Редаксийа щейяти


edilməsində inkişafetdirici təlimin rolu



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə236/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   232   233   234   235   236   237   238   239   ...   298
edilməsində inkişafetdirici təlimin rolu 
                                       
Şərafət  Baxışova  
pedaqogika  üzrə fəlsəfə doktoru, dosent, 
ADPU 
E-mail: Sharafat_baxishova1960@mail.ru 
 
Rəyçilər: ped.ü.e.d., prof.İ.H.Cəbrayılov 
                ped.ü.f.d., dos.P.M.Həsənova 
 
Açar  sözlər: məktəbəqədər dövr, uyğunlaşma, inkişafetdirici mühit,  əməkdaşlıq, psi-
xoloji və fizioloji uyğunlaşma,  sosial mühit 
Kлючевые слова: дошкольный период, адаптация, развивающая среда, сотруд-
ничество, психологическая и физиологическая адаптация, социальная среда 
Key  words:  preschool  period,  adaptation,  developing  environment,  cooperation, 
psychological and physiological adaptation, social environment 
 
Uşağın məktəbəqədər təhsil müəssisəsinə daxil olması sosial mühitin başqa dəyişikliyi 
kimi onun psixi və fiziki vəziyyətində ifadə olunur. Uşaqlar erkən yaşda adaptasiya prosesinə 
daha həssas olurlar.
 
Uşağa laqeyd yanaşmaq və ya bunun tam əksini etmək onda hissi və şəxsi 
inkişafı ləngitdiyi kimi, həm də öyrənmə və adaptasiya problemləri də yaradır. Məhz bu dövr-
də uşaq valideynlərindən ayrıla bilmir, zəif və özünü böyüklərdən asılı hiss edir. Bununla ya-
naşı  onlarda intensiv  fiziki  inkişaf gedir, psixi funksiyalar sürətli  templərlə təkmilləşir. For-
malaşma  mərhələsində  mühitin  dəyişməsi  və  yeni  davranış  formalarının  mənimsənilməsi 
uşaqdan böyük səy tələb edir. Bu dövrdə davranışın xüsusiyyətləri əsasən temperamentin xü-
susiyyətləri ilə əlaqədar olur. Fleqmatik temperamentli uşaqlarda tormozlanma müşahidə olu-
nur. Xolerik uşaqlar isə əksinə, hədsiz dərəcədə qıcıqlanırlar. Emosional vəziyyət uşağın yu-
xusunda və iştahasında da özünü büruzə verir. Uşağın əşya aləminə də münasibəti dəyişir. O, 
oyuncaqlara biganə qalır, ətrafdakılara maraq azalır, nitq fəallığının səviyyəsi aşağı düşür, lü-
ğət  ehtiyatı  zənginləşmir.  Ümumi  əzgin  vəziyyət,  tərbiyəçi  və  yaşıdları  ilə  gərgin  ünsiyyət 
orqanizmin reaktivliyini  pozur və uşağın  tez-  tez  xəstələnməsinə səbəb  olur. Sözsüz ki,  belə 
bir şəraitdə inkişafetdirici təlimin təmin olunması üçün göstərilən problemlərin aradan qaldı-
rılması zəruridir. 
Müşahidələr göstərir ki, uşaqların məktəbəqədər təhsil müəssisələrinə adaptasiyasının 
üç  dərəcəsi  mövcuddur:  yüngül  orta  və  ağır.  Bunların  əsas  göstəriciləri  uşağın  emosional 
vəziyyətinin normallaşmasının müddəti, yaşıdlarına və tərbiyəçiyə müsbət münasibətin yaran-
ması, əşya aləminə maraq, kəskin xəstəliklərin təkrarlanması və müddətidir. 
Uyğunlaşma dövrünün əsas məqsədi uşağa mümkün qədər tez və əziyyətsiz yeni mü-
hitə alışmağa kömək etmək, özünü rahat  hiss etməkdə  yardım  etməkdir. Uşağın  özünü rahat 
hiss  etməsi  yaşadığı  mühitdə  onu  səmimi,  qayğıkeş,  mehriban  insanların  əhatə  etdiyini  başa 
düşdüyü  halda  mümkündür.  Bunun  üçün  tərbiyəçilərin  uşaqlar  və  valideynlərlə  ilk  tanışlığı 
xoş  və  müsbət  emosiyalarla  dolu  şəraitdə  həyata  keçirilir.  Tərbiyəçilər  ilk  növbədə  uşaq  və 
valideynləri qrup otağında kollektivlə  tanış edir.   
  
Uyğunlaşma dövründə oyun məşğələlər keçirilir ki, bunların da əsas məqsədi uşaqlar-
da stres vəziyyətinin qarşısını almaq, emosional gərginliyi aradan qaldırmaq, həyəcanı, aqres-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin