Daxili İşlər Nazirliyi. DİN-in strukturu sadələşdiriləcək. Əmə-
liyyat-axtarış, təhqiqat və istintaq fəaliyyəti DİN-dən ayrılacaq. Bu
məqsədlə DİN-in Təhqiqat və İstintaq, Əməliyyat-axtarış sahəsində
fəaliyyətini həyata keçirən strukturları ləğv olunacaq. İnterpolun Mil-
li Mərkəz Bürosu DİN-in tərkibindən çıxarılacaq. Cinayətkarlığın
statistikasının aparılması ilə bağlı olan və informasiya dəstəyini
təmin edən struktur DİN-in tərkibindən çıxarılaraq Ədliyyə Nazir-
liyinin tərkibinə veriləcək. Məlumatların onlayn bazası yaradılaraq
cinayət təqibini həyata keçirən orqanlara açıq olacaq.
Dostları ilə paylaş: |