
-uşaq fəaliyyətinin inkişafında yeni, perspektivli səviyyəyə nail olmanı təmin etməli-
dir;
-mühitin baza komponentləri, uşaq və böyüklərin fəaliyyətlərinin makro və mikro-
mühitləri ilə mütənasib və miqyasca uyğun olmalıdır;
-uşağın aktual, yaxın gələcək və perspektiv inkişafının, konkret fəaliyyət növlərinin
əşyavi əsasının amplifikasiyası əsasında yaradıcı bacarıqların inkişafının tələbatlarını təmin
etməlidir;
-uşaq bağçasındakı uşaqların yaş xüsusiyyətlərini nəzərə almalıdır.
Məlumdur ki, hər bir uşağın, onun hissi qavramasının, təfəkkürünün, zehninin, özünü-
dərkin, ünsiyyət bacarığının, dünyagörüşünün inkişaf etməsinə səbəb olan bir sıra oyuncaqları
olur. Müşahidələr göstərir ki, valideynlərin uşağının sevimli oyuncağını, evdə yemək zamanı
istifadə etdiyi sevimli boşqab və qaşığını bağçaya gətirməsi onu ev şəraitinə yaxınlaşdırır. Bü-
tün bunlar uşağın həyatında ona hisslərini ifadə etməyi, ətrafdakılarla ünsiyyət qurmağı və
özünü dərk etməyi öyrədən mühit rolunu oynayır.
Təcrübə göstərir ki, uşaqların və onların valideynlərinin şəkilləri olan fotoalbomun
qrup otağına gətirilməsi daha yaxşı nəticələrə səbəb olur. Uşaq istədiyi vaxt sevimli valideyn-
lərini, əzizlərini görə bilir və darıxmır.
Adaptasiyanın uğurlu keçməsi davranış reaksiyası və adaptasiya dövrünün müddətində
əks olunur. Davranış adaptasiyasının dörd əsas faktorunu qeyd etmək olar: emosional vəziy-
yət, kommunikativlik, gündüz yuxusu, iştah.
Uşağın adaptasiya olmasının ilkin əlamətləri:
-yaxşı iştah;
-sakit yuxu;
-başqa uşaqlarla həvəslə ünsiyyət qurmaq;
-tərbiyəçinin istənilən cümləsinə adekvat reaksiya;
-normal emosional vəziyyət.
Təcrübə göstərir ki, uşaqların məktəbəqədər təhsil muəssisələrinə tam uyğunlaşması
uçün aşağıdakı məsələlərə diqqət yetirilməsi zəruridir:
1. Uşaqların məktəbəqədər təhsil müəssisəsinə psixoloji uyğunlaşması prosesinin