qeydiyyatı xidmətlərindən istifadə edilə bilər. M a d d ə 2 9. Elektron sənədin saxlanılması 29.1. Elektron sənədin saxlanılma qaydası aşağıdakı şərtlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir:
29.1.1.elektron sənəd yaradıldığı, ötürüldüyü və ya qəbul edildiyi quruluşu saxlasın; 29.1.2.elektron sənəd onu Göndərəni, Alanı, göndərilmə və alınma vaxtını müəyyən etməyə imkanversin;29.1.3.elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadə edilə bilsin; 29.1.4.elektron sənədin saxlanılma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən azolmasın; 29.1.5.qanunvericiliklə və tərəflərin razılığı ilə müəyyən edilən digər şərtlərə uyğun gəlsin.
29.2.Bu Qanunun 29.1-ci maddəsi saxlanılması zəruri olmayan elektron sənədlərə şamil edilmir.
29.3.Elektron sənədlərin saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq
digər hüquqi və fiziki şəxslərin xidmətlərindən istifadə edilə bilər.
M a d d ə 3 0. Elektron sənədin mühafizəsi 30.1.Elektron sənəd dövriyyəsi zamanı elektron sənədin mühafizəsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olan proqram və texniki vasitələrdən istifadə edilməlidir.
30.2.Elektron sənəd dövriyyəsində istifadə edilən informasiya sistem və şəbəkələrində mühafizə tədbirlərinin lazımi səviyyəsi bu sistem və şəbəkələrin mülkiyyətçisi tərəfindən təmin edilir.
30.3.Korporativ informasiya sistemlərində elektron sənəd dövriyyəsinin mühafizə tədbirlərinin lazımi səviyyəsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə müvafiq olaraq bu sistemin mülkiyyətçisi tərəfindən və ya iştirakçıların razılaşmasına uyğun təmin edilir. M a d d ə 32. Məzmununu konfidensial informasiya təşkil edən elektron sənədlər 32.1.Tərkibində dövlət, kommersiya, bank sirləri təşkil edən məlumatlar və digər konfidensial informasiyalar olan elektron sənədlərin istifadə qaydası və mühafizə tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
32.2.Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin mübadiləsi üçün yalnız sertifikatlaşdırılmış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə olunmalıdır. 32.3.Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin ekspertizası müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
32.4.Bu Qanunun 32.1-ci maddəsində nəzərdə tutulan elektron sənədlərlə işləməyə buraxılan şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bu sənədlərin mühafizəsi üçün zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.
32.5.Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən elektron sənəd dövriyyəsini həyata keçirən subyektlər konfidensial informasiya məzmunlu elektron sənədlərə müraciət və onların mühafizə üsullarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özləri müəyyən edirlər.
“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi