- İmperativ (məcburi) norma. Bu bütün ətraf mühitə və insan sağlamlığına təsir mənbələrinə ekoloji tələbləri nəzərdə tutur.İmperativ normada ekoloji ziyanlı fəaliyyətə qadağalar müəyyən edilir, təbiətdən istifadəyə limitlər qoyulur və təbii resurslardan istifadəyə lisenziyaların verilmə qaydaları tətbiq edilir. ”Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda imperativ normalar 14-15-ci (təbiətdən istifadə ilə əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növləri və təbii ehtiyatlardan istifadə müqavilələrinin bağlanması) və 35-48-ci maddələrində (təbii ehtiyatlardan istifadə zamanı; lahiyələşdirməyə; müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirilməsinə; müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə və yenidən qurulmasına; müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və istismar müddətində; sənaye, energetika, nəqliyyat və rabitə obyektlərinin, kənd təsərrüfatı təyinatlı və meliorasiya obyektlərinin istismarına; şəhərsalma və başqa yaşayış məntəqələrinin tikintisinə; radioaktiv maddələrlə iş zamanı; hərbi və müdafiə obyektlərinə və sairə olan ekoloji tələblər), habelə “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası
Qanununun 9-cu maddəsində (ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə təsərrüfat və digər fəaliyyətə dair məhdudiyyətlər) nəzərdə tutulmuşdur.