Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə132/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   128   129   130   131   132   133   134   135   ...   298
 
 
100 
fəaliyyətə başlamış oldu. 
90-cı illərin əvvəlindən öz müstəqilliyini ikinci  dəfə elan edən Azərbaycan Respubli-
kası yeni, dünyəvi və hüquqi dövlət quruculuğu yolunda inamla addımlayır. Bədnam qonşula-
rımız tərəfindən cəlb olunduğumuz müharibənin gətirdiyi məhdudiyyətlərə baxmayaraq ölkə-
də  həyata keçirilən dövlər quruculuğu islahatlarının  sırasında təhsil  İslahatının  özünəməxsus 
yeri və stateji əhəmiyyəti dönə-dönə öz təsdiqini tapmaqdadır. Xalq təsərrüfatının bütün sahə-
ləri üçün kadr hazırlığı təhsilin vəzifəsi olduğu üçün burada da mühüm islahatların aparılması 
lazım  gəlirdi.  Təhsilin  bütün  pillələrində  aparılan  islahat  tədbirlərinin  nəticələri  məsələnin 
əsaslı  həllinə  yönəlsə  də,  təxirəsalınmaz  alternativ  tədbirlər  görmək    lazım  gəlirdi.  Ölkədə 
sənayenin, təhsil sisteminin, kənd təsərrüfatının inkişafı ilə yanaşı xidmət sahələrinin forma-
laşması xalq təsərrüfatının bütün tələbatını ödəməsə də ixtisasdəyişmə, yenidənhazırlama yolu 
ilə əmək bazarının tələbatını təmin etmək məsələsi artıq reallıqları əks etdirməyə məcbur idi. 
Əsas məsələ kimi əhalinin qeyi-məşğul hissəsinin işlə təmini kimi görünsə də əmək bazarının 
real tələbnatı da artmaqda idi. Həm də bu tələbatın hiss olunduğu sahələr innovativ xarakteri 
ilə əsaslı dəyişikliklərin baş verməsini şərtləndirirdi. 
ƏƏSMN-ninin  yaradılması,  eləcə  Baş  Məşğulluq  İdarəsinin  yenidən  qurulması  ilə 
onun struktur bölmələrin fləaliyyətini gücləndirdi. Bu bölmələr özlərinin əldə etdiyi məlumat-
lar  əsasında  əmək  bazarını  öyrənir,  öz  perspektivlərini  müəyyənləşdirirlər.  Bu  perspektivlər 
ölkədə  vətəndaş  cəmiyyətinin  formalaşmasının,  hüquqi  dövlət  quruculuğunun,  o  cümlədən 
dövlətçilik ənənələrinin qorunması gücləndirilməsi baxımından ümümdövlət əhəmiyyətli mə-
sələləri özündə birləşdirir. Bütün bunlar üçün sosial məşğulluğun təmin olunmasını şərtləndi-
rən amillərin olmasını tələb edir.   
I.  Ölkədə  sosial  məşğullun    təmin  edilməsinin  mühüm  şərtlərindən  biri  müvafiq  nor-
mativ-hüquqi bazanın yaradılması məsələsi idi. 
1995-ci ilə referendum yolu ilə qəbul olunmuş müstəqil dövlətimizin ilk Konstitutsiya-
sında (35 maddə, 8-ci bənd) ölkə vətəndaşlarının sosial məşğulluğunun təmin olunması məsə-
ləsi də qanunauyğun olaraq öz ifadəsini tapmışdır. Burada göstərilir ki,hər bir vətəndaş azad, 
müstəqil surətdə özünə,imkan və qabiliyyətinə müvafiq  məşğulluq növünü seçə bilmək imka-
nına malikdir. 
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu 2001-ci ildə yenidən işlənib 
hazırlandı və qəbil olundu. Dövlətin məşğulluq siyasıti bununla bitmədi, müntəzəm olaraq  bu 
məsələ ilə bağlı sərəncamlar, qərarlar qəbul edildi, çox mühüm iqtisadi əhəmiyyəti olan döv-
lət proqramları qəbul edildi. Bu proqramlardan çox mühüm iqtisaadi əhəmiyyəti olan (2003-
2006) yoxsulluğun aradan qaldırılması, Reqionların sosial-iqtisadi inkişafı (2004-2008) Döv-
lət  Proqramı  elə  mahiyyət  etibarilə  əhalinin  sosial  məşğulluq  problemlərinin  həllinə  yönəl-
dilmiş çox mühüm dövlət tədbirləri idi.  
Bu keçid dövrünün bütöv mənzərəsi çox da uzaqda olmayan bir tarixi dönəmdə  peşə-
yönümü, peşə maarifi, əmək bazarının çevikliyi, ixtisasartırma və ixtisasdəyişmə ilə bağlı mə-
lumatların gündəlik həyatımıza daxil olması və bununla bağlı problemləri ön plana çəkməklə 
zənginləşmiş  oldu.  Sosial  məşğulluğun  bazar  iqtisadiyyatının  gətirdiyi  problemlərdən  ən 
önəmlisi kimi həm iqtisadiyyatın qurulması, həm də bu quruculuq platformasında hər kəsin öz 
vəzifəsini, işini, yaradıcı və innovativ şəkildə yerinə yetirməsinə, konkret məzmunda və aydın 
kriteriyalarla  yanaşmasını  şərtləndirən  yeni  yanaşma  tərzini  formalaşdırdı.  Əmək  bazarında 
bilik və bacarıqların mənimsəməsi, çevik və rəqabətə davamlı peşəkarlığa yiyələnmənin apa-
rıcı  tələblərdən  biri  olması  təhsil  sistemində,  o  cümlədən  peşəyönümü  və  texniki  peşə  təh-
silində məzmun və strateyiya dəyişikliyini gündəmə gətirdi. 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin