Patronların tərkib hissələrinin təyinatı və quruluşu
Patronların ümumi quruluşu
Döyüş patronu (şək. 23) güllədən, gilizdən, barıt atımından və kapsul-alışdırıcıdan ibarətdir.
Güllələrin quruluşu
Ümumi anlayışlar
Güllə - hədəfə lazımi təsir göstərmək üçün təyin olunmuş patronun əsas elemen-tidir.
Xarici görünüşünə görə güllə baş, aparıcı və quyruq hissələrə bölünür.
Güllənin baş «a» hissəsinin xarici görünüşü və hündürlüyü onun uçuş sürətini nəzərə almaqla hesablanır. Belə ki, güllənin sürəti artdığı halda onun baş hissəsi uzanır, bu isə öz növbəsində güllənin uçuşu zamanı havanın müqavimətinin azalması və bununla güllənin sabit uçuşunun təmin olunması ilə izah olunur. Adətən güllənin baş hissəsi ocival formada olur. Müasir güllələrdə baş hissənin uzunluğu silah nümunəsinin 2,5-3,5 çapı* arasında dəyişir.
Şəkil 23. Döyüş patronu:
1 – güllə; 2 - giliz; 3 – barıt atımı; 4 - kapsul-alışdırıcı; a – baş hissə; b – orta (aparıcı) hissə; c – quyruq hissə; d – dairəvi oyuq
Güllənin aparıcı «b» hissəsi – güllənin hərəkətini istiqamətləndirmək, ona fırlan-ma hərəkəti vermək və güllənin lülə kanalı boyu hərəkəti zamanı barıt qazlarını obtyu-rasiya* etmək üçün təyin olunmuşdur.
Güllənin lülə kanalında hərəkətini düzgün istiqamətləndirmək üçün aparıcı hissə-nin uzunluğu kifayət qədər uzun olmalıdır. Lakin, aparıcı hissənin uzunluğu artdığı hal-da güllənin yivlərə daxil olma qüvvəsi artır, bu isə öz növbəsində lülə kanalının yeyil-məsini artırır. Bundan başqa güllənin aparıcı hissəsinin hədsiz uzadılması güllənin yivlərə daxil olma zamanı örtüyünün dağılmasına səbəb ola bilər. Bunu nəzərə alaraq müasir güllələrdə aparıcı hissənin optimal uzunluğu 1 çapdan 1,5 çapa qədər təşkil edir. Güllə-nin aparıcı hissəsi silindrik formada olur. Güllənin aparıcı hissəsində maksimal diametri, silah nümunəsinin 1,02-1,04 çapına qədər təşkil edir. Məsələn, 7,62 mm tüfəng patron-larında tətbiq olunan güllələrin aparıcı hissəsinin maksimal diametri -7,92 mm, 5,45 mm patronlarda tətbiq olunan güllələrin aparıcı hissəsinin maksimal diametri isə - 5,60 mm təşkil edir.
Adi və xüsusi təyinatlı güllələrin (tapança və köhnə nümunəli izburaxan güllələr istisna olmaqla) aparıcı hissəsində bir və ya nadir hallarda iki dairəvi oyuq yerləşir. Bu oyuğa gilizin ağızlığı əzilir və bununla da güllə ilə giliz arasında etibarlı birləşmə təmin olunur.
Dostları ilə paylaş: |