Hərbçilərin sosial rifahı təmin olunacaq. Hərbçilərin tutduq-
ları vəzifələrə, rütbələrinə, xidmət durumlarına, məsuliyyətlərinə
müvafiq yeni, müasir standartlara uyğun məvacib cədvəli yaradıla-
caq və əmək haqlarının artırılması yeni prinsiplərlə müəyyən olu-
nacaq. Məvaciblər və ödənişlər hərbi qulluqçuların sosial rifahının
yüksəldilməsi hədəfinə uyğun olacaq. Hərbçilərin cəmiyyətdəki sta-
tusu daima yüksək tutulacaq. Ehtiyatda və istefada olan hərbi qulluq-
çuların, hərbçilərin ailə üzvlərinin, şəhid ailələrinin, itkin və girov
düşmüş vətəndaşların ailələrinin sosial təminatının yüksəldilməsi,
problemlərinin həlli əsas prioritetlərdən olacaq.
Dostları ilə paylaş: |