Biz tələbələrin ekoloji maariflənmə və ekoloji mədəniyyətə yiyələnmə səviyyəsini aşkara çıxar-
maqda diaqnostik xəritə tərtib edib eksperimental və kontrol qrupların göstəricilərinə aydınlıq gətirmək
mümkün olur. Bu məqsədlə pedaqoji ədəbiyyatda rast gəldiyimiz diaqnostik xəritələrin imkanlarından
faydalandıq. Bu zaman şəxsiyyətin xassələri diqqət mərkəzində dayandı. Şəxsiyyətin xassələri
sırasında idraki komponentə; fəaliyyətyönümlü komponentə, motivasiya-dəyər yönümlü fəa-
liyyət komponentinə;fənn-metodik komponentə fikir verilirdi. Aşağıdakı diaqnostik xəritə
dedilkərimiz barədə aydın təsəvvür yaradır:
Diaqnostik xəritə:
Şəxsiyyətin xassələri.
Ы. İdraki komponent:
1. Ətraf mühitin mühafizəsi, ekoloji təhsil və tərbiyə sahəsində Azərbaycan Respub-
likasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamları, Nazirlər Kabinetinin qə-
rarlarını, müvafiq qanunları bilmək.
2. Tələbələrin ətraf aləmin qorunması, təhsil aldığı institut və ya universitetdə ekoloji
təhsil və tərbiyə üzrə tədbirlərin təşkilində və həyata keçirilməsində yaxından və fəal iştirak
etməsi.
3. Tələbələrin ölkəmizin flora və faunasıdan, ekologiyanın və təbiətin mühafizəsinin
əsas məsələlərindən xəbərdar olması.
4. Diyarşünaslıqla tanış olmaq.
5. Tələbələrin hər birində ekologiya, biologiya, coğrafiya dərslərində ekologiyaya,
ekoloji böhran və onun aradan qaldırılması yollarına, təbiətin flora və faunasına, ətraf mühitin
qorunmasına dair biliklərə yiyələnməyə maraq, həvəs və tələbatın olması, təbiətin mühafizəsi
üzrə fəaliyyətdə yaxından iştirak etmək.
6. Tələbələrdə təbiətin dostları olmaq tələbatının təşəkkül tapması.
7. Təbiətdə davranmaq və fəaliyyət göstərmək qaydalarını bilmək və onlara əməl
etmək.
II. Motivasiya-dəyər yönümlü fəaliyyət:
1. Ətraf aləmə, təbiətə, onun sərvətlərinə, bitki və heyvanat aləminə qayğıkeş, huma-