170 optimallaşdırılması;
-həyəcan səviyyəsini azaltmaq ;
- komfort vəziyyət yaratmaq;
- sosial kommunakabelliyi formalaşdırmaq.
2. Fizioloji uyğunlaşma prosesinin optimalaşdırılması:
- məktəbəqədər təhsil müəssisəsində təhsil alanların xəstələnmə səviyyəsini aşağı
salmaq;
- uşaqların fiziki inkişaf səviyyəsini yüksəltmək.
3. Psixoloji və fizioloji uyğunlaşmasını həyata keçirmək.
Yuxarıda göstərilən məsələləri növbəti prinsiplər əsasında tətbiq etmək məqsədəmü-
vafiqdir:
-yaş və psixoloji xüsusiyyətlərin uyğunluğu prinsipi;
-metodikaların həyata keçirilməsinin ardıcıllığı və mərhələliliyi;
-komplekslilik prinsipi;
-yaradıcı fəallıq prinsipi;
-uşaq, valideyn və tərbiyəçi arasında münasibətlərdə etibarın (inamin) olması;
-valideynlərin maarifləndirilməsi, uşaqların təlimi və sağlamlaşdırılması;
-valideynlərin gün rejimi, uyğunlaşma dövrünün xüsusiyyətləri və onun gedişatından
asılı olduğu faktorlar ilə tanışlığı.
Uşaqlara yanaşmanın fərdiliyi və differensasiyasının təminatı məqsədi ilə onların mək-
təbəqədər təhsil müəssisəsinə getməsində fiziki vəziyyətlərinin və psixoloji hazırlıqlarının
diaqnostikası aparılır. Buna görə aşağıdakı üsullardan istifadə olunması məqsədəuyğundur:
-uşaqların sağlamlıq kartlarının öyrənilməsi; bu, hər bir uşağın fiziki vəziyyəti haqqın-
da rəy tərtib etməyə, müəyyən xəstəlikləri üzə çıxarmağa və gələcək işin gedişinda əldə oluna
biləcək məlumatları nəzərə almağa imkan verir;
-valideynlərlə söhbət və anketləşdirmə; uşağın sosiallaşması, gun rejiminə uyğunlaş-
ması, əsəb- psixoloji vəziyyəti, fərdi- şəxsiyyət xüsusiyyətləri üzə çıxarmaq məqsədi güdür;
-nəzarət (müşahidə) – uşaq qrupa gələndən onun məktəbəqədər təhsil müəssisəsinə
uyğunlaşmasının xarakterini qiymətləndirmə çox vacibdir.
Uşaq üzərində aparılan bütün müşahidələr uyğunlaşma vərəqlərində qeyd olunur.
Emosional rahatlıq həm uyğunlaşma dövrünün əvvəlində, həm də sonunda əsas para-
metr kimi xarakterizə olunur.
Bu cür kompleks tədqiqat nəticəsində uşaq bağçasına yeni daxil olan uşaqların emo-
sional vəziyyətləri haqqında fikir formalaşır. Bu zaman alınan məlumatlar uşaqların məktəbə-
qədər təhsil müəssisələrinə uyğunlaşmasının gedişatının xarakterinə uyğundur. Beləliklə, uy-
ğunlaşma müddəti ilə emosional rahatlıq arasında birbaşa əlaqə vardır.
İşin növbəti mərhələsində uşaqların uyğunlaşmasının yüngülləşməsinə istiqamətlənmiş
tibbi- psixo- pedaqoji ölçülər sistemi həyata keçirilir.
Uşaqların uyğunlaşma dövründəki iş növbəti istiqamətlərdə aparılır:
-qrupda emosional rahat mühitin yaradılması;
-uşaqlarda arxayınlıq hissinin formalaşdırılması.
Tədqiqat göstərir ki, adaptasiya dövründə uşaq qəlbinə uyğun olan poetik obrazlı danı-
şıqdan gündəlik istifadə olunması, şeirlərin, laylaların, bayatıların, mahnıların köməyi ilə
uşaqların yeni mühiti sevinclə qəbul etməsi, öz gücünə inanması, istilik, məhəbbət və mərhə-
mət hisslərini əldə etməsi təhsil müəssisəsinə müvəffəqiyyətlə uyğunlaşmanı sürətləndirir.
Uşağın fiziki vəziyyəti, onun özündən böyük və yaşıdları ilə ünsiyyətinin formalaş-