Referat faküLTƏ: regiONŞÜnasliq və İQTİsadiyyat ixtisas: sosial iŞ fenn kodu: 100 101 qrup: B18



Yüklə 36,07 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü36,07 Kb.
#34896
növüReferat
1   2   3
SOSİAL İŞÇİNİN ƏSAS PRİNSİPLƏRİ

SOSİAL İŞÇİNİN ƏSAS PRİNSİPLƏRİ

Sosial iş bir ixtisas kimi əhalinin kasıb, məzlum, aciz və əzilmiş təbəqəsinin maraqları və sosial rifahı uğrunda vəkillik edən bir tarixə malik və bu sahədə ad qazanmış bir sahədir. Əslində sosial iş, xalqn dərrakəsinə xidmət edən bir ixtisas kimi fəxr etməyə haqqı çatan bir peşədir. Baxmayaraq ki, tarixən sosial iş kasıblara və məzlumlara xidmət edirdisə, hazırda bu ixtisasın xidmət dairəsi çox genişlənmişdir və bu gün sosial işçilər məktəblərdə, dövlət orqanlarında, tibbi xidmət sahələrində, ailə və uşaq rifah mərkəzlərində, ruhi sağlamlıq mərkəzlərində və özəl bölmələrdə fəaliyyət göstərirlər. Sosial iş elə bir ixtisasdır ki, o fərdlərə, qruplara və icmalara öz sosial funksiyalarını həyata keçirmək üçün münasib və münbit sosial şərait yaradır. Sosial iş elə bir peşədir ki, o insanların rifahı üçün sosial dəyişikliklər edir, insanlar arasındakı münasibətlərdə problemləri həll edir və insanların rifahını yüksəltmək üçün onların daxili güclərinə, öz daxili potensiallarına arxalanmağa yönəldir.

Peşə daşıyıcıları olaraq sosial işçilər aşağıdakı mühüm rolları yerinə yetirirlər:

-sosial işçilər müvəkkil kimi;

-sosial işçilər ailə məsələləri üzrə məsləhətçilər kimi;

-sosial işçilər sosial pedaqoqlar kimi;

-sosial işçilər psixi sağlamlıq üzrə mütəxəssislər kimi;

-sosial işçilər siyasi qərar qəbul edənlər kimi;

-sosial işçilər tədqiqatçılar kimi;

-sosial işçilər xidmətçilər və əhali arasında əlaqələndiricilər kimi.

Sosial işçilər tərəfində həyata keçirilən rollar və funksiyalar aşağıdakılardır:

1. Sosial işçilər brokerlər kimi.

Məqsəd: müştəri və resurslar arasında əlaqə yaratmaq. Müştəriləri mövcud mənbələrə yönəltmək.

Təsviri: bu işi həyata keçirmək üçün sosial işçilər müştərinin ehtiyaclarını qiymətləndirərək onların bacarıq və qabiliyyətlərini ortaya çıxarırlar ki, onlar müxtəlif xidmətlərdən istifadə etsinlər. Həmçinin onlara mövcud resursları əldə etmələri üçün də yardımçı olurlar.

2. Sosial işçilər vəkilər kimi.

Məqsəd: müştərilərin arzu və tələblərini müvafiq yerlərə çatdırmaq üçün çalışırlar. Onlar həmçin insanlara mənfi təsir edən siyasət və proqramların dəyişilməsinə çalışırlar. Eyni zamanda, tələb olunan yeni siyasət və proqramların yaradılması uğrunda da mübarizə aparırlar.

Təsviri: vəkillik sosial işin özəyidir və sosial işçilərin etik qaydalar məcəlləsində əsas götürülmüşdü. Sosial elmlər üzrə alimlər vəkillik funksiyasına belə tərif verirlər: vəkillik əhalinin aciz və təcrid olunmuş təbəqəsi adından çıxış edərək onların hüquqlarını qoruyur, onları müdafiə edir, müdaxilələr edir və eyni zamanda yeni siyasət və proqramların yaranması üçün təkliflər və tövsiyyələr verirlər.

3. Sosial işçilər müəllim kimi.

Məqsəd: bu sosial işçilər problemlər yaranmamışdan qabaq onların qarşısını almaq üçün müştəriləri və ya əhalini maarifləndirirlər, onlara bilik və bacarıqlar aşılayırlar.

Təsviri: bu sahədə işləyən sosial işçilər makro səviyyədə fəaliyyət göstərmiş olurlar. Onlar öyrəndikləri bilik və bacarıqları üzbə-üz müsahibə zamanı, yaxud xüsusi dərs proqramları zamanı müştərilərə və əhaliyə ötürürlər. Öyrətdikləri biliklər gündəlik sosial və yaşayış bacarıqları, davranış dəyişikliyi etmək üçün biliklər, öncədən qarşısını almaq kimi sahələri əhatə edir.

4. Klinik/Məsləhətçi kimi sosial işçilər.

Məqsəd: müştərilərə hisslərini daha yaxşı başa düşməyi izah etməklə, davranışlarını dəyişməklə, eyni zamanda problemlərin qarşısını almaq üçün bəzi bacarıqları öyrətməklə müştərilərin sosial funksiyalarını artırmağa kömək edir.

Təsviri: bu sosial işçilər sosial işin nəzəriyyə və metodikasını tətbiq etməklə insanlara onların psixososial disfunksiyalarını dəf etməkdə, mənəvi və əqli pozuntular zamanı müdaxilə edərək yardım etmək, habelə əlillik və zədənin qarşısının alınmasında və yaxşılaşmasında kömək edirlər. Bunu etmək üçün sosial işçilər insan davranışının nəzəriyyəsini, eyni zamanda sosial mühitin insana necə təsir etməsini yaxşı bilməlidirlər. Bu onlara müştəriyə stresini, disfunksiyasını və mənəvi çətinliyini həll etmək üçün düzgün müalicə formasının seçilməsində kömək etməkdir.

Peşə seçimi hər bir insanın, xüsusilə gəncin (o, öz qüvvəsini sınamaq sahəsini ilk dəfə seçir) həyatında ciddi addım olduğundan, ətraflı götür-qoy etməli, şüurlu, əsaslandırılmış surətdə yanaşmalıdır.



Peşə seçimi üçün əsas qabiliyyət – gələcək mütəxəssisin şəxsiyyətinin özünəməxsus mənəvi-əxlaqi keyfiyyətlərinin və sosial işə meylinin üzvi birləşməsi ola bilər.

Sosial İşçinin ümumi dəyərləri: Humanitar və demokratik ideyalara əsaslanaraq yaranan Sosial iş təcrübəsi insan ehtiyaclarını və potensialını inkişaf etdirmək üzərində fokuslaşıb. İllər keçdikcə sosial iş özündə bir sıra dəyərlər birləşdirdi: səmimilik, vicdanlıq, empatiya, rəhimdillik, peşəkarlıq, insan münasibətlərinin əhəmiyyətliyi.

İnsan Hüquqları və İnsan Ləyaqət: Sosial İşçi hər bir klientin ləyaqətinə və şəxsiyyətinə və bunlardan doğan haqqlarına hörmətlə yanaşlamlı, fiziki, psixoloji, mənəvi və ruhi vəhdətini, rifahını dəstəkləməli (ön plana çəkməli) və müdafiə etməlidir. İnsan Hüquqları və İnsan Ləyaqəti dedikdə aşağıdakılar nəzərdə tutulur:
Öz müqəddəratını təyin etməyə hüquqa hörmət etmək – Sosial İşçi həyat tərzi və dəyərlərindən asılı olmayaraq hər bir şəxsin seçim etmək və qərar vermək hüququna hörmətlə yanaşmalıdır.

Güclü cəhətləri müəyyənləşdirmək və inkişaf etdirmək - Sosial İşçi klientin güclü xüsusiyyətlərini önə çəkməli və onların inkişaf etdirilməsinə səy göstərməlidir.

Hər bir klientlə tam bir məhfum kimi davranmaq - Sosial İşçi klientə tam bir məhfum kimi yanaşmalı, yəni onun ailəsi, yaşadığı mühit, cəmiyyət ilə yaxından maraqlanmalı və klientin həyatının bütün amillərinə nəzər yetirməlidir.
Hər bir insana şəxsiyyət kimi yanaşmaq – kimliyindən asılı olmayaraq Sosial İşçi klientə şəxsiyyət kimi yanaşmalı və davranmalıdır.

Hər bir klientə fərdi yanaşmaq - Sosial İşçi hər bir klientə fərdi yanaşmalı, eyni problemli klientlərlə onların xüsusiyyətlərinə uyğun davranmalıdır.

Məxfiliyi saxlamaq - Sosial İşçi klientin verdiyi cəmiyyətə və ya ikinci bir şəxsə ziyan vurmayacaq məlumatını gizli saxlamalıdır.

