Jurnal – məntiqi qovluq.Əgər sənədi sonuncu dəfə işlədilmiş qovluqların birində saxlamaq istəyiriksə,bu çox rahatdır.
Mənin sənədlərim – müxtəlif sənədləri saxlamaq üçün ənənəvi qovluq.
İşçi stol – adətən,bu stolu təmiz saxlamaq məsləhətdir.Tez-tez istifadə olunan sənədi burada saxlamaq məsləhətdir.
Seçilmiş - Web- səhifələrin saxlanması üçün istifadəçiyə lazım olan xüsusi məntiqi qovluq.Bundan mətn sənədlərinin saxlanması üçün istifadə etmək məqsədəuyğundur.
Web- qovluqlar. Web strukturunda saxlanılan xüsusi qovluqlar.
Mətnin redaktə olunması üçün xüsusi vasitələr:Simvolların daxil edilməsi və dəyişdirilməsi rejimi.Daxil edilmiş rejimdə daxil edilən mətn mövcud olan mətni "aralıyır",dəyişdirilmiş rejimdə isə simvollar mətndəki əvvəlki simvollarla qarışdırılır.Mətnin yoxlanması üçün cari iş rejimi."Замена" redaktoru vasitəsi ilə həyata keçilir.Yoxlanış rejiminin qurulması Правка(Düzəliş) dialoq pəncərəsində yerinə yazılır (Serviz►Parametri►Pravka).Tezaruz – sinonimlərin mənasını izah edən lüğətdir. Serviz►Dil►Tezarus.
Mətn prosessrunda yazılışın yoxlanışı üçün 2 rejimdən istifadə olunur: avtomatik və əmri (qrammatik və orfoqrafik).
Mətnin formatlaşdırılması: şriftin seçilməsi və dəyişdirilməsi,şrftin ölçüsünün müəyyənləşdirilməsi,şriftinin rənginin seçilməsi,sənədin çapa hazırlanması, bərabərləşdirmə metodu, abzasların parametrlərinin seçilməsi,səhifələrin nömrələnməsinin idarə olunması.
Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, mətn prosessorları ilə mətn redaktoru arasında fərq vardır:mətn prosessoru nəinki mətni daxil etməyə,redaktə etməyə,eyni zamanda formatlaşdırmağa kömək edir. Bura qrafikləri,cədvəlləri,digər obyektləri daxil etmək olar, əlavə olaraq isə formatlaşdırma prosesslərinin avtomatlaşdırılması üsulları daxildir.
Dostları ilə paylaş: |