Редаксийайа дахил олуб: 24.04.2015
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
133
Ибтидаи синифлярдя шаэирдлярин нитг вярдишляринин
инкишаф етдирилмяси васитяляри
Зющря Мяммядова
Sumqayıt Dövlət Universitetiнин
баш мцяллими
Е-маил: дурдана-а@маил.ру
Ряйчиляр: ф.ц.ф.д., дос.Д.Т.Ялийева
пед.ц.ф.д., дос.С.А.Рящимова
Açar sözlər: ibtidai sinif, nitq vərdişləri, vasitələr, işin məzmunu
Ключевые слова: начальная школа, речевые навыки, средства и содержание
работы
Key words: elementary school, speech habits, means and content of the work
Nitq mədəniyyəti dedikdə, hər şeydən əvvəl, filologiyanın dildən ünsiyyət vasitəsi
kimi istifadə qaydalarını elmi əsasda öyrənən sahəsi nəzərdə tutulur. Nitq mədəniyyəti
anlayışından bu və ya digər nitq təzahürünün keyfiyyətini bildirmək üçün də istifadə edilir.
Nitq mədəniyyətinin konkret predmetini müəyyənləşdirmək (məsələn, fonetika, qrammatika
və s. predmeti kimi) çox çətindir və bu sahə bir növ predmetsiz sahədir. Çünki burada bu və
ya digər dil faktı, hadisəsi yox, üsullar, qayda-qanunlar sistemi öyrənilir. Bundan əlavə nitq
mədəniyyəti milli mədəniyyətin tərkib hissəsidir. Millətin mədəniyyətinin göstəricilərindən
biri də gözəl nitqdir (həm şifahi, həm də yazılı nitq nəzərdə tutulur). Gözəl nitq üçün birinci
növbədə aşağıdakılar tələb olunur: a) dilin özünün səmimiliyi, ifadə imkanlarının genişliyi
(Azərbaycan dilinin fonetik, leksik və qrammatik quruluşu buna tam imkan verir); b) həmin
dildən istifadə edənlərin hazırlığı, yəni dilin səmimiliyindən, ifadə imkanlarının genişliyindən
faydalanmaq vərdişlərinin inkişaf etməsi.
Müasir dövrdə elmi informasiyanın fasiləsiz axını ibtidai siniflərdə rabitəli nitq
vərdişləri aşılanmasını təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulur. Bununla əlaqədar ana
dili təliminin təkmilləşdirilməsi, şagirdlərin nitq mədəniyyətinin inkişaf etdirilməsi üzrə
işlərin məzmununun zənginləşdirilməsi metodik və pedaqoji nöqteyi nəzərdən böyük
əhəmiyyət kəsb edir. L.V.Zankov, R.B.Elkonin, A.A.Lyublinskaya və başqalarının tədqiqat-
larında kiçik yaşlı məktəblilərin idraki imkanlarının yuksəkliyi qeyd edilir. Onlar şagirdlərin
malik olduqları potensial imkanlarından lazımi səviyyədə, məqsədyönlü şəkildə istifadə
olunmasını, I-IV siniflərdə ana dilinin hərtərəfli öyrənilməsini, bir sıra nəzəri və praktik
məsələlərin elmi əsasda verilməsini tələb edirlər.
Məktəbə ilk qədəm qoyan uşaqların fərdi nitq xüsusiyyətlərini öyrənmədən, onlardı
nitq mədəniyyətini formalaşdırmaq və bu məqsədlə də aparılan işlərin məzmunlu və sistemli
təşkili düzgün həll edilə bilməz. Müasir məktəblinin dilini öyrənmək lazımdır.
Uşaqlar məktəbəqədərki dövrdə danışıq nitqini öyrənir, dilin qrammatik qayda-
qanunlarını praktik yolla mənimsəyir, ətraflarındakı adamlarla ünsiyyətə qoşulur, başqalarının
fikrini başa düşür və nəhayət, öz fikirlərini müəyyən dərəcədə rabitəli şəkildə ifadə etməyi
bacarırlar. Altıyaşlıların nitqi beş və yeddiyaşlıların nitqindən də müəyyən xüsusiyyətlərinə
görə fərqlənir. Bu fərq, hər şeydən əvvəl, onlarda fiziki-fizioloji proseslərin inkişafı ilə
şərtlənir.
Uşaqların fiziki cəhətdən müxtəlifliyi onların nitqinə də təsir göstərir. Elə ki, anato-
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
Dostları ilə paylaş: |