Referat Mövzusu: Xürrəmilər hərəkatı: islama yoxsa ərəb ağalığına qarşı



Yüklə 77,31 Kb.
səhifə3/3
tarix01.01.2022
ölçüsü77,31 Kb.
#50254
növüReferat
1   2   3
xürrəmilər hərəkatı

Nəticə


Babəkin başçılığı altında Azərbaycanda Ərəb xilafətinə qarşı azadlıq hərəkatının baş verməsi böyük əhəmiyyətə malik bir hadisə olmuşdur. Xürrəmilər bir hərəkat kimi sosial bərabərlik, ədalətli cəmiyyət uğrunda mübarizə aparırdılar. Onlar məzdəkilər kimi Allah nemətlərinin insanlar arasında bərabər bölünməsini istəyirdilər. xürrəmilərin apardığı mübarizədə İslamın bəzi ehkamlarını ləğv etmək istəmələri və ya rədd etmələri fikri kimi iddialar irəli sürülür. Əslində babəkilər tərəfindən İslamın bəzi ehkamlarının ləğv edilməsinə müəyyən qədər haqq qazandırmaq olar. Çünki uzun müddət ayrı- ayrı dini dünyagörüşlərə xidmət edən xalqın nümayəndələrini birdən- birə İslamın bütün ehkamlarını qəbul etməsi mümkün deyildi. Bu heç də Babəkin ateist olması fikrinə gətirib çıxarmır. Bir qədər hadisələri qabaqlayaq. Belə ki, XIII əsrdə Azərbaycana hücum etmiş monqollar nə üçün onların dini olan şamanizmi Azərbaycanda rəsmi din elan etmədilər və ya edə bilmədilər? Çünki XIII əsrdə artıq Azərbaycan altı əsrə yaxın idi ki, İslamı qəbul etmişdilər. Ona görə də monqollar şamanizmi azərbaycanlılara qəbul etdirmədilər özləri İslamı qəbul etdilər. Elə cə də xürrəmilərdə. Uzun əsrlər ayrı- ayrı dini əqidələrə xidmət edən xalq ərəb xilafətinə qarşı mübarizədə qəbul etmədikləri ehkamları irəli sürür və xalqın azadlıqsevər təbəqələrini bu ehkamlarını ləğv etmək uğrunda mübarizəyə çağırırdılar. Xürrəmilər hərəkatının özəyində məzdəkilər dururdu. Cavidanın dövründə mübarizəni başlayan xürrəmilər alovlu vətənpərvərlər kimi əsas güclərini məhz 816- cı ildə Babəkin bu hərəkata rəhbərliyindən sonra göstərməyə başldılar. Babəkin hərəkata rəhbərliyi hərəkatın genişlənməsində mühüm rol oynadı. Güclü ordu yaradan Babək bir- birinin ardınca 819- cu il, 820- 21- ci illər, 825- 26- cı illər əməliyyatlarında uğurlu qələbələr qazandı.Ən böyük ilk qələbəsini 829- cu ildə Həştadsər döyüşündə qazandı. Ərəblərin Bəzzi tutmaq cəhdi baş tutmadı. 830- cu il Həmədan döyüşündə babəkilər yenidən uğur qazandı. 833- cü ildə II Həmədan döyüşündə Babək ilk dəfə uğursuzluğa düçar oldu. Bu ərəb xilafətinə öz səhvini anlatdı. Bütün qüvvələr xürrəmilərə qarşı yönəldildi. Qüvvələr nisbəti getdikcə xürrəmilərin əksinə, ərəblərin xeyrinə gedirdi. 836- cı il II Həştadsər döyüşü Babəkin son böyük uğuru oldu. Afşin ərəb qoşunlarına rəhbərliyə gələndən sonra Babək haqqında kəşfiyyat məlumatları toplamağa, onun sərkərdələrini aradan qaldırmağa başladı. Üzücü müharibələr artıq Babəkin tərəfdarı olan sadə xalq nümayəndələrinin ondan uzaqlaşmasına gətirib çıxarırdı. 837- ci il avqustun 26- sı Babəkin Bəzz uğrunda döyüşü onun son döyüşü oldu. Bəzz tutuldu. Ərəb xilafəti Bizansa qarşı mübarizədə Babəkdən istifadə etmək cəhdləri baş tutmadı. Babək ən son anlara qədər Vətənin azadlığını öz şəxsi maraqlarından üstün tutdu. Babəkin edamı ərəb Xilafətinin ən böyük qələbəsi oldu. 20 illik ərəb Xilafətinə qarşı mübarizə ərəblərin 225500 nəfər əsgər və çoxlu ərəb sərkərdəsi məhv edilmişdi. Babək hərəkatı Abbası xilafətini kökündən sarsıtdı. Bu sarsıntı o qədər güclü oldu ki, Xilafət bir daha özünün əvvəlki qüdrətini bərpa edə bilmədi. Məhz Babək hərəkatı Azərbaycanda və digər Xilafət ərazilərində xilafət əleyhinə hərəkatlara bir ideya mənbəyi və təkan oldu. Xürrəmilər və onun rəhbəri Babək Azərbaycanın mübarizə tarixində şərəfli bir ad kimi daxil olmuşdu.
Yüklə 77,31 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin