Key words: National lider Heydar Aliyev, teaching the history of Azerbaijan, high school, interactiv teaching methods, cognitive activity Ali məktəblərdə Azərbaycan tarixi dərslə-
rininin tədrisində təhsilalanların idrak fəallığının
yüksəldilməsində interaktiv təlim metodlarından
istifadə mühüm əhəmiyyət kəsb edir. Tələbələ-
rin biliyə tələbatının formalaşmasında, peşəkar
fəaliyyət bacarıqlarının mənimsənilməsində, tə-
fəkkür müstəqilliyinin əldə olunmasında, əldə
olunan biliyin dərinliyində və onun möhkəmlən-
dirilməsində tələbələrin idrak fəallığının rolu
böyükdür. Tələbənin idrak fəaliyyəti mexaniz-
minin işə düşməsində təlim prosesi vacib rola
malikdir. Bu isə ilk növbədə, tələbələrin tədqi-
qatçılıq və müəllimin pedaqoji ustalıq qabiliy-
yətindən asılıdır. Bunun üçün tələbələrin qarşı-
sında problem canlandırmaq, fərziyyələr irəli
sürmək, onları bu işin müdafiəsinə sövq etmək,
gerçəkliyin meyarları kimi praktikada canlandır-
maq, bilikləri yeni və qeyri-adi vəziyyətlərdə
tətbiq etmək lazımıdır. Bu isə müəllimdən dərin
bilik, bacarıq, yaradıcılıq tələb edir. Tələbələrdə
idrak fəallığını inkişaf etdirmək üçün, ilk növ-
bədə, yaradıcı təfəkkürün elementlərinin inkişa-
fına təkan vermək lazımdır.
Psixologiyada fəaliyyət “bir insanın mad-
di və mənəvi mədəniyyət sərvətlərinin mənim-
sənilməsinə əsaslanaraq, yaradıcılıqda, iradi hə-
rəkətlərdə, ünsiyyətdə təzahür edən dünyada so-
sial əhəmiyyətli dəyişikliklər yaratmaq qabiliy-
yəti ...” kimi başa düşülür [ 4, s.15 ].
Tələbələrin idrak fəaliyyəti onların idrak
fəaliyyətinə münasibətində özünü göstərir. Bun-
dan əlavə, fəaliyyət təlim prosesinin ən vacib
nəticələrindən biri kimi çıxış edir, həm də bir
növ “işəsalma mövqeyini” ifadə edir.
Müstəqil Azərbaycanın Konstitusiyası əsa-
sında formalaşan milli ideologiyamızın əsasında
müasir tarix təhsilinin qarşısında dayanan əsas
məsələ milli ideologiyalı, milli təfəkkürlü, milli
özünüdərk xüsusiyyətlərinə cavabdehliyi bacaran
vətəndaşlar formalaşdırmaqdır. Bu sahədəki uğur-
larımızın bünövrəsində ümummilli liderimiz
H. Əliyevin qayğısı, diqqəti və məhəbbəti dayanır.
Ümummilli liderimiz Heydər Əliyev tariximizin
öyrənilməsinə xüsusi diqqət verərək göstərirdi ki,
gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər
bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq.
Dövlətimizin ali təhsilə qayğısı nəticəsində
müasir ali təhsil müəssisələri yeni elmi-metodik
təfəkkürə əsaslanır. Müəllimin bələdçi roluna xü-
susi əhəmiyyət verildiyi bir dövrdə ali məktəblər-
də Azərbaycan tarixinin interaktiv metodlarla təd-
risində tələbələrin idrak fəallığının inkişaf etdiril-
məsi xüsusilə önəmlidir. Ali təhsil müəssisələrində
ən vacib məsələlərdən biri tələbə şəxsiyyətinin
formalaşdırılmasıdır [ 2, s.101].
Məqsədimiz ali məktəblərdə Azərbaycan
tarixinin tədrisində tələbələrin idrak fəallığının
inkişaf etdirilməsinin yollarını müəyyənləşdir-
mək, interaktiv metodların idrak və tədris
fəaliyyəti arasında olan vəhdətinin müsbət xüsu-
siyyətlərini tədqiq etmək və onlardan səmərəli
sürətdə istifadə etməkdir.
Ali təhsilin məqsədi yalnız tələbəni savad-
lı etmək deyil. Müstəqil düşüncə və müdriklik
kimi yüksək hədəflər, hər zaman olduğu kimi,
keyfiyyətli təhsilin həlledici vəzifələridir. Tələ-
bələrdə idrak fəallığının formalaşdırılması hansı
metodlarla həyata keçirilə bilər? Metod anlayışı
ədəbiyyatda necə şərh olunur?
Metodologiya 2500 ildən artıq bir müd-
dətdə fəlsəfi elm kimi tanınır və bu sahədə heç
bir mübahisə yoxdur. Məşhur ingilis filosofu
F. Bekonun (XVII əsr) demişdir: “Metod yolçu-
nun yolunu işıqlandıran bir mayakdır. Düzgün
metodla silahlanmayan alim, qaranlıqda dolaşıb
fəhmlə özünə yol axtaran yolçuya bənzər”.
Müəllimin tələbələri bilik, bacarıq və vərdişlərlə
silahlandırması və tələbələrin bunlara yiyələn-
məsi yolları və vasitələrinə təlimin metodları
deyilir. Dərk olunan qanunauyğunluqlar meto-
dun obyektiv amilləri sayılır. Bu qanunauyğun-
luqlar əsasında pedaqoji gerçəkliyin mənimsə-
nilməsi və qarşıya qoyulmuş məqsəd və vəzifə-
lərin həyata keçirilməsi isə onun subyektiv
amilləridir. Fəlsəfi ədəbiyyatda metodikaya belə
tərif verilir: metodika faktiki materialların kon-
kret alınması, tədqiq və təhlil edilməsi yolları
metodları haqqında təlimdir. Başqa sözlə desək,
metod təlim prosesində müəllim və tələbələrin
məqsədə yönəlmiş qarşılıqlı fəaliyyət üsulları-
dır. Ali məktəblərdə Azərbaycan tarixinin tədri-
sində təlimin müvəffəqiyyəti, ilk növbədə, təlim