2 .2 Вставка (Əlavə etmə) tab-vərəqi. Bu tab-vərəqin əmrləri Word sənədlərinə yeni obyekt, o cümlədən cədvəl, şəkil, diaqram, simvol, düstur daxil etmək, həmçinin mətnin səhifələrinin nömrələnməsi, səhifələrə sərlövhələrin (təkrarlanan yazıların) əlavə edilməsi və s. əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulmuşdur.
2.3 Разметка страницы (Səhifə düzəni) tab-vərəqi. Bura səhifənin parametrlərinin tənzimlənməsi, o cümlədən vərəqin kənarlarından məsafənin qoyulması, vərəqin ölçüsünün və istiqamətinin seçilməsi, mətnin sütunlara bölünməsi, səhifənin fonunun və sərhədinin, abzasların parametrlərinin tənzimlənməsi və s. əməliyyatlar daxildir.
2.4 Ссылки (İstinadlar) tab-vərəqi. Bu tab-vərəqdə mündəricatın, predmet göstəricinin, haşiyənin, istinadların qoyulması və digər əməliyyatları yerinə yetirən əmrlər daxil edilmişdir.
Dostları ilə paylaş: |