Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
23
Bədii nəsrdə tarixi hadisələrin inikasında
bədii təxəyyül faktoru
Bəxtiyar Əsgərov
filologiya üzrə fəlsəfə doktoru
Е-маил: ndn-2009@mail.ru
Rəyçilər: f.ü.e.d., prof. B.Əhmədov
f.ü.e..d., prof.M.Qasımlı
Açar sözlər: roman, mənbə, tarix, sintez,
gerçəklik,
bədii təxəyyül
Ключевые слова: роман, источник, история, синтез, действительность,
художественный вмысль
Key words: roman,
the source, history, synthesis, the reality,
artistic imagination
XX əsrin 30-cu illərindən başlayan tarixə müraciət intensiv xarakter aldıqca yazıçı və
tarix, tarixin bədii inikası, tarixi düşüncə vüsəti məsələləri diqqət mərkəzində olmuşdur.
Tarixin bədii yaradıcılığın mənbələrindən birini təşkil etməsi prosesindən sonra daha kəskin
və aktual şəkildə qarşıda duran əsas problemlərdən biri olur. Tarixi mövzuya maraq artdığı
kimi, tarixdən yazılan əsərlərə də oxucu marağı artmağa başlayır. Lakin elə bu vaxtdan
başlayaraq əsərdə tarixi gerçəklik və bədii təxəyyül məsələsi ilə bağlı bağlı nəzəri fikirdə
yaranan mübahisələr bu gün də bu və ya başqa şəkildə davam edir. Əlbəttə, bu mübahisələrin
məzmunu zaman keçdikcə dəyişir və inkişaf edir; 30-40-cı illərdə gerçəklik və bədii təxəy-
yülün sintezi 70-80-ci illərin nəzəri pəncərəsindən, yaxud postmodernist düşüncənin tarixə
baxışından fərqlənir. Biz burada Azərbaycan tarixi romanının müəyyən mərhələlərndə tarixi
gerçəklik və bədii təxəyyül probleminə nəzər yetirəcək və onların qarşılıqlı münasibətlərinə
ədəbiyyatşünaslığın mövqeyni təhlilə cəlb edəcəyik.
Bədii əsərdə gerçəklik və bədii təxəyyül probleminə nəzər yetirərkən belə bir qənaəti
xüsusi vurğulamaq lazım gəlir ki, tarixi romanda yazıçının əsas məqsədi qələmə aldığı döv-
rün, hadisənin mahiyyətini təhrif etməməsi, eləcə də, aparıcı meyillərin əsas xüsusiyyətlərinə
mümkün qədər əməl etməsidir. Ancaq onu da nəzərə almaq lazımdır ki, hər hansı bir tarixi
mövzuda əsər yazarkən yazıçı həmin dövrün tarixi hadisələrini yaxşı öyrənməli, bilməli olsa
da, heç zaman hər hansı bir tarixçinin vəzifəsini öz öhdəsinə götürmür. Yazıçının məqsədi
tarixi təkrar etməkdən, tarixi xronoloji cəhətdən təsvir edərək onun surətini çıxarmaqdan daha
çox, tarixi həqiqətləri söyləmək, tarixin fəlsəfi, etnoqrafik, etnopsixoloji dərkini verməkdən
ibarətdir.
Göründüyü kimi, tarixi romana nəzəri yanaşma bir çox sualları ortaya çıxarır, eyni za-
manda belə bir həqiqəti ortaya qoyur ki, tarixin bədii düşüncəyə nüfuzu böyük olsa da, tarixi
həqiqətlə bədii təxəyyülün sərhədlərini qarışdırmaq olmaz. Təəssüf ki, Azərbaycan ədəbiyyat-
şünaslığında hələ də tarixçi ilə yazıçının vəzifələri aydınlaşdırılmayıb. Tarixi mövzu nədir, ta-
rixçi ilə yazıçı (yaxud şair, dramaturq!) hansı məqamda birləşir, hansı məqamda ayrılırlar.
Azərbaycan ədəbiyyatşünaslığının tarixi romanlarla bağlı araşdırmaları bir şeyi ortaya çıxarır:
ədəbi, tarixi əsərdə tarixin "təhrifi" Azərbaycan tarixi romanlarının "Axilles dabanı" olduğu
kimi, milli ədəbiyyatşünaslığımızın da ən zəif nöqtəsidir.
İlk tarixi roman yarandıqdan sonra ədəbi əsərdə tarixin təhrif olunması ilə bağlı müx-
təlif məqalələr, rəylər yazılmışdır. Hətta burada yazıçı və tarixçi, yazıçı-yazıçı arasında gedən
polemik müzakirələr də getmişdir. Bir məsələ aydındır ki, Azərbaycan tarixi romanlarının ya-