Redaktor və rəyçilər: İlham Məmmədli


SultaN bəyə ÖZ dəyəriNi verək



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix31.01.2017
ölçüsü5,26 Mb.
#6976
1   2   3   4   5   6   7   8   9

SultaN bəyə ÖZ dəyəriNi verək
Sultan bəyin öz xalqı qarşısında gördüyü vətənpərlik işlərinə 
görə dəyərini 90 il bundan öncə alıb və onu sözün həqiqi mənasında 
indi də xalq qəhrəmanı hesab edirlər və gələcəkdə də belə olacaq-
dır. Bununla yanaşı o, dövlət səviyyəsində hələ də layiq olduğunun 
yolunu gözləyir.
Zəngəzurun, Laçının, Yuxarı Qarabağın və sair bölgələrimizin 
tarixini  araşdıran,  xeyli  elmi  kitabların,  müxtəlif  yazıların, 
ermənilərlə bağlı faciələrin araşdırıcısı kimi, mənəvi haqqı olan bir 
vətəndaş kimi böyük məsuliyyətlə deyə bilərəm ki, Sultan bəy ir-
sinin araşdırılması, onun müasir zamanda bəlkə də hər gün təbliği 
Azərbaycan üçün çox gərəklidir. Bu isə ən çox tarixi sənət və sü-
butlara söykənən dəlillərlə, təkcə Azərbaycan xalqına deyil, bütün 
dünyaya çatdırılmalıdır. Çünki, Azərbaycan xalqının, Azərbaycan 
dövlətinin, onun dostlarının, geniş ictimaiyyətin buna böyük ehti-
yacı vardır.
Sevindirici odur ki, 29 yanvar 2011-ci il tarixdə Prezident Apa-
ratının məsul əməkdaşı Rövşən müəllim və Laçın rayon icra baş-
çısı Ramiz Cəbrayılovun rəhbərliyi ilə laçınlı ziyalıların, mətbuat 
işçilərinin, digər insanların, Sultan bəyin yaxın qohumlarının işti-
rakı ilə Sultan bəyin anadan olmasının 140 illiyinə həsr olunmuş 
ilk yığıncaq keçirildi, insanlar öz fikirlərini bölüşdülər.
Məlum oldu ki, tədbir və gələcəkdə görüləcək digər işlər Res-
publika rəhbərliyinin siyasi iradəsinin nəticəsidir.
Sultan  bəyin  əməyinin  dəyərləndirilməsi  üçün,  mənim  şəxsi 
fikrimcə,  onun əhatəsi, yaşadığı, mühit və bölgə, keçdiyi yollar, 
göstərdiyi xidmətlər tarixi sənədlərə söykənən məlumatlar əsasında 
olmalıdır və bu barədə kifayət qədər sənədlər vardır. Burada bir 

Sultan bəy və Xosrov bəy qardaşları
50
məsələni də diqqətdə saxlamaq lazımdır ki, o da onun qardaşı Xos-
rov bəyin keçdiyi yol, atası Paşa bəyin, İbrahim bəyin, Cəlil bəyin, 
xanımının qohumları olan dəyərli bəylərin xidmətləri ilə birlikdə 
aparılan  araşdırmalar  olmalıdır.  Digər  vacib  məsələ Azərbaycan 
xalqının  300  illik  qatı  düşməni, Azərbaycanın  əzəli  torpaqların-
da məskunlaşan, havasını udan, suyunu içən, çörəyini yeyən, bu 
xalqdan qayğı görən, lakin kürəyimizə arxadan xəncər saplayan, 
qızlarımızı, gəlinlərimizi zorlayan, döşlərini kəsən, gözünü çıxar-
dan, dərisini soyan, diri-diri quyulara dolduran, məscidlərə yığıb 
yandıran, çılpaq kürəyə qaynar samavar bağlayan, körpələri nizəyə 
keçirən,  parçalayan  və  s.  insanlığa  yad  olam  əməllər  törədən 
ermənilərin  hansı  qüvvələrlə  Sultan  bəy  və  onun  tərəfdarları  ilə 
üzbəüz, gəlməsi məsələləridir.
Sultan bəyin böyüklüyünü təkcə 1918-ci il Zəngəzur hadisələri 
ilə çərçivələndirmək olmaz. O, müxtəlif illərdə müxtəlif şəhər və 
kəndlərin,  əhalisinin  müdafiəsində  əvəzsiz  xidmətlər  göstərmiş 
şəxs dir.
Tarixi  sənədlər,  müxtəlif  cürə  qeydə  alınmış  hadisələr,  real 
həqiqətlər  göstərir  ki,  ermənilərin  istər  Cənubi  Azərbaycanın 
şəhər və kəndlərində, istər Şimali Azərbaycan torpaqlarında, Qərbi 
Azərbaycanda  (indiki  Ermənistanda),  Naxçıvanda,  Borçalıda, 
Dərbənd vilayətində, Zəngəzurda, Kür-Araz və Kars Demokratik 
Cümhuriyyəti  torpaqlarında  ermənilərə  layiq  olduqları  cəzaları 
Sultan bəy səviyyəsində və həcmində heç kim verməmişdir. 
Budur Sultan bəy böyüklüyü!
Sultan bəy çox cavan yaşlarında da atası Paşa bəylə, Araflıdan 
olan  İbrahim  bəylə  Şuşada, Yuxarı  Qarabağda,  Zəngəzurda,  La-
çın bölgəsinin həm Qərb və həm də Şərq hissələrində ermənilərlə 
sərhəd  kəndlərində  erməni  qımdaxlarına  qarşı  müdafiə  işlərində 
fəallıq göstərmişdir.
1902­1907-ci  illər  arasında  demək  olar  ki,  ermənilər  Azər­
baycanın hər yerində əhaliyə silahlı basqınlar, qırğınlar, dağıntı-
lar törətmişlər. Ruslar Rusiyanın özündə xüsusi mərkəzlər təşkil 
etmişlər  ki,  burada  erməni  qımdatxanalar  qımdax  hazırlıqla-