Sosial Ədalət: Sosial İşçi cəmiyyətdə klientə qarşı törədilən ədalətsizliyə qarşı mübarizə aparmaq öhdəliyini daşıyır. Sosial Ədalət dedikdə aşağıdakılar nəzərdə tutulur: Ayrıseçkiliyə qarşı mübarizə - Sosial İşçi risk qrupuna daxil olan klientə qarşı yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, sosial-iqtisadi durumuna, siyasi inam, mədəniyyət və cinsi yönümlüyünə, dini baxışlarına görə ayrıseçkilik etməməli və eyni zamanda, cəmiyyətdə mövcud olan bu cür ayrıseçkiliyə qarşı mübarizə aparmalıdır.

Müxtəlifliyə hörmət etmək - Sosial İşçi cəmiyyətdə mövcud olan etnik və mədəni (etnik qruplara aid adət-ənənələr) müxtəlifliyi tanımalı və hörmət etməlidir.

Resursları ədalətlə (bərabər) bölmək - Sosial İşçi səlahiyyətində olan resursları ehtiyacı olan klientlər arasında ehtiyaca uyğun olaraq ədalətlə bölməlidir.

Ədalətsiz siyasi məsələlərə və hərəkatlara qarşı mübarizə - Sosial İşçi resursların ədalətsiz bölüşdürülməsi, zülümkar, ədalətsiz və məhv edici siyasətlərin, davranışların və hərəkatların mövcudluğu faktını öz müdirinin, siyasətçilərin, siyasi proqram hazırlayanların və ümumi ictimayyətin diqqətinə çatdırmaq vəzifəsi var.

Həmrəy olmaq - Sosial İşçi klientlərin sosial təcridliyinə, damğalanmağına və itaətçiliyinə şərait yaradan sosial şərtlərə qarşı mübarizə aparmalı və inklusiv cəmiyyətin qurulmasına çalışmalıdır.

Sosial işçilərin həmkarlarına qarşı etik məsuliyyəti: Həmkarlarına daim hörmətlə yanaşmalıdır.

Ədalətsiz hərəkətlərə qarşı həmkarları müdafiə etməlidir. Klientin ən yaxşı maraqları naminə həmkarlarının məsləhət və dəstəyindən yararlanmalıdır. Həmkarların səriştəlilik və ixtisaslaşmış olduqları sahələr haqqında məlumatlı olmalıdır. Həmkarları ilə şəxsi məqsədlər və ya hər hansı bir mövqeyin tutulması məqsədi olmadan fikir mübadiləsi aparılmalıdır. Professional münasibətlər zamanı həmkarları tərəfindən bölünən məxfi informasiyanın konfidensiallığını saxlamalıdır.

Supervayzerlə, əməkdaşlarla, həmkarlarla, tələbələrlə, trenerlərlə seksual münasibətdə olmamalı və ya cinsi təcavüz etməməlidir.

Digər mütəxəssislərlə, klientlərlə ünsiyyət zamanı həmkarlarına münasibətdə əsassız və neqativ tənqiddən yayınmalıdır. Əsasız, neqativ tənqidə həmkarların səriştəlilik dərəcəsi, irq, milli-etnik mənsubiyyət, cinsi orientasiya, yaş, ailə statusu, siyasi mənsubiyyət, din, əqli və ya fiziki əlillik kimi fərdi göstəricilərə alçadıcı şərhlər aid edilə bilinər.

Konsultasiya mövzusu ilə bağlı səriştə və biliyini nümayiş etdirmiş həmkarlar ilə fikir mübadiləsi aparmaq və bu mübadilə zamanı keysin müzakirəsi üçün vacib olan minimum informasiyanı verməlidir.

Əlavə xidmətlər tələb olunduqda, sosial işçi keyslə bağlı əsaslı dəyişikliklər edəcəyinə əmin olmadıqda və yaxud klientin digər mütəxəssislərin ixtisaslaşmış bilik və təcrübəsinə ehtiyac yarandıqda klienti digər mütəxəssisə yönəltməlidir.

Sosial işçilərin cəmiyyətə yönələn öhdəlikləri:

  • Sosial işçilər cəmiyyətin ümumi rifahını önə çəkməlidir.

  • Sosial işçilər sosial siyasətin və qurumların formalaşdırılmasında ictimaiyyətin rasional iştirakını dəstəkləməlidir.

  • Sosial işçilər sosial problemlər çərçivəsində ictimaiyyətin maarifləndirilməsində yaxından iştirak etməlidir.

  • Sosial işçilər sosial qanunların qəbul olunmasında yaxından iştirak etməlidir.

İctimai-siyasi prinsiplərsosial işin məzmunu və istiqamətinin dövlətin sosial siyasətindən asılılığı səbəbindən tələbləri ifadə edin. Bu asılılıq, əhalinin sosial müdafiəsində prioritetlərin seçilməsinə, sosial işdə fərdi və ictimai maraqların birləşməsinə konseptual yanaşmaları müəyyənləşdirir. Bu qrupun əsas prinsiplərinə aşağıdakılar daxildir: sosial işin regional xüsusiyyətləri ilə birlikdə dövlət yanaşmasının birliyi, onun məzmunu və metodlarının demokratikliyi, onlarla sosial işin məzmunu, forma və metodu seçilərkən fərdi və ya sosial qrupun konkret yaşayış şəraitinin nəzərə alınması, ictimai fəaliyyətin qanuniliyi və ədaləti işçi.

Arasında təşkilati prinsiplərkadrların sosial-texnoloji səriştəsi, fəaliyyətin idarə edilməsi və yoxlanılması prinsipi, funksional müəyyənlik prinsipi, hüquq və vəzifələrin, səlahiyyətlərin və məsuliyyətlərin vəhdəti prinsipi kimi məqamları vurğulamağa dəyər.

Elmi nəzəriyyənin məntiqi formalarının quruluşunda böyük yer tutur psixoloji və pedaqoji prinsiplər. Sosial xidmətlərin müştərilərinə psixoloji və pedaqoji təsir vasitələrinin seçilməsi, istənilən sosial-texnoloji prosedurların həyata keçirilməsində fərdi xüsusiyyətlərin nəzərə alınması tələblərini ifadə edirlər. Bu qrupun əsas prinsiplərinə aşağıdakılar daxildir: müştərilərin yaşayış şəraitinin qiymətləndirilməsinin və onlarla işləmə forma və metodlarının seçilməsinin hərtərəfli təhlili; fərdi yanaşma; diqqət və ünvanlı sosial iş. 

Universallıq prinsipisosial yardımın verilməsində hər hansı bir ideoloji, siyasi, dini, milli, irqi, yaşa bağlı təbiətdəki ayrı-seçkiliyin aradan qaldırılmasını tələb edir. Kömək hər bir müştəriyə yeganə səbəbə görə göstərilməlidir - köməyə ehtiyacı var. Müdafiə prinsipi sosial hüquqlar müştəriyə yardım göstərilməsinin onun sosial hüquqlarından və ya bir hissəsindən imtina etməsi tələbindən irəli gələ bilmədiyi bildirilir. Məsələn, mövcud qanunvericiliyə uyğun olaraq, böyük ailəyə göstərilən yardım onun uşaq doğuş fəaliyyətini məhdudlaşdırması tələbi ilə əlaqələndirilə bilməz.

Sosial cavab prinsipi müəyyən edilmiş sosial problemlərlə əlaqədar tədbirlərin görülməsi, fərdi müştərinin sosial vəziyyətinə uyğun hərəkət etmək və sosial xidmətlərin "orta" istehlakçısına yönəldilmiş standart fəaliyyətlər qrupu ilə məhdudlaşmamağın vacibliyini dərk etməyi nəzərdə tutur.

Profilaktik istiqamət prinsipi sosial problemlərin və müştərilərin həyat çətinliklərinin ortaya çıxmasının qarşısını almaq və ya artıq yaranan problemlərin qarşısını almaq üçün səyləri əhatə edir. Təcrübə göstərir ki, sosial fəlakətin qarşısının alınması onun sonrakı nəticələrini aradan qaldırmaq üçün səy göstərməkdən həmişə asandır. Məsələn, uyğunsuzluq vəziyyətində olan uşaqların ailə və məktəb münasibətlərinin qorunması, özləri üçün, yaxınları və bütövlükdə cəmiyyət üçün sonrakı dövrlərdə uşaqların özbaşınalığı, cinayətkarlığı və s.

Müştəri yönəldilməsi prinsipi başqalarının hüquq və maraqlarına zidd olduğu hallar istisna olmaqla, bütün hallarda müştəri hüquqlarının prioritetinin tanınması deməkdir. Totalitar cəmiyyətin ənənələri bizi bir çox hallarda dövlətin və cəmiyyətin maraqlarını vurğulamağa məcbur edir. Məsələn, ailənin sosial dağılmasını təhlil edərkən doğuş nisbətinin azalmasının mənfi təsir göstərəcəyini söyləmək adətlidir əmək ehtiyatlarıcəmiyyətin gələcək nəsillərdə, on il ərzində dövlət ehtiyacları üçün tamamilə qeyri-kafi olacaq Silahlı Qüvvələr üçün hərbi xidmətə çağırışçıların kontingentində olacağı. Unutmaq olmaz ki, bütün bunlar, əlbəttə ki, sosial işçi üçün vacib prioritetlər ön plana çıxa bilməz: fəaliyyətinin ən vacib məqsədi müştərisinin sosial fəaliyyət qabiliyyətini təmin etmək, yaratmaqdır əlverişli şərtlər sosial rifahı və şəxsiyyətinin inkişafı üçün. Dövlətin və cəmiyyətin ehtiyacları yalnız dolayı yolla onun fəaliyyəti nəticəsində qarşılanır. 

Bu prinsip çərçivəsində, sosial işçilərin köməyini qəbul etmək və ya qəbul etməmək hüququ olan, bu və ya digər yardım növünü və ya həyat problemlərinin həlli üçün bir ssenari seçmək hüququ olan müştərinin suverenliyi və muxtariyyəti nəzərdən keçirilə bilər, onunla işləmək barədə tam məlumat almalı, həmçinin qorumaq hüququna sahibdir. şəxsi həyatı kənar müdaxilədən başqalarının hüquq və mənafelərinə xələl gətirməyən dərəcədə.

Özünə inam prinsipimüştərinin subyektiv rolunu, problemlərinin həllində fəal mövqeyini vurğulayır. İnsanın özünün əvəzinə hər kəsin həyat çətinliklərini həll edə biləcəyi, münaqişə vəziyyətini aradan qaldıra bilməsi və yaxınlarınızla münasibət qura bilməsi ehtimalı azdır. Sosial işçi müştəriyə böhranı aradan qaldırmaq üçün bir strategiya seçməsini tövsiyə etməli, ona psixoloji yardım göstərməli, özünə kömək etməyi təşviq etməli, bənzər problemləri olan insanların çətinliklərin ortadan qaldırılması üçün birləşməsinə kömək etməlidir. Əlbəttə ki, bu vəziyyətdə bu intellektual, əqli və fiziki ehtiyatları baxımından kifayət qədər səlahiyyətli olan müştərilər haqqında. Əlil insanlar, uşaqlar, yaşlılar, özünə kömək potensialı olmayan insanlar, əlbəttə ki, öz fəaliyyətlərini göstərmədən yardım almaq hüququna malikdirlər.

Sosial mənbələrdən maksimum istifadə prinsipləri bir sosial sistemin qaçılmaz olaraq əhalisinə sosial yardım göstərmək üçün minimum vəsait ayırmasından irəli gəlir. Düzdür, bu vəsaitlərin həqiqi dəyəri ilk növbədə dövlətin sosial-iqtisadi imkanlarından və cəmiyyət üçün şəxs üçün zəruri sosial minimuma daxil olan şeylər barədə fikirlərdən asılıdır. Bununla birlikdə, prinsip hər yerdə mövcuddur: sosial işçilər, qanunla qadağan olunmayan digər üsullardan istifadə edərək, qeyri-hökumət, könüllü, xeyriyyə müəssisələri, müştərilərin yardım və qarşılıqlı yardım təşkilatları ilə əlaqə quraraq müştəriyə yardım göstərmək üçün əlavə imkanlar cəlb etmək üçün səy göstərməlidirlər.

Məxfilik prinsipi fəaliyyət müddətində bir sosial işçinin müştəri haqqında məlumat əldə ediləcəyi, əgər açıqlandığı təqdirdə ona və ya qohumlarına zərər verə biləcəyi, onları ləkələməsi və gözdən salmasına səbəb ola bilər.Bu məlumatlar xəstəliklər, mənfi vərdişlər, ruhi xəstəliklər, ailə münaqişələri, keçmiş keçmiş və ya indiki dövrdə mövcud olanlar haqqında. Dözümlülük prinsipi sosial iş, bir mütəxəssisə rəğbət bəxş edə bilməyən insanlar da daxil olmaqla müxtəlif növ müştərilərlə aparıldığına görə. Siyasi, dini və milli xüsusiyyətlər yardıma ehtiyacı olan şəxslər, davranış stereotipləri və xarici görünüşləri ictimai işlə məşğul olan insanlar üçün qeyri-adi ola bilər. Ksenofobiyanın müəyyən elementləri, yəni. düşmənçilik və yad ənənələrin təzahürlərindən qorxmaq cəmiyyətimizdə çox yayılmışdır. Sosial işçilər, nöqteyi-nəzərlərini, davranış stereotiplərini, yaxşı və pis barədə fikirlərini yeganə həqiqi və normativ kimi qəbul etmək illüziyasından azad deyillər. Bu zaman insan tiplərinin, milli-mədəni ənənələrin və davranış adətlərinin müxtəlifliyi bütün bəşəriyyətin inkişafının canlılığının açarıdır. Heç kim başqasının fəaliyyətini təhlükəli və başqalarına zərər verməyənə qədər qınamamalıdır. Sosial işçi müştəriləri “yaxşı” və “pis”, “rahat” və “narahat” kimi çeşidləyə bilməz. Kömək ehtiyacı olan hər kəs bunu almalıdır. Sosial iş mütəxəssisinin peşəkar dözümlülüyü müştərilərin müxtəlifliyinin və bu müxtəlifliyin təzahürlərinə dözümlülüyün tanınması deməkdir. 

NƏTİCƏ

Beləliklə, sosial işçinin əxlaqi davranışı onun şəxsiyyətinin əxlaqi və mənəvi keyfiyyətləri ilə müəyyən olunur. Sosial iş poliparadiqmal nəzəriyyə və təcrübə kimi səciyyələnir. Sosial işin metodologiyası müştəridən başqa sosial işçinin də iştirak etdiyi predmet və obyektin, eləcə də sosial işçi və kliyentin qarşılıqlı münasibətinin baş verdiyi sosial kontekstin, sosial işin strukturunun və sahənin fəaliyyət prinsiplərinin öyrənilməsini nəzərdə tutur.



Ümumpeşə fənləri sahəsinə aşağıdakılar aiddir: müxtəlif sosial mühitdə sosial işin spesifikliyi; aparıcı yerli və xarici sosial iş təcrübəsi; əsas psixoloji funksiyalar və onların fizioloji mexanizmləri, psixikanın təşəkkülündə təbii və sosial amillərin qarşılıqlı münasibəti, insan davranışında iradə və emosiyaların, tələbat və motivlərin, eləcə də şüursuz mexanizmlərin əhəmiyyəti; şəxsiyyətə sosioloji yanaşma, onun sosiallaşma prosesində formalaşması amilləri və sosial davranışın tənzimlənməsinin əsas qanunauyğunluqları və formaları; sosial birliklər və sosial qruplar, sosial proseslərin növləri və nəticələri haqqında elmi təsəvvür; kütləvi sosial hərəkatların yaranmasının və inkişafının əsas mənbələri; sosial qarşılıqlı əlaqələrin formaları,. Sosial inkişafın amilləri, sosial təşkilatların növləri və strukturu; ümumi və ailə pedaqogikasının əsasları; pedaqoji fəaliyyətin formaları, vasitələri və metodları; tərbiyyə işi və maarifləndirmənin forma və metodları; məişət və ailə tərbiyyəsinin milli xüsusiyyətləri, xalq ənənələri; ana və uşaqları mühafizəni tənzimləyən, onların sosial müdafiəsini təmin edən ailə, əmək, mənzil qanunvericiliyi normaları; cinayət və mülki hüququn əsasları; qəyyumluq, hamilik, övladlığa götürmə, valideynlik hüquqlarından məhrumetmə qaydaları və təşkili, xüsusi təlim-tərbiyə müəssisələrinə göndəri, tibbi-sosial işin, sosial maarifin, sağlam həyat tərzinin təbliğinin təşkili.

ƏDƏBİYYAT

  1. Məlikova M. Dövlət və hüquq nəzəriyyəsi. Bakı: Maarif, 1979, 341 s.

  2. Rəcəbli H. Azərbaycan Respublikasının sosial müdafiə sistemi. Bakı: MBM, 2012, 408 s.

  3. Rəcəbli H. Azərbaycan Respublikasının sosial siyasətinin transformasiyası və komporativ təhlili. Bakı: Gənclik, 2003, 371 s.

  4. Sosial işin əsasları /Müntəxəbat/ 1 hissə, Bakı: BDU, 2006, 359 s.


Yüklə 36,07 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin