Редаксийайа дахил олуб: 01.05.2015
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
178
I-II siniflərdə çalışmalar həlli vasirəsilə şagirdlərin
riyazi hazırlığının artırılması
Samirə Tağıyeva
ADPU-nun dosenti,
Təranə Səfərova
ADPU-nun magistrantı
Ряйчиляр: р.ц.е.д., проф.Щ.И.Асланов
ф.-р.ц.ф.д., дос.Н.С.Шярифов
Açar sözlər: məsələ, müşahidə, müqayisə, fiqur, ədəd
Ключевые слова: задача, наблюдение, сравнение, фигура, число
Key words: issue, observation, comparison, figures, numbers
Yeni materialın izahını dinləyərək, dərsliyi oxuyaraq, müxtəlif əyani vasitələri nə-
zərdən keçirərək, praktik tapşırığı yerinə yetirərək, şagirdlər əvvəlki biliklərini qarşıların-
da duran tapşırığın icrasına yönəldir, hesablamanı və qavramanı həyata keçirirlər. Tə-
fəkkür qavramanı təşkil edib istiqamətləndirərək bir tərəfdən onun qarşısında vəzifələr
qoyur, digər tərəfdən qavrama nəticələrini yenidən işləyir və bunun da nəticəsində öyrə-
nilən obyekt haqqında bilik formalaşır, obyektin əvvəllərdə məlum olmayan yeni xassə-
ləri qavranılır. Müşahidə biliyə əsaslanır. Yəni müşahidəçinin müşahidə edilən obyekt
haqqında biliyi nə qədər çox olsa, onu daha tam hərtərəfli və məzmunlu qavrayır. An-
caq, yaxşı müşahidə qabiliyyətinə malik olmaq üçün təkcə bilik azdır, bundan əlavə mü-
şahidə üsullarını bilmək zəruridir. Müşahidənin keyfiyyətli olması üçün şagirdləri müşa-
hidəyə həvəsləndirmək azdır, vacib vəzifə şagirdlərin bu istiqamətdə fəaliyyətlərini təşkil
etməkdir. Müşahidələr göstərir ki, hətta “4” və “5” qiymətlərlə oxuyan şagirdlərin
bəziləri zəif müşahidə qabiliyyətinə malik olur.
I sinfin 30 şagirdindən yalnız 6 nəfəri aşağıdakı çalışmaları səmərəli yolla həll edə
bildi:
1.
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
Dostları ilə paylaş: |