Sultan bəyə öz dəyərini verək
51
rı  keçir,  silah-sursatdan  və  digər  vasitələrdən  istifadəni  öyrənib 
Azərbaycana göndərilirdi.
Artıq  1904-cü  ildə  Bakıda,  1905-ci  ildə  İrəvanda,  Naxçıvan-
da,  Təbrizdə,  Xorasanda,  Şuşada,  Şuşa  ətrafı  kəndlərdə,  Tiflisdə, 
Gəncədə, 1905-ci ilin oktyabr ayında yenidən Bakıda, 1906-cı ildə 
Qarabağın,  Malıbəyli,  Xankəndi,  Qaybalı,  Pirəmikidə,  Xələflidə, 
Paprəvənddə,  Əsgəranda,  Gülablıda,  Abdalda,  Qacarda,  xüsusən 
də  aşağı  Zəngəzurda  –  onun  Qarakimsə  (Sisyan),  Bağadü,  Mol-
la  Əhmədlidə,  Quşçuda,  Fərəcanda,  Əliyanlıda,  2-ci  Fərəcanda, 
Qaragöldə, Hacılarda, Güləbirddə, Mığrıda, Mədəndə, Sadınlarda, 
Cicimlidə, Qarakimsədə, Ağbulaqda, Fərraşda, İrçəndə və s. yaşayış 
məntəqələrində ermənilər silahlı qırğınlar törədir, kəndləri yandırır, 
kəndlərin  var-dövlətlərini  talan  edir,  ələ  keçən  insanları  insanlığa 
yaraşmayan  üsullarla,  yandırmaqla  məhv  edirdilər.  Sultan  bəy  bu 
“qaynar qazan”ın içində idi. Bu dövrlərdə yerli hakimiyyətin zəif 
olmasından, rusların ancaq müsəlmanları günahlandırmağı, silahsız 
və hətta silahdan istifadəni hamının bilməməsi çox faciəli nəticələrə 
gətirib çıxarırdı. Zəngəzurun mərkəzi Gorusda isə hakimiyyəti təmsil 
edən azərbaycanlılar qovulmuş, oradakı müsəlman əhali tam məhv 
edilmişdi. Bu dövrlərdə insanlara ən böyük köməyi Mir Möhsüm 
Nəvvabın və digərlərinin yazdığına görə Zəngəzurda, Şuşada, Laçın-
da və Qarabağın bir çox yerlərində ermənilərə layiq olduqları cəzanı 
Laçının Araflı kəndindən olan İbrahim bəy Alməmməd bəy oğlu, 
Paşa bəy Murad oğlunun sərkərdəliyi ilə özlərinin yaratdığı dəstələr 
olmuşdur. Təbii ki, bu döyüşlərdə Sultan bəy də arxa cəbhədə fəallıq 
edir, əlaqələndirici qismində iştirak edirdi. İbrahim bəyin başına isə 
ermənilər qiymət qoymuşdular.
Ümumilikdə bir çox tarixi məqamlarda Laçın əhalisi arasın-
dan  çıxmış  xeyli  sayda  xalq  qəhrəmanları  olmuşdur.  Bunlardan 
biri də Sultan bəyin dostluq etdiyi İbrahim bəydir. 1906-cı ilin iyul 
ayında  Şuşa  şəhərində  erməni-müsəlman  davası  zamanı  Şuşada 
şəhərin ermənilər tərəfindən mühafizəsini 1-ci yaran İbrahim bəy 
olmuşdur. Onun ardınca Sultan bəy şəhərə girmişdir, (Mir Möh-
süm Nəvvab).

Sultan bəy və Xosrov bəy qardaşları
52
Bu  döyüşdə  İbrahim  bəy  şəhid  olaraq  böyük  hörmətlə  xalq 
qəhrəmanı kimi Gövhər Ağa Məscidi həyətində dəfn edilmişdir. 
Sultan bəylə Paşa bəy İbrahim bəyin rəhbərlik etdiyi igidləri öz 
dəstləri arasında yerbəyer edərək Şuşanı erməni qəsbkarlarından 
azad etmişlər. Paşa bəy bu və ya digər mübarizə meydanlarında 
vuruşa-vuruşa  böyük  sərkərdə  və  xalq  qəhrəmanı  səviyyəsinə 
yüksəlmişdir.
Nəvvab qeyd edir ki, “sonralar bu işə Paşa bəy və Sultan bəy 
də  qoşulmuşlar,  torpaq  uğrunda  böyük  mübarizlik  göstərmişlər 
(Yəni İbrahim bəy və digər bəylərdən sonra)”.
Sultan bəy atası Paşa bəyin və digər insanların söylədiklərindən 
də məlumatlı idi.
Sultan bəyə yaxşı məlum idi ki, 1877-ci ildə ermənilər üçkilsədə 
(Eçmiədzində) pul kəsən maşın tapıb, 9 milyon qəlp əskinaz pul 
kəsdikdə,  48  yaşlı  Cəbrayıl  bəy  (Zəngəzurun  Sultanı,  Qarabağ 
qoşunlarının  rəhbəri)  dövlətə  yardımçı  olaraq,  qəflətən  tökülüb 
həmin pulları və çap maşınını müşadirə etməkdə, pulkəsənləri və 
kəsdirənləri tutub dövlətə təhvil verməkdə ad çıxarmışdır. Sultan 
bəy bölgədə gedən və əvvəllər törədilmiş erməni qırğınları, onların 
havadarları haqqında da məlumatlı idi.
1918-ci  il  yayın  axırı  və  payızda  erməni  daşnağı,  qula-
ğı  kəsik  Andranikin  qoşunları  Cənubi  və  Şimali  Azərbaycanın, 
Türkiyənin, Gürcüstanın bir çox yerlərində bacardığı qədər faciələr 
törətdikdən  sonra  öz  qoşunlarını  aşağı  Zəngəzurda  cəmləmişdi. 
Məqsədi  Zəngəzurla  Aran  Qarabağı  birləşdirmək,  Şaumyanın 
məktubuna  uyğun  olaraq Azərbaycan  türklərini  bir  yolluq  məhv 
etməklə  dənizdən-dənizə  böyük  ermənistan  yratmaq  planını 
həyata keçirmək idi. Bu plan çoxdan var idi və erməni kilsəsindən 
idarə  edilir,  məsləhətlər  verilirdi. Andranik  sadə  hərbiçi  deyildi, 
Türkiyədə döyüşlərdə iştirak etmişdi, Rusiyada oxumuş və hərbi 
təcrübə  keçmişdi,  general-mayor  hərbi  rütbəsini  almışdı,  qatı 
millətçi  idi,  türkü  görməyə  gözü  yox  idi.  Qriqoryan  kilsəsindən 
“xeyir-dua” almışdı, o dövrün hərb qaydalarını yaxşı bilirdi. Qeyd 
edək ki, həmin dövrlərdə tarixən Qarabağ xanlığına, Gəncə, Təbriz 

Sultan bəyə öz dəyərini verək
53
bəylərbəyliyinə daxil olan Zəngəzur parçalanmış, Arazdan cənuba 
olan torpaqlar Tehrana tabe idi, yuxarı hissə isə iki-üç hissəyə bö-
lünmüşdü  və Yuxarı  Zəngəzura  Hacısamlı  dərəsi  adı  verilmişdi. 
Qarabağın general-qubernatoru Xosrov bəyin qardaşı Sultan bəy 
Hacısamlı sahəsinin bəyi idi. 1918-ci ildə bu torpaqlarda ümumi 
vəziyyət də erməni basqınları səbəbindən acınacaqlı idi. İnsanlar 
təsərrüfatları ilə məşğul ola bilmir, Aran Qarabağ elatının dağa çıxa 
bilməmələri ucbatından Qarabağın həm aranında, həm də dağında, 
ümumilikdə  Zəngəzurda,  o  cümlədən  Laçın  bölgəsində  vəiyyət 
ağır idi, heç yerdən də kömək yox idi. Orada silah, silahdan istifadə 
edəcək insanlar yetərincə deyildi. Qarabağla əlaqə kəsilmişdi, Qa-
rabağın qubernatoru ancaq Şuşa, Ağdam, Cəbrayıl və s. yerlərdəki 
faciələri yoluna qoymaqla məşğul idi və Zəngəzura kömək iqtida-
rında  deyildi,  qüvvələr  yetərincə  deyildi.  Zəngəzurda  isə  tayqu-
laq Andranikin  və  digər  erməni  qruplaşmalarının  vəhşiliklərinin 
həddi-hüdudu yox idi. Sultan bəy də bu işlərin içində idi, bir tərəfi 
müdafiə  edəndə  2-ci  tərəfdən  ermənilər  tam  silahlanmış  güclü 
ordu ilə hücuma keçirdilər. İnsanlar da vahimə içərisində yaşayır-
dılar. Sultan bəy öz dəstəsi ilə Gorus-Abdallar (Laçın)­Şuşa yo-
lunun  müdafiəsində  olduğundan  istifadə  edən  ermənilər  Hacılar, 
Qaragöl, Minkənd tərəfdən hücuma keçərək bir neçə kəndi viran 
qoymuş, insanları vəhşiliklə qətlə yetirmiş, girov götürmüş, insan-
ların var-dövlətini, heyvanlarını aparmışdılar.
Sultan bəyin hansı faciələrlə üzbəüz dayandığını dərk etmək 
üçün Laçının Daşbulaq deyilən hissəsində baş vermiş faciəni misal 
göstərə bilərik.
Burada ermənilər bir həyətdə əli silahsız dörd kişini ağaca sa-
rımış, cavan əliuşaqlı gəlini növbə ilə zorlamış, sonra suyu qay-
nayan isti samovarı onun çılpaq kürəyinə sarımış, döşünün birini 
kəsərək körpənin ağzına tıxamış, gəlinin əllərini sarıyarpaq ayağın-
da sicimlə hörükləmişlər. Gəlin hörükdən xilas ola bilməmiş, qay-
nayan samovar onu öldürənə qədər çırpınaraq ah-nalə çəkmişdir. 
Anaya və bu kişilərə verilən cəzalardan biri də, bələkdə olan körpə 
uşağı onların gözü qarşısında söyə-söyə nizəyə taxmış və nizənin 

Sultan bəy və Xosrov bəy qardaşları
54
2-ci  tərəfini  yerə  basdırmaqla,  nizəyə  taxılmış  körpə  göydə  qal-
mışdır. Sonra kişilərdən üçünün qolunu, ayaqlarını, başını ayrıca 
kəsərək bədənlərini ağaca sarınmış saxlamışlar. Dördüncü kişinin 
isə  ayıb  yerini  kəsərək  ağzına  tıxamış,  gözünün  birini  çıxarmış, 
sağ əlinin içinə atəş açmışlar. Sultan bəyin köməyə gələn dəstəsi 
hadisənin şahidi olmuş, digər məqamları isə can üstə olan kişi başa 
salmaqla həyatını dəyişmişdir. Hadisə insanları dəhşətə gətirmiş, 
hətta bəziləri özünü saxlaya bilməyib, hönkürtü ilə ağlamışdır.
Həmin  ərəfədə  Sultan  bəy  Araflıda  Alməmməd  Sultanın 
(Zəngəzurun sultanı) nəvəsi Mirzə Həmid bəyin evində idi və özü-
nü müdafiə dəstələri düzəltməklə məşğul idi.
Yuxarıda dediyimiz faciəni yaxşı bilən Sultan bəy göstəriş ve-
rir ki, gəlinə, uşağa və parçalanmış kişilərə heç nə etmədən, necə 
var eləcədə gətirsinlər Araflıya (Alaflıya).
Sultan bəy Mirzə Həmid bəyin tövləsinə ermənilərlə döyüşdən 
yayınan  xeyli  adam  da  saldırmışdı.  Sultan  bəy  meyitlərə  bir-bir 
diqqətlə baxdıqdan sonra göstərir ki, fərariləri Mirzə Həmid bəyin 
xırmanının ətrafına dairəvi şəkildə düzsünlər. Sultan bəylə onun 
bir neçə dəstə başçısı Əvil bəy, Ədil bəy, Xosrov bəy, Camal bəy 
və s. fərarilərin qarşısına çıxırlar. Mirzə Həmid bəy də əlində ipək 
parçaya bükülmüş Quranla birlikdə Sultan bəyin sağında dayanır. 
Mirzə Həmid bəy həm də Məşədi idi, islamı yaxşı bilirdi, əsl Allah 
adamı idi.
Sultan  bəy  fərarilərə  müraciət  edərək  deyir  ki,  mən  sizə 
heç  nə  deməyəcəm,  heç  bir  cəza  da  nə  indi,  nədə  ki,  gələcəkdə 
verməyəcəyəm, inanmasanız Mirzə Həmid bəyin Quranına da and 
içəcəm. Amma, indi sizlərə bir şey göstərəcəklər, baxıb dağılışar-
sız evlərinizə. Sultan bəy göstəriş verir ki, o kilimlərlə-cecimləri 
gətirin qoyun bəyin xırmanın ortasına.
Elə də edirlər. Ətrafdakı insanlar döşü kəsilmiş, kürəyində sa-
movar olan qadını və nizəyə taxılmış bələkdəki uşağı, eybəcər hala 
salınmış və bir-birinə qarışmış kişi qollarını, başlarını, qılçalarını 
və s. gördükdən sonra çox pis hala düşürlər və bir-bir Sultan bəyə 
baş əyərək Mirzə Həmid bəyin əlindəki Qurani-Kərimə əl basaraq 

Sultan bəyə öz dəyərini verək
55
and içirlər ki, bu qan yerdə qalmayacaq, hamı bir nəfər kimi ölənə 
qədər  döyüşəcəklər.  Bu  hadisə  bütün  təfərrüatı  ilə  Hacısamlıya, 
Yuxarı Zəngəzura yayılır. Hadisədən sonra bir çox insanlar öz xoş-
ları ilə Hacısamlı özünü müdafiə dəstələrinə qoşulurlar.
Sultan bəy üçün çox çətin idi. Silah yox, təcrübəli ordu yox, 
insanlar silah olanda da ondan istifadəni bacarmır, qardaşı Xosrov 
bəydən yardım ala bilmir, Cümhuriyyətdən heç bir silah-sursat və 
əsgəri qüvvə ala bilmir, Zəngəzurun bütün çevrəsi erməni silahları, 
təlim görmüş ordu ilə əhatələnmişdi. Belə bir şəraitdə bu çevrəni 
yarıb çıxmaq da sual altında idi. Sultan bəyin yeganə çıxışı Laçın 
əhalisi və onun qeyrəti idi.
Daşnak  Andranikin  qoşunlarının  kifayət  qədər  silahları,  o 
cümlədən  topları  da  var  idi.  İndi  olduğu  kimi  Fransa,  İngiltərə, 
Yunanıstan, Rusiya, ABŞ və s. dövlətlər erməniləri silahla, paltar-
la, pulla, qida ilə təmin edirdilər və ADR-nın dirçəlməsinə imkan 
vermək istəmirdilər.
Sultan  bəyin  Laçın  bölgəsinin  bir  çox  kəndlərində  apardığı 
görüşlər, sayəsində, top və dövrün yaxşı silahlarını almaq üçün in-
sanlar Sultan bəyin dəstəsinə kömək etməyə başlayırlar. Qaratel 
xanım Paşa bəy qızı danışırdı ki, Sultan bəyə bir “ətək” qızıl-gümüş 
verdik ki, top ala bilsin. Bu yardım sayəsində Sultan bəy bir ədəd 
top alıb Qaragöl tərəfdə qoymaqla Andranikin qoşunlarını Laçın 
(Abdallar kəndi) şəhərinin ətəyindəki Zabux çayında məhv edənə 
qədər  Gorus  şəhərini  nəzarətdə  saxlamaqla  mümkün  olmuşdur. 
Elə bu top da Andraniki məcbur etmişdir ki, Sultan bəylə danışığa 
getsin. (Z.N. “Türkəm Tanrıçıyam və ya dön geriyə bax”). Həmin 
vaxtlarda aşağı Zəngəzurda 1918-ci ilin ancaq yayın axırı və pa-
yızda  müsəlmanların  başlarına  gətirilən  faciələri  isə Azərbaycan 
Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının Gəncə Quber-
niyasına  aid  olan  Cavanşir,  Şuşa,  Cəbrayıl  və  Zəngəzur  qəzası 
üzrə  müsəlman  kənd  və  insanlarının  ermənilər  tərəfindən  başla-
rına  gətirilən  faciələri  araşdıran  komissiyanın  üzvü  Mixaylovun 
üzdən-üzdən  tərtib  etdiyi  və  bütün  faciələri  tam  əks  etdirməyən 
məruzəsində deyilir:

Sultan bəy və Xosrov bəy qardaşları
56
“Hazır ki, məruzədə Sizə Qarabağın Cavanşır, Şuşa, Cəbrayıl 
və  Zəngəzur  qəzalarında  baş  vermiş  faciəli  bədbəxt  hadisədən 
məlumat  verəcəyik.  Deməliyik  ki,  oktyabr  1918-ci  ilə  kimi 
Azərbaycan Respublikasının Bakı, Quba, Şamaxı, Lənkəran və s. 
qəzalarında ermənilərin yerli müsəlman əhalisinə verdikləri dəhşətli 
qırğınlar azalsa da Gəncə Quberniyasının dörd qəzasında – yəni 
Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında bu faciələr hələ 
də davam etməkdədir. Bu qəzalarda insan təfəkkürünə sığışmayan 
vəhşilikləri yerli ermənilərlə yanaşı İrəvan quberniyasından gələn 
ermənilər və silahlı əsgərlər, Türkiyə vilayətlərindən gətirilmiş si-
lahlı, böyük silah-sursata malik Andranikin rəhbərlik etdiyi nizami 
erməni qoşunları və bu torpaqları, onun insanlarını, Erməni Res-
publikasına tabe etdirmək istəyən və erməni hökumətinin təşkil et-
diyi erməni hərbi birləşmələri törətməkdə davam edirlər. (Mixay-
lovun məruzəsindən açıqca görünür ki, Sultan bəy hansı erməni 
qüvvələri  ilə  üzbəüz  idi).  Zəngəzur  qəzası  hazırda  dediyimiz 
dörd qəzadan daha da ağır vəziyyətdə olanıdır. Belə ki, ermənilər 
Zəngəzuru Cəbrayıl və Şuşadan ayırıblar və hiss edirlər ki, onlar 
silah-sursatdan, əsgəri qüvvədən müsəlmanlarla müqayisədə çox 
üstündürlər və bu imkandan bəhrələnərək Zəngəzurun kəndlərini 
yandırmaq, qarət etmək, insanlarını məhv etməklə torpaqları ələ 
keçirmək  niyyətindədirlər.  Bununla  yanaşı  Andranik,  erməni 
hökuməti  ilə  birləşərək,  Ermənistan  hökumətinin  imzaladığı  di-
rektivi  də  əsas  sənəd  kimi  müsəlman  kəndlərinin  boşaldılaraq 
Ermənistana  tabe  olmağı  tələb  edirlər.  Savadsız  kəndliləri  alda-
daraq  toparlayıb  vəhşiliklə  məhv  edirlər,  guya  xristianlığı  qəbul 
etdirmək məqsədi ilə məscidlərə yığdıqdan sonra yandırırlar. Onlar 
müsəlman kəndlərinin bir-biri ilə əlaqəsini kəsdiyindən heç yerlə 
əlaqələri  yoxdur,  onları  müdafiə  edən  qüvvələrə  malik  deyillər, 
əhalinin  özü  silahsızdır.  Ermənilər  öz  hökumətlərinin  torpaq 
sahələrini genişləndirmək üçün hətta öz evlərini, malını-mülkünü 
ataraq qaçanlara da aman vermir, boş evləri belə, tam yandırmadan 
əl çəkmirlər. Müsəlman kəndlərindən Sisiyan (Qarakimsə) maha-
lının 1-ci polis sahəsi, 2-ci sahənin əksəriyyəti, 3-cü, 4-cü və 5-ci 

Sultan bəyə öz dəyərini verək
57
polis sahələrinin hamısı tam məhv edilmişdir. Ermənilər tutduqları 
bu torpaqlarda hətta təcili müəyyən əkin işləri də aparırlar. 
Bu kəndlərdən olan əhalinin sayı bizdə 50.000 mindən çox olan 
və sağ qalmış müsəlmanlardır ki, onlar da Cəbrayıl qəzasının 4-cü 
sahəsində acınacaqlı vəziyyətdədir, məhv olmuş və adları siyahı-
ya düşmüş müsəlman kəndlərinin sayı 115-dir. (ÜQAOR Azerbay. 
SSR, f.970, OP.10, d.161,11.1­9)
Mixaylovun  yazılarından  da  görünür  ki,  Qarabağın  dilbər 
guşələrindən olan Zəngəzur sultanlığı hansı faciələr görmüş və La-
çın əhalisi, onun müdafiəçisi Sultan bəy hansı cəsarət sahibi olmuş-
lar. Sultan bəyin erməni silahlı qüvvələrinə qarşı atdığı addımlar və 
onların nəticələri onu Azərbaycan tarixində unudulmayan çox bö-
yük bir xalq qəhrəmanı səviyyəsinə yüksəltsə də biz hələ də onun 
layiq  olduğu  dəyərini  verməmişik.  O,  çoxdan  yüksək  səviyyədə 
təbliğ olunmalı idi. Onun adına bütün bölgələrdə küçələr olmalı idi, 
onun adı ilə mükafat təsis olunmalı, Sultan bəy ordeni, medalı olma-
lı idi, istirahət parkları salınmalı idi, yeni tikilən kənd və qəsəbələrə 
onun adı verilməli idi, mətbuatda, televiziyalarda həmişə ona həsr 
olunmuş verilişlər verilməli idi, görkəmli bir yerdə əzəmətli heykəli 
qoyulmalı idi və sairə. Bunun sayəsində də gənc nəsl vətənpərvərlik 
ruhunda təlim almaqla, Sultan bəy ruhlu olmağı arzu edərdilər. Yeri 
gəlmişkən təklif olaraq demək istərdim ki, yeni istifadəyə veriləcək 
avtovağzal,  yaxud  Dərnəgül  metrostansiyalarından  birinə  Sultan 
bəyin adının verilməsi onun anadan olmasının 140 illiyinə çox gözəl 
töhvə  olardı.  Maraqlı  orasındadır  ki,  Sultan  bəyin  nəvəsi  Elburus 
bəy uzun illərdir bu metroda məsul vəzifədə çalışır.
Bu yazının müəllifi bir neçə il öncə Sultan bəyin qardaşı-həkim, 
Zaqafqaziya  seyminin,  Azərbaycan  Parlamentinin  üzvü,  AXC 
dövründə ilk hərbi nazir, ikinci hökumətdə əkinçilik naziri, Qara-
bağın general-qubernatoru, Müsavat hökümətini dəstəkləyən “İtti-
had” partiyasında başqan müavini, mühaciratda “İttihad”ın sədri – 
siyasətçi, 2-ci dünya müharibəsində öz qohumu olan Sovet hərbiçisi 
İsrafil bəyin vasitəçiliyi ilə türk-müsəlmanı alman əsirliyində olan 
insanların sobalarda yandırılmasının qarşısını alanlardan biri və ən 

Sultan bəy və Xosrov bəy qardaşları
58
nəhayət  öz  əziz  canını  ancaq  vətəninə  qurban  verən  Xosrov  bəyi 
araşdırdıqca,  Sultan  bəy  haqqında  insanlarımıza  məlum  olmayan 
xeyli məlumatlar ortaya qoymuşdur. Bu məlumatlar da Sultan bəyin 
1905­1923-cü  illər  arasında  vətəni  uğrunda,  Qarabağ,  Zəngəzur, 
Cənubi Azərbaycan, Qərbi Azərbyacan uğrunda ermənilərlə apardığı 
bir çox mücadilələrlə tanış olmaq imkanı yaradıb. Deyilən bölgələrin 
hamısında Sultan bəyin dostları, qohumları, həmfikirləri olmuşdur 
ki, onlar da Vətən savaşında Sultan bəyə yardımçı olmuşlar.
Sultan bəyə, Xosrov bəyin 1919-cu il 21­30 martında Əsgəran 
döyüşündə  daşnak  generalı  Dronu  məğlub  etməsi,  hələ  də 
ermənilərin  Laçına  basqının  davam  etməsinin  qarşısını  almaqda 
böyük dayaq olmuşdur. Azərbaycanın daxilində bolşevik-daşnaq 
qoşunlarının,  Qərbdən  isə  Ermənistanın  şeytan  qüvvələrinin  bu 
bölgədən əl çəkmədikləri hər iki qardaşa gün kimi aydın idi.
Sultan bəy mütəmadi Xosrov bəylə-çətin də olsa əlaqə saxlaya 
bilmişdi. Bu işdə Sultan bəyə Laçının Araflı bəyləri, Arduşdu və 
Haxnəzər kəndinin insanları yardımçı olurdularsa, Şuşadan Xosrov 
bəyin  müavini,  Laçın  qəzasının  Qubadlı  yaşayış  məntəqəsindən 
olan Çingiz bəy (Çingiz İldırım) fəaliyyətdə idi. Bu əlaqələndirmə 
hər iki qardaşa böyük faydalar vermişdir. Ümumi işin xeyrinə ol-
sun deyə bu işlərə Şuşanın qəza rəisi Camal bəy Sultanov, Cavan-
şir qəzasının rəisi Bəhram bəy Məlik – Abbasov da öz imkanları ilə 
hər iki qardaşı qabaqcadan məlumatlandırırdılar.
Sultan bəy və Xosrov bəyə çətinlik yaradan amillərdən biri də 
ingilislərin indi olduğu kimi ikibaşlı siyasət aparmaları, Andrani-
kin tərəfini saxlamaları, Zəngəzuru və bütövlükdə Dağlıq Qaraba-
ğı Erməni Milli Şurasına təhvil vermək istəkləri idi. Digər bir amil 
isə  Sultan  bəyin  ixtiyaratında  qoşunun  olmaması  və  hətta AXC 
qoşunlarının tabeçiliyinin Xosrov bəyin səlahiyyətində olmaması 
idi. Xosrov bəy bu məsələ uğrunda da AXC ilə inandırıcı söhbətlər 
aparmalı idi. Hətta, məsələ o, yerə gəlib çıxmışdır ki, Xosrov bəy 
istefa vermək məsələsini qaldırmışdı.
Xosrov  bəy  daha  sonra  hərbi  hissələri  Zəngəzura  yeritmək, 
eyni  zamanda  ermənilərin  İrəvandan  Azərbaycan  torpaqlarına 

Sultan bəyə öz dəyərini verək
59
hərəkətinin qarşısını kəsmək üçün də hökumətdən icazə istəmək 
məcburiyyətində qalmışdı. Belə bir vəziyyətdə Sultan bəyin ancaq 
yerli əhalinin gücünə, torpaqları ölənə kimi döyüşməklə saxlamaq-
dan başqa bir yolu yox idi. Bütün bunlar xalq qəhrəmanından bö-
yük iradə, inadkarlıq və əzimkarlıq tələb edirdi və belə də oldu.O, 
öz iradəsini axıra kimi saxlaya bildi. Dağlıq Qarabağ erməniləri 
ilə Andranik  və  Ermənistan  qoşunları  və  bu  qüvvələrin  daşnak-
bolşevik S.Saumyan qoşunları ilə birləşməsinin qarşısı alındı. Sul-
tan bəyin, onun müdafiə dəstələrinin hesabına ermənilər məğlub 
edildi, Qarabağ və Zəngəzurun xeyli hissəsi 1992-ci ilin 18 ma-
yına kimi Azərbaycan Respublikasının tərkibində saxlanıla bildi. 
İndi isə bir yox, bir neçə Sultan bəy və Xosrov bəy yetişdirmək 
gərəkdir  ki,  təkcə  Qarabağı,  Zəngəzuru  yox  bütövlükdə  Qərbi 
Azərbaycanı daşnaklardan azad etməklə, Naxçıvan torpaqları ilə 
qucaqlaşaq, ermənilərin dənizdən-dənizə torpaqlarımızın tutması-
na imkan verməyək.
Mixaylovun məruzəsinə əsasən Andranik Zəngəzurda 115 kəndi 
insanları ilə biryolluq məhv etdiyi (bəzi mənbələrdə bu kəndlərin 
sayı 164-dür) tarix 1918-ilin yayın axırı – payız aylarına düşürdü.. 
Onun məqsədi, həm də becərilmiş məhsulların kəndlilərin evlərinə 
yığması ilə əlaqəli olmuşdur. ABŞ-dan, Fransadan, Rusiyadan və s. 
gələn qida məhsulları orduya çatmırdı, Ermənistan özü isə ac idi, 
Andranikə  ordusunu  yedirmək  üçün  tam  kömək  edə  bilmirdilər. 
Ermənilər tarixən kənd məhsulları yetişdirməyə meyilli olmamışlar. 
Ata-babaları qaraçı olduğundan dilənmək ermənilərin səcərə peşələri 
olmuşdur və bu xislət indi də davam etməkdədir. Bunu yaxşı bilən 
Andranik Qarabağa, oradan da Gəncəyə yürüş etmək istədiyindən, 
Zəngəzuru məhv edərkən, istəyinin biri də əhalinin evlərinə yığdı-
ğı məhsulu mənimsəmək, ordunu yaşatmaq idi. (Bu siyasət 1992­ci 
ildə Laçının işğalı zamanı da ermənilərin karına gəlmişdir.) Xosrov 
bəyin Qarabağa general-qubernator təyin edilməsini isə dəqiq bil-
mirdi.
Sultan bəyin isə bu məsələlərdən xəbəri var idi. Bu məqsədlə 
də Sultan bəy əsasən müdafiə olunmağa üstünlük verməyə məcbur 

Sultan bəy və Xosrov bəy qardaşları
60
idi. Xosrov bəyin təyinatı ancaq 15 yanvar 1919-cu ildə baş tu-
tur və quberniyanın mərkəzi olan Şuşaya 12 fevral 1919-cu ildə 
gəlir, ilk müşavirəsini isə 15 fevral 1919-cu ildə həyata keçirə bilir. 
Söylənilən tarixi həqiqətlər də bir daha sübut edir ki, Sultan bəy 
hansı  çətin  şəraitdə  mərdlik,  mübarizlik,  sərkərdəlik  qabiliyyəti 
göstərməklə xalqına, vətəninə xidmət etməkdən geri çəkilməmiş, 
Laçın əhalisini tam olaraq öz ətrafında toparlaya bilmişdir.
Bu  dövrlərdə  bütün  Qərbi  Azərbaycan  (indiki  Ermənistan), 
Naxçıvan, Zəngəzur, Yuxarı Qarabağ qan içində idi. Belə bir mü-
hitin  mərkəzində  Zəngəzurun  bir  parçasını  müdafiə  etmək  hər 
sərkərdəyə nəsib olmur. Sultan bəyə dayaq ola biləcək Xosrov bəy, 
yalnız  1919-cu  ilin  avqust  ayında  Qarabağ  ermənilərinin  yığın-
caq keçirərək Azərbaycan hökümətinə tabe olması qərarını qəbul 
etdirə bilmişdi. AXC 23 noyabr 1919-cu ildə ABŞ-ın köməyi və 
vasitəçiliyi  ilə  erməni-müsəlman  münaqişəsinə  son  qoyulması 
məqsədilə Azərbaycan höküməti ilə Ermənistan arasında müqavilə 
bağlanılır.  Lakin,  bağlanmış  müqavilədən  az  sonra  ermənilər 
Zəngəzurda və Qarabağda azərbaycanlılar yaşayan kəndlərə yenidən 
hücumlar  edirlər.  Heç  bir  qayda-qanunu  qəbul  etmək  istəməyən 
nə  Andranik,  nədə  ki,  Ermənistan  ən  azı  Zəngəzurla  Qarabağı 
birləşdirmək fikrindən çəkinməmişlər. Andranik növbəti kələyinə 
əl  atır  və  Sultan  bəylə  əlbir  olmaq  istəyir,  onun  yanına  elçi  adı 
ilə xəfiyyə nümayəndəsi göndərir. Sultan bəy Andranikin növbəti 
hiylə işlətdiyini dərk etdiyindən çox əsəbləşir və nümayəndələri 
məhv etmək istəyir. Lakin, təbiətcə çox sakit, hövsələli olan Paşa 
bəy,  oğlu  Sultanı  sakitləşdirir  və  “elçiləri”  qayda-qanunla  yola 
salmağa və möhlət istəməyi məsləhət görür, elə də edirlər. Onlar-
dan sonra Paşa bəy oğlu Sultan bəyə müraciətlə bildirir ki, bu işi 
təkbaşına görmək olmaz. Çünki, sənin gücün bu camaatdadır. Sul-
tan bəy sakitləşir və Paşa bəyin tədbirini gözləməli olur. Paşa bəy 
münasib bildiyi insanlardan 8 nəfərini Sultan bəyin “aran otağı” 
adlanan və Şəlvə çayın sahilində Böyük Zəngəzurun rəhbəri, Qa-
rabağ qoşunlarına rəhbərlik etmiş Cəbrayıl bəy Vəli bəy oğlunun 
mülkü ilə üzbəüz çay axarının solunda olan evinə toplayır. Sultan 

