Referat elmi rəhbər: Kazımova Xəyalə Tələbə: Atakişiyeva Xəyalə Bakı-2023 plan


Maliyyənin digər elmlərlə qarşılıqlı əlaqəsi



Yüklə 60,15 Kb.
səhifə4/4
tarix21.12.2023
ölçüsü60,15 Kb.
#188888
növüReferat
1   2   3   4
Atakişiyeva Xəyalə 221S Maliyyə

4. Maliyyənin digər elmlərlə qarşılıqlı əlaqəsi
Maliyyə elmi iqtisadi nəzəriyyənin müvafiq bölməsini əhatə etməklə, bir çox fənlərin – “Büdcə sistemi”, “Müəssisələrin maliyyəsi”, “Maliyyə hüququ” və s. ümumi nəzəri əsasını təşkil edir. Maliyyə elmi bir sıra elmlərlə qarşılıqlı əlaqədə öyrənilir.
1.Maliyyə elminin hüquq arasında əlaqə. Maliyyə elmi dövlət hüququ və xüsusi hüquqla sıx əlaqəyə malikdir. Dövlət hüququnun əsas sahəsi konstitusiya hüququdur. Belə ki, vətəndaşların vergi ödənilməsi ilə bağlı hüquq və vəzifələri, büdcə hüququ, büdcənin parlamentdə təsdiqi və digər məsələlər AR Konstitusiyası ilə tənzimlənir. Bundan əlavə dövlət maliyyəsi idarəetmə hüququ ilə sıx bağlıdır. Dövlətin xidmətləri həm mərkəzi, həm də yerli hakimiyyət orqanları tərəfindən yerinə yetirilir. Bu xidmətləri yerinə yetirmək üçün təbii ki, pul vəsaitləri lazımdır. Ona görə də yerli büdcələr mühüm rol oynayır.Xüsusi hüquq sahələrinə maliyyə hüququ, əmlak hüququ, bank hüququ, vergi hüququ və s. aiddir.
2.Maliyyə ilə statistika arasında əlaqələr. Dövlət büdcəsinin gəlir və xərclərini proqnozlaşdırarkən, biznes plan hazırlanmasında, idxal və ixrac əməliyyatlarının təhlili və s. proseslərdə statistik göstəricilərdən istifadə 14 edilir. Əhalinin və ya müxtəlif sahələrin iqtisadi vəziyyətinə dair statistik göstəricilərlə tanış olmadan düzgün proqnozlara əsaslanan dövlət büdcəsi hazırlamaq mümkün deyildir.
3.Maliyyə elminin menecmentlə qarşılıqlı əlaqəsi. Menecment iqtisadiyyatın idarəedilməsini əhatə edir. Maliyyə menecmentin obyekti kimi çıxış edir həm də ona təsir edir
4.Maliyyə eliminin sosiologiya elmi ilə qarşılıqlı əlaqəsi. Sosiologiya elminin əsas vəzifəsi sosial hadisələri öyrənməkdir. Sosial davranış, sosial təbəqələşmə, sosial hadisələrə aiddir. Maliyyə hadisələri dövlət xərcləri, vergilər və s. yaranan bütün sosioloji hallar sosiologiya elminin obyektidir. Öyrənilən sosial hadisələr maliyyə münasibətləri ilə tənzimlənir.
5.Maliyyə ilə xarici ticarət arasındakı əlaqə. Bazar iqtisadiyyatının ən mühüm funskyalarından biri müxtəlif mal və xidmətlər üçün bazarda yaranan tələbin ödənilməsi məqsədilə iqtisadiyyatda istifadə olunmayan mənbələri aşkar etməkdir. Bu mənbələrdən istifadə olunması ilə biznes bölməsi meydana gəlir. Beynəlxalq iqtisadi əlaqələr biznes əsasında inkişaf edir. Biznesin reallaşdırılması xarici ticarət vasitəsi ilə mümkündür. Xarici ölkələrdən idxal edilən mallara görə ödənilən vergilər və rüsumlar, və onların alınma səsbabləri maliyyə münasibətləri ilə tənzimlənir.
Maliyyə eyni zamanda bir çox katiqoriyalarla qarşılıqlı əlaqədədir. Maliyyə və qiymət. Maliyyə katiqoriyasının meydana gəlməsi yeni yaradılmış dəyərin ilkin bölgüsü və müxtəlif formada pul gəlirləri, yığımların yaranması prosesi zamanı baş veririr. Bu proses yalnız məhsulun satışından sonra, dəyərin əmtəə formasının pul formasına çevrilməsindən sonra başlaya bilər.
Maliyyə və əmək haqqı. Yeni yaradılmış dəyərin bölgüsü prosesində qiymət və maliyyə ilə birlikdə əmək haqqı da iştirak edir. İqtisadi katiqoriya kimi əmək haqqı istehsal iştirakçılarının fərdi gəlirlərinin formalaşması vasitəsi ilə yeni yaradılmış dəyərin bölgüsü prosesində yaradılan dəyər münasibətlərini ifadə edir. Əmək haqqı ilə maliyyənin dəyər bölgüsü prosesində qarşılıqlı əlaqəsi o zaman təzahür edir ki, maliyyənin köməyi ilə əmək haqqı formalaşır: əmək haqqı üzrə borclara, yəni ödənilməmiş vəsaitlərə maliyyə resursu kimi baxmağa imkan verir
Maliyyə və kredit. Dəyər bölgüsündə digər katiqoriyalarla birlikdə kredir də iştirak edir və istehsal prosesinin ikinci mərhələsində yaranır. Kredit və maliyyə münasibətlərində dəyərin hərəkəti xüsusiyyətinə, pul vəsaitinin mənbəyi və istifadə isrtiqamətlərinə görə fərqlənirlər:
1. Maliyyə münasibətlərində dəyərin hərəkəti birtərəflidir, kreditdə isə ikitərəfli və qaytarılandır.
2. Kredit resursları müəssisə və təşkilatların müvəqqəti azad pul vəsaitlərindən, maliyyə resursları isə dəyər bölgüsü mərhələsində yaranan gəlir və yığımlardan formalaşır.
3. Kredit resursları borc alanların müddətlilik, haqqı ödənilmək və qaytarılmaq şərti ilə, maliyyə resursları isə qaytarılmamaq şərti ilə verilir.
4. Maliyyədən fərqli olaraq kreditin pul dövriyyəsi ilə daha sıx əlaqəsi vardır. Onun köməyi ilə təsərrüfat subyektlərinin tələbatı təmin edilir və pul vəsaitinin dövriyyəsi tənzimlənir.
Maliyyə və kredit münasibətləri oxşar və fərqli xüsusiyyətlərə malikdir: Ümumi cəhətlər bunlardır. Münasibətlərin pullu əsaslarla həyata keçirilməsi, bölgü və yenidən bölgü xarakteri, pul vəsaiti fondlarının formalaşması və vəsaitlərin istifadəsinə nəzarət.
Fərqli xüsusiyyətlər aşağıdakılardır. Kredit münasibətləri ödəniş xarakterlidir, könüllülük əsasında həyata keçirilir və qaytarılmaq kredit münasibətlərinin əsas şərtidir.

NƏTİCƏ
Beləliklə, Maliyyə elmi cərəyan kimi maliyyə resurslarının yaradılmasına, paylaşdırılmasına və ya istifadə edilməsinə əsasən meydana çıxan münasibətləri öyrənir və bu münasibətlərin inkişafının qanunauyğunluqlarını müəyyən edir. Maliyyə elmi barədə təsəvvür və anlayışlar inkişaf edir, yeni məzmun və ictimai həyatın adekvat reallıqları ilə zənginləşir.

ƏDƏBİYYAT
1. Аtаşоv B.X., Nоvruzоv N.A., İbrаhimоv Е.Ə. Mаliyyə nəzəriyyəsi. Dərslik. Bаkı 2014
2. Mаliyyə. Dərslik А.Kərimоvun rеdаktəsi ilə, Bаkı 2001
3. Maliyyə. Dərslik N.Novruzov, X.Hüseynov Bakı 2007
4. Mаliyyə. Dərs vəsаiti M.Х.Həsənlinin rеdаktəsi ilə Bаkı 2006
Yüklə 60,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin