Qeyri - ərzaq malları üzrə minimum istehlak səbətinin tərkibi
Xidmət sahələri üzrə minimum istehlak səbətinin tərkibi
Azərbaycan Respublikasının Prezidenti hər il istehlak məhsullarının qiymət artımını nəzərə alaraq min. istehlak səbətinə uyğun yaşayış min. haqqında Qanun qəbul edir. Belə ki, “Azərbaycan Respublikasında 2018 - ci ilə görə yaşayış min. barəsində” Azərbaycan Respublikasının 1 dekabrda 2017 - ci il tarixində 906 - nömrəli Qanununa görə, 2018 - ci il görə Azərbaycanda yaşayış min. ölkə üzrə 173 manat təşkil etmişdir.
Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 183 manat, pensiyaçılar üçün bu göstərici 144 manat, 0 - 14 yaş intervalına daxil olan uşaq üçün isə sözgedən göstərici 154 manat məbləğində müəyyən olunmuşdur. 2017 - ci il ilə müqayisə etsək, görərik ki, 2017 - ci ildə ölkə üzrə yaşayış minimumu 155 manat təşkil etmişdir. Əmək qabiliyyətli əhali üçün bu göstərici 164. 5 manat, 0 - 14 yaşlı uşaqlar üçün 136. 6 manat, pensiyaçılar üçün isə 130. 2 manat məbləğində müəyyən edilmişdir.
2017 - ci illə cari dövrü müqayisə etsək görərik ki, 2018 - ci ildə istehlak məhsullarının qiymətində müəyyən dəyişikliklərin olması nəzərə alınaraq yaşayış minimumunun səviyyəsi də artırılmışdır.
Yoxsulluğun səviyyəsinin azaldılması və ləğvi istiqamətləri
İqtisadi ədəbiyyatlarda insanların, əhali qruplarının həyat səviyyəsini xarakterizə edərkən ən çox işlədilən anlayışlardan biri də yoxsulluqla əlaqədardır. Yoxsuluq, onun mahiyyəti, azaldılması və ləğvi haqqında tədqiqatımıza başlamazdan öncə həyat səviyyəsi anlayışının mahiyyətini izah edək. Xüsusilə vurğulamalıyıq ki. elmi və iqtisadi ədəbiyyatlara həyat səviyyəsi anlayışını ilk dəfə olaraq K. Marks gətirmişdir.
K. Marks həyat səviyyəsi anlayışından işçi qüvvəsinin dəyər kəmiyyətindən danışarkən istifadə edirdi. Belə ki, K. Marks hesab edirdi ki, işçi qüvvəsinin dəyər kəmiyyəti hər bir ölkədə həyat səviyyəsini ifadə edən əsas anlayışlardan biridir. K. marks göstərməyə çalışırdı ki, bu göstərici yalnız insanların zəruri tələbatlarının ödənilməsini deyil, eyni zamanda da insanların yaşadığı ictimai mühitdən doğan tələbatlarının da müəyyən dərəcədə ödənilməsinin təmin olunması prosesidir.
Həyat səviyyəsi insanların istehlaklarının ödənilməsi səviyyəsinin əsas xarakterik göstəricilərindən biridir. Başqa sözlə desək. vətəndaşların eləcə də ayrıayrı şəxslər qrupunun maddi rifah halının səviyyəsi məhz həyat şəraiti anlayışı ilə müəyyən olunur. Həyat səviyyəsinin yüksək və yaxud da aşağı olması bilavasitə olaraq əhali gəlirlərindən asılıdır.
Belə ki, əhali gəlirləri nə qədər yüksək olarsa, əhali qrupları öz tələbatlarını bir o qədər yüksək səviyyədə ödəyə bilər və əksinə gəlirlərin azalması insanların öz tələbatlarını ödəməsində əngəl yarada bilər. BMT - nin təklifinə görə, həyat səviyyəsi müxtəlif göstəricilər əsasında müəyyən olunur. Həmin göstəricilər sistemi aşağıdakı sxem vasitəsilə əhatəli şəkildə tədqiq olunmuşdur.