M a d d ə 5 . Elektron imzanın istifadəsi 5.1. Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. 5.2. İmza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir.
5.3. Elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədilə imzanın yoxlanılması həyata keçirilir. Yoxlama imza vasitələrindən istifadə edilməklə elektron imzanı yoxlama məlumatları əsasında aparılır.
5.4. Elektron imzanın yoxlanma qaydası müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
5.5. İmza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfi xəbərdaretməlidir. M a d d ə 6 . Elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir.
6.2. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları sahə üzrə akkreditə edilmiş Mərkəzin xidmətlərindən istifadə etməlidir.
6.3. Dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına fiziki və ya hüquqi şəxsin göndərdiyi məlumat bildirişi onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir.
6.4. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası
müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilir.
M a d d ə 2 1. Elektron sənədə dair tələblər 21.1. Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir:
21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir;
21.1.2.bu Qanunun 22-ci maddəsində (Ümumi və Xüsusi) müəyyən edilmiş quruluşa malik olmalıdır;
21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır;
21.1.4.texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır.
21.2. Elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin
siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
M a d d ə 2 2. Elektron sənədin quruluşu 22.1. Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir.
22.2. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir.
22.3. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur.
M a d d ə 2 3. Elektron sənədin təqdimat formaları 23.1. Elektron sənəd daxili və xarici təqdimat formalarına malikdir.
23.2. Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat formasıdır. 23.3. Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə (displeydə, kağızda və s.)
əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi onun xarici təqdimat formasıdır.
M a d d ə 2 4. Elektron sənədin əsli 24.1. Elektron sənədin əsli yalnız daxili təqdimat formasında ola bilər. 24.2. Elektron sənədin daxili təqdimat formasında bir-biri ilə eyni olan bütün nüsxələri əsl hesab edilir və bərabər hüquqi qüvvəyə malikdir. 24.3. Elektron sənədin elektron formada surəti ola bilməz. 24.4. Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu halda kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılmır.
M a d d ə 2 5. Elektron sənədin surəti və onun təsdiq edilmə qaydası 25.1. Elektron sənədin surəti onun kağız daşıyıcıda əks edilmiş xarici təqdimat formasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır.