Azərbaycan Respubikası Təhsil Nazirliyi
Bakı Biznes Universiteti
Fakültə: Biznes və menecment
İxtisas: İqtisadiyyat
Qrup: 2220
Kurs: 2
Fənn: İnformasiya kommunikasiya texnologiyaları
Mövzu: MS Word 2010 mətn redaktoru.
Referat
Tələbə: Şərifli Yusif
Elmi rəhbər: Həsənova Pərvanə
Baku-2022
Plan
Giriş
Ms WORD 2010 mətn redaktoru.
Ms WORD 2010 Redaktorunun əsas üstünlükləri
MS Word 2010 istifadəçi interfeysi.
Mətinlər üzərində iş. Mürəkkəb sənədlər.
Nəticə
Ədəbiyyat siyahısı
Giriş
Microsoft Word – mətn redaktoru olub istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. - İlk kompüterlər yarandığı vaxtdan başlayaraq onların proqram təminatları içərisində müxtəlif sənədlərin yığılmasını, tərtibatını, nizamlanmasını və çap edilməsini yerinə yetirə biləcək müxtəlif mətn redaktorlarının yaradılması qarşıda duran əsas məsələlərdən biri olmuşdur.
Bu cür proqramlar tərtib edən proqramlaşdırıcılar əsasən sənədlərin kompüterdə yığılmasını, redaktə edilməsini və çap olunmasını təmin etmək üçün yüksək servisə malik proqram paketləri-redaktorlar yaratmağa çalışırlar. Bu problemləri həll etmək üçün müxtəlif proqramçılar qrupu tərəfindən bir çox redaktorlar yaratmışdır. Bu cür redaktorlara misal olaraq: LEKSİKON, FOTON, NE, MS WORD, LOTUS (MS-DOS sistemi üçün), WRITE, LOTUS, WORD və s. (WINDOWS sistemi üçün) göstərmək olar.
Mövcud redaktorlar içərisində MICROSOFT WORD mətn prosessoru müxtəlif mürəkkəblik dərəcəsinə malik sənədlərin yığılması, redaktə edilməsi, tərtibatı və çap edilməsi üçün istifadə edilən və həm klaviatura, həm də MOUSE vasitəsilə asanlıqla idarə edilən ən geniş yayılmış redaktorlardan biridir. WORD mətn prosessoru istifadəçiyə hər hansı bir sənədi yığarkən eyni zamanda müxtəlif şiriftlərdən istifadə etməyə imkan verir. - Bu prosessor həmçinin güclü qrafik redaktə imkanlarına da malikdir. WORD prosessoru digər mətn və qrafiki redaktorları ilə qarşılıqlı işləmə imkanlarına da malikdir. Redaktorun MS- DOS və WINDOWS sistemləri üçün müxtəlif versiyaları mövcuddur.
Word redaktoru sənədlərin hazırlanması, o cümlədən mətnlərin yığılması, cədvəllərin, şəkillərin, qrafiklərin yaradılması, tərtib və çap olunması üçün nəzərdə tutulmuşdur. Word redaktoru vasitəsilə müxtəlif sənədlər, məktublar, məqalələr, böyük həcmli kitablar və s. hazırlamaq mümkündür. Word redaktoru sənədə müxtəlif qrafik təsvirlərin – rəsm, şəkil, fotoşəkil, fiqurların yerləşdirilməsi və formatlaşdırılması (ölçüsünün və rənginin dəyişdirilməsi, parlaqlığının və rəng çalarlarının dəyişdirilməsi və s.) əməliyyatlarını yerinə yetirməyə, ən mürəkkəb riyazi düsturları mətnə daxil etməyə imkan verir. Bundan əlavə, Word redaktorunda səhifələrin avtomatik nömrələnməsi, mətnin və səhifənin kənarında məsafələrin qoyulması, stillərin, şablon formalarının işlənib hazırlanması və lazım gəldikdə onlardan istifadə edilməsi, eyni zamanda bir neçə sənədin emal olunması, mətnə xüsusi simvolların daxil edilməsi, orfoqrafik, qrammatik, sintaksis yoxlamaların həyata keçirilməsi və digər əməliyyatları yerinə yetirmək olar.
Dostları ilə paylaş: |