DÖVLƏT QULLUQÇUSU M a d d ə 1 4 . Dövlət qulluqçusu 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız AR və NMR büdcəsinən) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 14.2. inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir. M a d d ə 1 5 . Dövlət qulluqçusunun andı
And Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.
İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir:
«Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm».
Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.
Andiçmə bir dəfə olur. And içən dövlət qulluqçusu andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində
saxlanılır.
Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilir.
Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər.
M a d d ə 1 5 - 1 . Dövlət qulluqçusunun şəxsi işi Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır.
Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir.
Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (AR Prezidenti) tərəfindən müəyyən olunur.
Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. M a d d ə 1 5 - 2 . Dövlət qulluqçusunun xidməti vəsiqəsi Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.
Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.
Xidməti vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı (AR Prezidenti) tərəfindən müəyyən edilir.
M a d d ə 1 6 . Dövlət qulluqçularının ixtisas dərəcələri
16.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. 16.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir: inzibati vəzifələrin ali təsnifatı üzrə həqiqi dövlət müşaviri
1-ci dərəcə dövlət müşaviri 2-ci dərəcə dövlət müşaviri
inzibati vəzifələrin birinci təsnifatı üzrə 1-ci dərəcə dövlət müşaviri
2-ci dərəcə dövlət müşaviri
3-cü dərəcə dövlət müşaviri
inzibati vəzifələrin ikinci təsnifatı üzrə 2-ci dərəcə dövlət müşaviri
3-cü dərəcə dövlət müşaviri
dövlət qulluğunun baş müşaviri
inzibati vəzifələrin üçüncü təsnifatı üzrə dövlət qulluğunun baş müşaviri dövlət qulluğunun müşaviri
dövlət qulluğunun kiçik müşaviri
inzibati vəzifələrin dördüncü təsnifatı üzrə dövlət qulluğunun müşaviri dövlət qulluğunun kiçik müşaviri
1-ci dərəcə dövlət qulluqçusu
inzibati vəzifələrin beşinci təsnifatı üzrə dövlət qulluğunun kiçik müşaviri
1-ci dərəcə dövlət qulluqçusu
2-ci dərəcə dövlət qulluqçusu
inzibati vəzifələrin altıncı təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu
2-ci dərəcə dövlət qulluqçusu
3-cü dərəcə dövlət qulluqçusu
inzibati vəzifələrin yeddinci təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu
3-cü dərəcə dövlət qulluqçusu kiçik dövlət qulluqçusu.
16.3. Yardımçı vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:
yardımçı vəzifələrin birinci təsnifatı üzrə dövlət qulluğunun baş referenti
dövlət qulluğunun böyük referenti
dövlət qulluğunun
1-ci dərəcə referenti
yardımçı vəzifələrin ikinci təsnifatı üzrə dövlət qulluğunun böyük referenti dövlət qulluğunun
1-ci dərəcə referenti dövlət qulluğunun
2-ci dərəcə referenti
yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə dövlət qulluğunun 1-ci dərəcə referenti dövlət qulluğunun
2-ci dərəcə referenti
dövlət qulluğunun 3-cü dərəcə referenti
yardımçı vəzifələrin dördüncü təsnifatı üzrədövlət
qulluğunun
2-ci dərəcə referenti dövlət qulluğunun
3cü dərəcə referenti dövlət
qulluğunun kiçik referenti