Sultan bəyə öz dəyərini verək
61
bəyin, bir neçə digərlərinin və deyilən 8 nəfərin iştirakı ilə böyük 
bir  məşvərət  yığıncağı  keçirirlər.  Fikirlər  haçalaşır,  mülahizələr 
çoxalır, qəti qərar çətinləşir. Paşa bəy sakitlik yaratdıqdan sonra 
qohumluq əlaqələri olan Alməmməd sultanın qaradaşı nəvəsi, 16 
il Bağdadda ali ruhani təhsili almış Odessa Tibb Universitetini bi-
tirmiş,  Böyük  Zəngəzura  rəhbərlik  etmiş,  Şeyx  Şamillə  dostluq 
etmiş,  Azərbaycandan  Şeyx  Şamilə  müxtəlif  vasitələrlə  yardım 
etmiş Azərbaycandan yeganə şəxs Cəbrayıl bəyin oğlu Cəlil bəyə 
müraciət edərək, onun da öz fikrini söyləməsini istəmişdir. Cəlil 
bəy təbiətcə çox sakit adam idi, Sankt-Peterburqda Texniki Uni-
versiteti bitirmişdi. Bakıda neft sənayesində çalışmışdı, Paşa bəyin 
Bakıda neft sənayesində işləyən oğlu Rüstəm bəylə dostluq etmiş, 
eyni sahədə işləmişdir. Cəlil bəy bir az fərqli düşündüyünü bildi-
rir və məclis əhlinə üzrxahlıq edib öz düşündüklərini açıqlamışdır. 
(Bu barədə Araflı bəyi Süleyman bəyin “Bəyliyin tarixi” əsərində 
ətraflı məlumatlar var). O, bildirmişdir ki, ermənilər Sultan bəyə 
nə  təklif  edirlərsə  növbəti  görüşdə  onu  ikiqat  artırmaq  və  qəbul 
etmək lazımdır. Ancaq ən böyük şərt Andranikin qoşunlarının si-
lahlarının  sökülərək  çuvallara  yığılıb  elə  erməni  əsgərlərinin  öz 
atlarına yüklənməsini təklif etmək gərəkdir. Qoy hər bir əsgər öz 
atının cilovundan yapışaraq aparsın. Bizim atmağı yaxşı bacaran 
adamlarımız isə Zabux dairəsindən Goruş tərəfdə olan Dik qayadan 
başlamış, Abdalları  (indiki  Laçın  şəhərini)  keçməklə  Qaladərəsi 
kəndinə qədər erməni əsgərlərinin sağ-salamat keçməsini öz boy-
nuna götürsün. Bununla yanaşı ən vacib yerlərdə pulemyotçuları-
mız da gizlənmiş halda, marıqda durmalıdırlar. Ermənilər Abdal-
lara  (Laçın)  çatanda,  onların  istiqaməti  Şuşa  tərəfə  deyil,  bizim 
tərəfə Pircan tərəfə yönəldilməlidir. Hər yüklü atın yanında erməni 
əsgəri ilə yanaşı bizim də silahlı adamımız olmalıdır. Ermənilər 
həqiqəti başa düşənə qədər çox sakitcə, mehribanlıqla bu iş davam 
etdirilməlidir. Ermənilər tərəfdən təşviş başlandıqda hər bir silahlı 
adamımız onun əlində olan ermənini məhv etməli və Abdallar poç-
tundakı pusquda duranımız, çayın o biri tayındakı adamlarımıza 
işarə olaraq göyə atəş açmalıdırlar. Bu zaman Dikqayada və Ab-

Sultan bəy və Xosrov bəy qardaşları
62
dallar poçtunda yollar bağlanmaqla ermənilər atəşə tutularaq məhv 
edilməlidirlər.
Təklif Paşa bəyə o dərəcədə xoş gəlir ki, durub Cəlil bəyi qu-
caqlayaraq öpür və hündürdən deyir: “A kişi dedim axı danış, sən 
bəksən,  (Paşa  bəy  bir  az  şirindanışan  idi)  sən  danış,  Sultan  bək 
gördün, bax bu başqa məsələ...” 
Ümumi razılıqdan sonra Sultan bəy Andranikə xəbər göndərir, 
yığıncağın yekun qərarı öz qaydası ilə həyata keçirilir.
Andranikə gəldikdə isə əsl həqiqət bu idi ki, o təcrübəli, yol 
keçmiş hərbiçi idi, üstəlik erməni idi. Andranik əsgərlərini qabaq-
ca yola salır, özü isə qazalaqla-bir dəstə əsgərlərlə hamıdan axırda 
gəlir.  O,  hiss  etdikdə  ki,  Zabux  yolu  kəsilib,  atəş  gedir-geri  dö-
nüb Gorusa tərəf qaçmağa başlayır. Sultan bəyin bir neçə adamları 
Andranikin ardınca xeyli getsələr də əsas məqsəddən yayınmamaq 
üçün öz yoldaşlarına köməyə dönməli olurlar. 
Əvvəldə  qeyd  edildiyi  kimi,  son  300  illik  tariximizdə 
ermənilərə qarşı aparılan döyüşlərin ən effektlisi, ən böyüyü və 
ermənilərin ən çox əsgər, silah-sürsat itirdikləri döyüş bu döyüş 
– Sultan bəyin döyüşü olmuşdur. Burada Dikqayadan Abdallara 
(Laçına) qədər olan uzun bir məsafədə heç bir erməni əsgəri canı-
nı Sultan bəyin döyüşçülərinin əlindən qurtara bilməmişdir. Qır-
ğının ən çox olduğu məkan isə Zabux çayından körpüdən keçən 
yerdə – körpünün hər iki sahilində olmuşdur. Sultan bəyin dəstəsi 
çox az itki vermişdir. Laçın rayonunun ən uzunömürlü 1-ci ka-
tibi,  başçısı  işləmiş  Cabbarov  Muradxan  söyləyirdi  ki,  mənim 
atam Zabux körpüsünün alt tirlərindən yapışmaqla 24 saaata ya-
xın orada asılı vəziyyətdə qalmışdır. Onu çox çətinliklə oradan 
xilas  edə  bilmişlər.  Yəni,  Zabux  dərəsində  çox  ciddi  döyüşlər 
baş vermişdir. Bununla da ermənilər geri çəkilməyə məcbur ol-
muşlar. Özündən çox müştəbeh olan Andranik bu heyfi çıxmaq 
üçün  Azərbaycanın  digər  əlisilahsız  bölgələrinə  hücum  et mək 
məqsədilə qoşun toplamağa başlamışdır. Məğlubiyyətə uğramış 
Andranik Ermənistanın yeni rəhbərliyi ilə də “dil” tapa bilməmiş, 
Şaumyana əli çatmamış və beləliklə Azərbaycanın ayrı-ayrı tor-

Sultan bəyə öz dəyərini verək
63
paqlarında soyqırım aparan erməni qüvvələri onun kimi tədricən 
dağılmağa başlamışdır.
Laçınlı Sultan bəyin Azərbaycanın ən qəddar düşmənlərindən 
biri, ermənilərin isə çox böyük önəm verdiyi Andranik üzərindəki 
qələbəsi hərb tariximizin çox şərəfli səhifələrindən biridir.
Sultan bəyin və qardaşı Xosrov bəyin xidmətlərindən biri də Zi-
mistan Həsənovun və Məhəmməd Nərimanoğlunun 2001-ci ildə çap 
etdirdikləri  “Kəlbəcər  Azərbaycanın  qala  qapısı”  kitabında  gös tər­
dik ləri-Goycə mahalından ermənilər tərəfindən faciələrlə qovulan və 
Kəlbəcərlə Basarkeçərin dağ aşırımında kütləvi şəkildə öldürülən mə­
sələlərlə, Basarkeçərin və Kəlbəcərin müdafiəsində gördükləri işlərdir.
Göyçə,  Kəlbəcər,  Basarkeçər  bölgələri  ilə  bağlı  digər  bir 
mənbə “Qəbələ” qəzetinin 13 aprel 2000-il tarixli “Onlara güzəşt 
oluna  bilməzdi”  yazısıdır.  Kəlbəcərli  Müslüm  Şahüseynovun  bu 
yazısından məlum olur ki, Göyçədə, Basarkeçərdə və Kəlbəcərdə 
Andraniklə  2-ci  erməni  generalı  Silikov  çox  böyük  qırğınlar 
törətmiş,  insanları  qaçqın  salmışlar.  Ermənilərin  qarşısını  al-
maq, onları cəzalandırmaq üçün gələn Sultan bəy və onun silahlı 
dəstəsini Zar və Zəyilik əhalisi qarşılamışlar. Sultan bəy bu insan-
ları silahlandırmış və Göyçəyə istiqamət götürmüşdür. Məsələdən 
xəbər  tutan  ermənilər  Zodda  olan Alban  kilsəsinə  doluşaraq  ağ 
bayraq  qaldırırlar.  Zodlu  ağalar  isə  qan  tökülməsini  istəmirlər, 
ürəyiyumşaqlıq göstərirlər. Ermənilər azad buraxılır, bu bölgələr 
Sultan bəy tərəfindən azad edilir və o, Laçına qayıdır. Lakin, çox 
keçmədən Andraniklə Silikovun qoşunları bu bölgələrə dönür və 
böyük qırğınlar törədirlər, Göyçənin 32 kəndini yandıraraq məhv 
edirlər Basarkeçərdə isə demək olar ki, əhali qalmır. Sağ qalmış 
göyçəliləri  öz  torpaqlarına  qaytarmaq  üçün  Məşədi  Cəmil  adlı 
bir mülkədar Sultan bəyə və Xosrov bəyə müraciət etməklə, xey-
li silah-sürsat əldə edirlər və erməniləri bu bölgələrdən sıxışdır-
maqla erməni generalı Silikovu Basarkeçərin Qumlu bulaq deyilən 
ərazisində keştəkli döyüşçülər tərəfindən öldürülür. 
Deyilənlərə onuda əlavə edək ki, indiki Kəlbəcər bölgəsinin, 
Basarkeçər və Göyçə torpaqlarının xeyli hissəsi Qarabağ xanlığı 

Sultan bəy və Xosrov bəy qardaşları
64
yaranarkən Zəngəzur torpaqlarına qatılmış və əvvəldən də Zəngəzur 
sultanı olmuş, xanlığın ilk baş sərkərdəsi Murtuza bəyin olmuşdur. 
Murtuza bəyin oğul-uşaqlarının Araflı ətrafında, Qara göldə, Haçı-
samlıda 35-dən artıq yaşadıqları yaşayış məskənləri olmuş, bir çox 
yerlərdə torpaqları olmaqla – heyvandarlıqla, əkinçiliklə, qoyun-
çuluqla, atçılıqla məşğul olmuşlar.
Bu  əhalinin  xeyli  hissəsi  dediyimiz  torpaqlara  –  yaylaqlara 
çıxmış, xeyli adamlar məskunlaşaraq orada qalmışlar. İndiki, Laçın 
bölgəsindən getmiş bu insanlar Laçında yaşadıqları kəndlərin adını 
Kəlbəcərdə  məskunlaşdıqları  yerlərə  vermişlər.  Bunlara  nümunə 
kimi  Bəylik, Ağcakənd,  Qaracanlı,  Seyidlər, Alıbəyli, Vəlibəyli, 
Nəbili və s. kəndləri göstərə bilərik.
Yuxarıda söylənilən Göyçə-Basarkeçər və s. döyüşlərində də 
fəallıq göstərənlər arasında əslən laçınlı olanlar çoxluq təşkil et-
mişdir.
Daşnak Andranik heç nə ilə razılaşmır, əli hər yerdən çıxdıq-
dan sonra bolşevik rusiyası ilə danışıqlar aparır, dəstək alır, yeni 
silahlı dəstə yaratmaqla Zəngəzuru, Qarabağı və Gəncəni tutmaqla 
yenidən S.Şaumyan bolşevik-daşnak hərbi hissələri ilə birləşərək 
Şimali Azərbaycanda erməni hakimiyyətini genəşləndirmək istəyi 
bu dəfə də Sultan bəy və Xosrov bəy qardaşlarının səyi ilə heçə 
endirilir.
Məlum olduğu kimi xarici və daxili qüvvələrin basqıları altında 
AXC höküməti 1920-ildə hakimiyyəti bolşeviklərə verməli oldu. 
Bununla da Şimali Azərbaycanda ağaların, bəylərin, mülkədarların, 
islam din xadimlərinin faciəli günləri başladı. Təbii ki, Azərbaycan 
xalqına çox baha başa gələn bu proses, digər bəylərlə yanaşı Sultan 
bəy və Xosrov bəydən də yan keçmədi. Ermənilərin məlumatları 
əsasında bu qardaşlarla yanaşı, ermənilərlə mübarizə aparmış, öz 
xalqına mərdanəliklə xidmət etmiş insanlar və bu döyüşdə iştirak 
edən  digər  insanlar  ən  yaxşı  halda  Sibirə,  Qazaxıstana  və  digər 
yerlərə sürgün edildilər.
Sultan bəyə, Paşa bəyə və əslində öz xalqına, vətəninə xidmət 
etmiş Cəlil bəy də bolşeviklər tərəfindən tutularaq, millətçi kimi, 

Sultan bəyə öz dəyərini verək
65
müsavatçı kimi Laçın şəhərinin yuxarı hissəsində, Laçındağda üç-
lük tərəfindən güllələnmişdir.
Sultan  bəy  bolşeviklərə  qarşı  da  xeyli  mübarizə  aparmışdır. 
Hətta, Sultan bəyə öz yaxını, qohumu vasitəsi ilə sui­qəsd də təşkil 
etmişlər. Bütün bunlara baxmayaraq Sultan bəy vətənini tərk etmək 
istəmirdi və onun bolşeviklərlə əməl birliyi yaratmaq səyi də baş 
tutmadı. Ermənilərin şikayəti əsasında tutulan Xosrov bəy Sultan 
bəyə ölkəni mütləq tərk etməyi vacib bildi, həbsdən çıxdıqdan son-
ra  İrana  keçdilər.  İranın Azərbaycan  türkünə  tarixi  münasibətini 
dərk edən qardaşlar, Türkiyəyə keçməli oldular. Xosrov bəy ora-
da siyasi fəaliyyətini davam etdirmiş, Sultan bəy isə təsərrüfatla 
məşğul olmağa üstünlük verdi və hər iki qardaş ömürlərini qardaş 
Türkiyədə başa vurmuşlar. 
 

     
Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin