26 hakimiyyətinin ilk illərində Şamaxıda Katibi adında şair çox məşhur idi" (3, 27) cümləsində
Katibinin şairin adı yox, təxəllüsü olması barədə iradı bir qədər düzəliş xarakteri daşıyır.
Əslində Şərqdə şairlər daha çox təxəllüsləri ilə tanınır və o cür də adlandırılırlar. Onda gərək
Nəsiminin, Nəiminin hər təxəllüsü çəkildikcə onların gərək adları da qeyd oluna. Bu da bədii
əsərin zorla tarixləşdirilməsi, yaxud elmi tədqiqat xarakteri daşımasına gətirib çıxarar.
Tarixçi Ə.Rəhimova görə, Əlincənin mühasirə edildiyi vaxtlar qala rəisləri sərdar
altunla Şəki hakimi Əhməd Orlatın adı çəkilir ki (3, 37), yazıçı burada səhv etmişdir.
Tarixçiyə görə, yazıçı burada "Şəki hakimi Sidi (Seydi) Əhməd Orlatla onun atası Əhməd
Orlatı qarışıq salmışdır" (2, 139). Lakin elə buradaca tarixçi özü də etiraf edir ki, ilk dəfə pro-
fessor İ.P.Petruşevski tərəfindən edilən bu səhv sonralar da davam etmişdir (2, 139). Bu cür
faktlar bəzən tarixi araşdırmaçılar tərəfindən belə mübahisə mövzusu olduğu halda, yazıçıdan
tarixi dəqiqlik tələb etmək o qədər də doğru deyildir.
İ.Hüseynov "Quran"ın yaranması ilə bağlı yazır: "Peyğəmbər iyirmi üç il əldə qılınc
döyüşüb fəth eydiyi yerlərdə dini zor və qılıncla qəbul etdirib. "Quran" onun zamanında
mövcud deyilmiş, şahım. Ölüm ayağında peyğəmbər əlini bir TAXTA QABA uzadıb, bir
kəlmə "Quran" deyib. Məlum olub ki, iyirmi üç il ərzində vəhy zamanı kəlamlarını QURU
KÜRƏK SÜMÜKLƏRİNƏ YAZDIRIB O TAXTA QABA ATIRMIŞ (böyüdülmüş mətn
tarixçiyə məxsusdur və romandakı səhvlərə işarəsi kimi qəbul olunmalıdır-B.Ə.) (3, 47).
Tarixçi burada Quranın hanı katiblər tərəfindən nə zaman yazıldığını, Teymurləngə
qədər harada neçə nüsxə olduğunu isbatlamağa çalışır: "Bütün bunları qeyd etməkdə məqsəd
budur ki, ilk dəfə Quran vəhy olunarkən heç də QURU KÜRƏK SÜMÜKLƏRİNƏ YAZILIB
TAXTA BİR QABA ATILMAMIŞDIR. Görün nə qədər kürək sümüyü lazımdır ki,
yazılışından asılı olaraq, təxminən 200-300 səhifədən ibarət olan Quran onlara köçürülsün və
bir qaba yerləşdirilsin" (2, 139).
Tarixçi Ə.Rəhimov "Məhşər" romanında 14 bu kimi təhriflər göstərir və tarix kitabla-
rından, məxəzlərdən gətirdiyi faktlarla öz fikirlərini "sübut edir" və bu səhvlərin, tarixi yanıl-
maların əsas səbəblərindən biri kimi XIV əsrin sonu-XVI əsrin əvvəllərinin tarixinin, həmçi-
nin hürufizmin Azərbaycan tarixşünaslığında lazımınca tədqiq edilməməsində görür (2, 142).
Tarixçinin bu tarixi yanılmalara öz münasibəti vardır və bu yanılmaların bəzilərini
yazıçı qəbul etməyə bilmir, baxmayaraq ki, bu qüsurlar bədii əsər üçün çox kiçikdir, hətta bir
çox hallarda onun üzərindən sükutla da keçmək olar. Tarixçinin romandakı "yanlışlıqlara"
münasibətinə münasibət bildirən yazıçı İ.Hüseynov onun tərəf müqabilini bir yazıçı kimi
deyil, tarixçi olaraq müzakirəyə qoşduğunu bildirir. İ.Hüseynov tarixçiyə cavab olaraq yazır:
"...bilirsiniz ki, yazıçıların tarixi fakt və hadisələrlə rəftarı və ümumən tarixə münasibətləri
əksər hallarda sərbəst olub, tarixi əlində "mum" kimi işlədib (A.Düma) öz fikir və ideyalarına
uyğun "fiqurlar yapan", müxtəlif əsrlərdə yaşamış hökmdarların bioqrafiyalarını birləşdirib
bir hökmdara verən (Feyxtvanger), yəni tarixdən yalnız şərti material kimi istifadə edən
yazıçılar olub vəə indi də var. Sizə, şübhəsiz məlumdur ki, Nizamidən Şekspirə, L.Tolstoya
qədər uca sənətkarlar tarixin kopiyasını çıxarmaqla məşğul olmayıblar. Nizaminin İskəndəri
Makedoniyalı Aleksandr deyil və ola da bilməzdi: Şekspirin Maqbeti, Liri, Tolstoyun
Kutuzovu, sizin gözünüzün qabağında Vaqif, Qacar, İbrahim xan, dünya ədəbiyyatında
əbədiyyət qazanmış yüzlərlə tarixi şəxsiyyət ədəbi şəxsiyyətə çevrilib" (2, 145).
Tarixçinin Quranın yaranması barədə ensiklopedik məlumatlardan yararlanaraq yazı-
çını tənqid etməsi, tarixi təhrif etməsi ilə bağlı fikirləri də özünü doğrultmur. Elə buna görə də
tarixçinin bu quru məlumatları yazıçının etirazına səbəb olur və o, "Sizi heç maraqlandır-
madımı ki, görəsən müəllif bu sümükləri hardan eşib çıxarıb?" (2, 147) sualını verir və dərhal