Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə62/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   58   59   60   61   62   63   64   65   ...   298
Редаксийайа дахил олуб: 04.05.2015 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
52 
Oğuz qrupu türk dillərində məişət leksikası  
 
Əsmər Səfərli  
Bakı Slavyan Universiteti 
“Türkologiya” kafedrasının doktorantı 
E-mail: 
esi.seferli@mail.ru
 
 
Rəyçilər: f.ü.e.d., prof. İ.B.Kazımov 
                 f.ü.f.d., dos. D.T.Əliyeva 
 
Açar  sözlər: məişət leksukası, Azərbaycan dili,  türk dilləri, genetik tərkib, semantik 
transformasiya 
Ключевые  слова:  бытовая  лексика,  азербайджанский  язык  и  тюркские  языки, 
генетический компонент, семантическая трансформация 
Key  words:  household  vocabulary,  English  and  Turkish  languages,  the  genetic 
component, semantic transformation 
 
Müasir  türkologiya  türk  dillərinin  məişət  leksikasının  öyrənilməsi  təkcə  linqvistlər 
üçün deyil, bütün türk xalqlarının tarixini, etnoqrafiyasını araşdıran tədqiqatçılar üçün də ma-
raqlı faktlar verə bilər. Bu gün dünya xalqlarının mənəvi mədəniyyətində qədim köklərə ma-
lik olan məişət leksikası yavaş-yavaş silinərək modern bir formaya düşmək üzrədir. Qədim ta-
rixi  adət-ənənələri,  ailə-məişət  dəyərlərini  ifadə  edən  məişət  leksikasını  müasir  texnologiya-
larının gətirdiyi yeni təsəvvürləri, tarixi ənənələrlə heç bir bağlılığı olmayan məişət davranış-
larını, texnologiyaları əks etdirən leksik vahidlər əvəz edir. Bütün bunlara baxmayaraq digər 
dil vahidlərindən fərqli olaraq məişət leksikasının öz daxilində gizlətdiyi və yaşatdığı tarix da-
ha uzun ömürlü hesab edilir, onlar leksik fomddan çox gec silinir. Türk xalqlarının məişət lek-
sikasının araşdırılması təkcə bu dil vahidlərinin leksik-semantik xüsusiyyətlərini, onların fun-
ksionallaşmasının  xarakterini  aşkarlamır,  həm  də  aid  olduğu  xalqın  maddi  mədəniyyəti  ilə, 
onun  tarixi  keçmişi,  bu  günü  və  sabahı  ilə  tanış  olmağa  imkan  verir.  Исследование  таких 
слов  «даст весьма ценный материал для  реконструкции семантического развития лек-
сики  тюркских  языков,  что  составляет  одну  из  основных  задач  сравнительно-истори-
ческой лексикологии» [3: 4]. 
Deməli, bu leksikanın araşdırılması həm də dil tarixi baxımından çox əhəmiyyətlidir. 
Azərbaycan  və  türk  dillərində  məişət  leksikasında  xarakterinə  görə  oxşar,  ad  baxımından 
fərqli və eyni zamanda xarakterinə görə fərqli, ad baxımından oxşar və lüğətlərdə qeyd olun-
mayan dil vahidləri çoxdur. Onların bir qismi dialektlərdə, bir qismi qədim yazılı mənbələrdə, 
bir qismi isə müasir türk dillərində öz izlərini qoruyub saxlayırlar. Belə sözlərin toplanması və 
tədqiqi  türk  dillərinin  leksikasının  semantik  genişlənməsi  və  dəyişməsinin  öyrənilməsi  üçün 
dəyərli  material  verə  bilər  ki,  bu  da  müqayisəli-tarixi  leksikologyanın  əsas  vəzifələrindən 
biridir.  
Bu  günə  qədər  türk  dillərində  məişət  leksikasının  araşdırılmasına  müxtəlif  tədqiqat 
işləri  həsr  edilmişdir.  Bunlara  M.A.Zeynalovun  “Azərbaycan  dilinin  dialekt  və  şivələrində 
məişət  leksikası”  (1982),  B.B.Abdiqaliyevanın  “Qazax  dilinin  məişət  leksikası”  (1985),  Q. 
Jumakovanın “Manas” eposunun məişət leksikası” (1988), T.X.Xayrutdinanın “Tatar dilinin 
məişət  leksikası”  (2000),  L.F.Tuxbiyevanın  “Tatar  ədəbi  dilində  paltar  və  baş  keyimləri 
leksikası”  (2006),  X.D.İşbulatovanın  “Başqırd  dilinin  məişət  leksikası”(2005),  N.B.Erlenba-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin