732) Pecet xəstəliyi vaxtı rentgenoqrafiyadan başqa hansı müayinənin keçirilməsi diaqnostik əhəmiyyət daşıyır?
A) Elektroensefolaqrafiya
B) Sümük densitometryası
C) Elektromioqrafiya
D) Ultrasəs müayinə
E) Sümüklərin ssintioqrafiyası
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с.143-165
733) Pecet xəstələrdə qanın əsas dəyişikliklərinə aiddir?
A) Sidik turşusunun, kreatinin artması, C-reaktivli zülal
B) ANA, HLA-B27, IG D titrlərinin artması
C) Qanda: qələvi fosfatazanın, osteokalsiumun artması
D) Seruloplazminin, misin səviyəsinin artması
E) Kalsiumun səviyyəsinin azalması, qanda EÇS artması, RF
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 450-456
734) Pecet xəstəliyinin xüsusi rentgenoloji əlamətlərinə hansılar aiddir?
A) Yumşaq toxumaların kalsinozu, kəllə sümüklərin «duzla-istiot» şəklində rentgenoloji dəyişiklikləri
B) Assimetrik sakroileit, «dolça qulpu» şəklində sindesmofitlər
C) Sklerodaktiliya, uc falanqaların akroosteolizi
D) Ocaqlı osteoporoz, «çanaq həlqəsi» simptomu, «pambıq kürəciki» simptomu
E) Diffuz osteoporoz, onurğa sümüklərin «balığabənzər» şəkli
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 450-456
735) Pecet xəstəliyinin müalicə taktikasına hansılar aiddir?
A) Opioidli analgetiklər, QKS, miakalsik, vitaminoterapiya
B) Puls-terapiya, analgetiklər, enzimterapiya, anabolik preparatlar
C) İltihab əleyhinə qeyri steroid preparatları, stronsium renelat, kalsium preparatı
D) QKS, kalsium preparatları, D3 vitamini
E) İltihab əleyhinə qeyri steroid preparatları, bifosfanatlar, kalsitonin
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 450-456
736) Pecet xəstəliyinin müalicəsində tətbiq olunan bifosfonatların əsas təsiri?
A) Sumuk rezorbsiyasını zəifləndirir
B) Sumuk rezorbsiyasını gücləndirir
C) Osteoblastların aktivliyini gücləndirir
D) Sümüyə anabolik təsir göstərir
E) Sümük kütləsini artırır
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 589-608
Bölmə 11. Bexçet xəstəliyi
737) Bexçet xəstəliyi kimlərdə daha tez rast gəlir?
A) 5-78 yaş arasında olan pasientlərdə, xəstələnməyin zirvəsi 41 yaşına düşür
B) 20-40 yaş arasında olan pasientlərdə
C) 20-50 yaş arası olan pasientlərdə, qadınlar kişilərdən 10-25 dəfə tez xəstələnirlər
D) 40 yaşına qədər kişilərdə
E) Əsasən 10-30 yaşlı qadınlarda
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 614-626
738) Bexçet xəstəliyin etioloji amillərinə hansılar aiddir?
A) Streptokokklarla yoluxma
B) Naməlum amillər
C) Genetik determinasiya
D) Autoimmun mexanizmlər
E) Virus yoluxması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 614-626
739) Bexçet xəstəliyinin klassik «üçlük» kliniki əlamətləri hansılardır?
A) Uveit, dermatit, poliartrit
B) Aftozlu stomatit, cinsi orqanların aftozlu yaraları, uveit
C) Hiperlipidemiya, arterial hipertenziya, vaskulit
D) Uveit, uretrit, vaskulit
E) Artrit, konyüktivit, uretrit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 614-626
740) Patergik reaksiya nədir?
A) Autoimmun sindrom
B) Fotosensibilizasiyadan sonra spesifik dəri səpkiləri
C) İnyeksiyadan sonra dəridə pustulaların əmələ gəlməsi
D) Dırnaqların dəyişiklikliyi
E) Oynaq sınağı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 614-626
741) Bexçet xəstəliyi vaxtı artritin inkişafı hansı kliniki təzahürlərlə seçilir?
A) Aşağı ətrafların xırda oynaqlarının artriti, entezopatiyalar
B) «Səhər buxovlanması» ilə keçən əllərin xırda oynaqlarının artriti
C) I barmağın ayaqdarağı-falanqa oynağının artriti, «turp» simptomu
D) Miqrasiyaedən asimmetrik mono- yaxud oliqoartrit
E) Simmetrik ikitərəfli sakroileit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 614-626
742) Vaskulitlər arasında kiçik qan dövranın təhlükəli fatal anevrizmlərin səbəbi hansıdır?
A) Veqener qranulematozu
B) Bexçet xəstəliyi
C) Qiqant hüceyrəli arteriiti
D) Şenleyn-Qenox purpurası
E) Takayasu xəstəliyi
Ədəbiyyat: Калашникова Л.А., Алекберова З.С., Решетняк Т.М. и др. Неврологические проявления болезни Бехчета: Обзор литературы и описание собственного наблюдения // Неврологический журнал. – 2001. – №6. – с. 8 -13
743) Bexçet xəstəliyin nevroloji zədələnmələrinə hansılar aiddir?
A) Baş beynin xərçəngi
B) Psixiki pozğunluqlar
C) Meningoensefalit
D) Periferik neyropatiyalar
E) Mərkəzi sinir sisteminin funksional pozğunluqları
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 614-626
744) Bexçet xəstəliyi zamanı laborator dəyişikliklərə hansılar aiddir?
A) α2 – qlobulinlərin artması, IgG, IgM, IgA artması
B) Antinuklear anticismlər (ANA), eritrositlərin çюkmə sürətinin (EÇS) artması
C) D-dimerlər, IgD, IgE artması
D) Anemiya, leykositoz, eozinofiliya
E) C-reaktivli zülalın, antineytrofil sitoplazmatik anticismlər (ANSA), nativ DNT qarşı anticismlərin titrlərinin artması
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, с. 341-342
745) «MAGIC»-Sindromu nədir?
A) Bexçet xəstəliyin və residivləşən polixondritin müştərək inkişafı
B) Bexçet xəstəliyin və Marfan sindromun müştərək inkişafı
C) Bexçet xəstəliyin və Şeqren sindromun müştərək inkişafı
D) Bexçet xəstəliyin və Kaplan sindromun müştərək inkişafı
E) Bexçet və Forestye xəstəliklərin müştərək inkişafı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 614-626
746) Bexçet xəstəliyi zamanı hansı orqanların və sistemlərin zədələnmələri hipopionun inkişafina gətirir?
A) Ağız boşluğunun
B) Ağciyərlərin
C) Böyrəklərin
D) Gözlərin
E) Dərinin
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 614-626
747) Bexçet xəstəliyində xəstələrin əsas ölüm səbəblərinə hansılar aiddir?
A) Gözlərin zədələnmələri, oynaqların zədələnmələri
B) Dərinin zədələnmələri, bədxassəli şiş proseslərin inkişafı
C) Börəklərin zədələnmələri, ürək zədələnmələri
D) İkincili yoluxma, retikulo-endotelial sistemin zədələnmələri
E) Mərkəzi sinir siteminin zədələnməsi, damarların zədələnməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 614-626
748) Bexçet xəstəliyi vaxtı ağır göz və dəri zədələnmələrin müalicə taktikasina nə aiddir?
A) Kolxisinin tətbiqi
B) Antibakterial preparatların tətbiqi
C) Qızıl duzların preparatlarının tətbiqi
D) Aminoxinolin preparatların tətbiqi
E) D-penisillaminin təbiqi
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальная терапия // Ростов –на-Дону: «Феникс»,--2007.—с. 290 - 293
749) Bexçet xəstəliyinin proqnozunu hansı amilin təsiri pisləşdirə bilər?
A) Qadınların xəstələnməyi
B) Hipopionun inkişafı
C) Patergik reaksiyanın inkişafı
D) 25 yaşına qədər kişilərin xəstələnməyi
E) Ağız boşluğunda aftoz yaraların inkişafı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 614-626
Bölmə 12. Fibromialgiya
750) Fibromialgiya xəstəliyi hansı xəstəliklərə aiddir?
A) Autoimmun xəstəliklərə
B) Dəqiqləşdirilməmiş revmatik xəstəliklərə
C) Yoluxma xəstəliklərə
D) Toplanma xəstəliklərə
E) Vaskulitlərə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 608-614
751) Dayaq-hərəkət sisteminin yumşaq toxumalarına nə aiddir?
A) Fibroz kapsul, göz qapaqları
B) Qığırdaqlar, dırnaqlar
C) Sinovial pərdə, buynuz qişa
D) Dəri, dərialtı piyli qat
E) Əzələlər, vətərlər, fassiyalar
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 608-614
752) Fibromialgiya diaqnozunu dəqiqləşdirən fizikal müayinələr hansılardır?
A) Oynaqlarda krepitasiya küyün təyini
B) Palpasiya vaxtı ağrı nöqtələrin təyini
C) Hərarətin 2 saatdan bir ölçülməsi
D) Palpasiya vaxtı flüktuasiya sindromunun təyini
E) Palpasiya vaxtı «səs titrəməsini» təyin edilməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 608-613
753) Fibromialgiya xəstəliyi kimlərdə daha tez rast gəlir?
A) 5-78 yaş arasında olan pasientlərdə, xəstələnməyin zirvəsi 41 yaşına düşür
B) Əsasən 10-35 yaş arasında olan qadınlarda
C) Uşaq və yeniyetmələrdə
D) Əsasən 10 - 50 yaş arasında qadınlar daha tez xəstələnirlər, orta xəstələnmə vaxtı 35-40 yaş təşkil edir
E) 40 yaşına qədər kişilərdə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 608-614
754) Fibromialgiyanin etioloji amillərinə hansılar aiddir?
A) Naməlum amillər
B) Β-streptokokklu yoluxma
C) «C» hepatitin virusu
D) Xromosom abberasiyalar
E) Autoimmun mexanizmlər
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, с. 366-376
755) Kontrol nöqtələr nədir?
A) İrradiasiya nöqtələri
B) Triqqer nöqtələri
C) Ağrı nöqtələri
D) Ağrısız nöqtələr
E) Yandırıcı nöqtələr
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 608-613
756) Kontrol nöqtələrin əsas lokalizasiya yerlərindən biri hansıdır?
A) I əl barmağın dırnağı
B) Dizin medial tərəfi
C) Trapesiyaya oxşar əzələnin orta hissəsi
D) Ənsə əzələnin birləşmə yeri
E) II qabırğa – qığırdaq birləşməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 608-613
757) Ağrı nöqtələrin əsas lokalizasiya yerlərindən biri hansıdır?
A) Budun orta hissəsinin ön nahiyəsi
B) Alnın orta hissəsi
C) Epiqastral nöqtə
D) I ayaq barmağının dırnağı
E) Kürək tinin medial kənarının üstü
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 608-614
758) Fibromialgiya hansı başqa xəstəliklərin sindromu kimi inkişaf edə bilər?
A) RA, osteoartrit
B) Vaskulitlər, Şeqren sindromu
C) Kellqren xəstəliyi, palindrom revmatizm
D) Marfan sindromu, kəskin revmatik qızdırma
E) Reyter xəstəliyi, sindrom Reyno
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 608-614
759) Fibromialgiya vaxtı ağrı sindromundan başqa xəstədə hansı kliniki əlamətlərin inkişafı müşahidə olunur?
A) Arterial təzyiq, qızdırma
B) Epileptoid tutmaları, beyncik attaksiyaları
C) Burun, mədə - bağırsaq qanaxmaları
D) Yuxusuzluq, psixoveqetativ pozulmalar
E) Boğulmalar, astmatik status
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 608-614
760) Fibromialgiyanin müalicəsində təyin olunan I sıra preparatlarına hansılar aiddir?
A) Antibakterial preparatlar
B) Qlükokortikosteoroidlər
C) İltihab əleyhinə qeyri steroid preparatları
D) İltihab əleyhinə bazis preparatları
E) Antidepressantlar
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальная терапия // Ростов –на-Дону: «Феникс»,--2007.—с. 326 - 328
761) Fibromialgiyanin diaqnostik göstəricilərinə hansılar aiddir?
A) Fiziki yükləmədən sonra, axşama doğru artralgyaların güclənməsi
B) Diffuz əzələ ağrıları və eyni vaxtda yüksək qızdırmanın inkişafı
C) Kəskin, səbəbsiz ağrılar əzələ gərginliklə birgə inkişaf edirlər
D) 3 ay davamiyətilə arakəsmədən heç olmasa 1 oynağın sinoviti
E) Axrıncı 3 ay ərzində diffuz simmetrik ağrıların olması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 608-614
762) Fibromialgiyanin müalicəsində tətbiq olunan analgetik seçim preparatı necə adlanır?
A) Kodeina fosfat
B) Ambene
C) Tramadola hidroxlorid
D) Asetaminofen
E) Morfina hidroxlorid
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 608-614
763) Fibromialgiya vaxtı tramal ilə müalicənin optimal davamiyyəti?
A) 1 il
B) 3 gün
C) 1 həftə
D) 2-4 həftə
E) 6 ay
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 608-614
764) Fibromialgiyanın müalicə alqoritminə görə terapiyanı hansı qayda ilə başlamaq tövsiyə olunur?
A) Analgetiklərin qəbulu ilə
B) Müalicəvi bədən tərbiyəsinin müxtəlif komplekslərindən
C) Kiçik dozalı qlükokortikoidlərin tətbiqilə
D) Fototerapiya seansları ilə
E) Miorelaksantların tətbiqilə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 608-614
765) Xroniki yorğunluq sindromunun və fibromialgiyanin ümumi əlamətinə aiddir?
A) Oynaq ağrısı
B) Baş ağrıları
C) Emosional sferanın pozğunluqları
D) Endokrin pozğunluqları
E) Yorğunluq hissiyatı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 608-614
Bölmə 13. İnfeksion artritlər
766) Laym xəstəliyinin törədicisi hansıdır?
A) Mikobakteriyalar
B) Pnevmokokklar
C) Spiroxeta Borreliya
D) β- streptokokklar
E) Sitomeqalovirus
Ədəbiyyat: Лобзин Ю.В. Лайм-боррелиоз (иксодовые клещевые боррелиозы) – Санкт Петербург: Фолиант, 2000.— с.34
767) Laym xəstəliyinin yayılması ilin hansı fəsilində daha tez rast gəlir?
A) Payız ayları
B) Qış ayları
C) Bütün il boyu
D) Yazın axrı — yayın əvvəli
E) Qış — yazın əvvəli
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 394-400
768) «Ixodes Dammini» Laym xəstəliyinin törədicisınin daşıyıcısı sayılır. Hansı heyvanlar bu gənələrin sahibi ola bilər?
A) İtlər
B) Quşlar
C) Sıçanlar
D) Ayılar
E) Pişiklər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 394-400
769) Laym xəstəliyin ilkin əlaməti?
A) Vaskulit
B) Miqrasiyaedən eritema
C) Artrit
D) Limfadenoz
E) Visserilər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 394-400
770) Laym xəstəliyinin hansı 2 əsas kliniki əlamətləri inkişaf edir?
A) Böyrək və dəri zədələnmələri
B) Uretrit, artrit
C) Qızdırma, öskürək
D) Artrit, uveit
E) Artrit və dəri zədələnmələri
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 394-400
771) Laym xəstəliyin inkişafı vaxtı hansı zədələnmələr müşahidə olunur?
A) Damar və retikulo-endotelial sistemlərinin zədələnmələri
B) Ürək və sinir sisteminin zədələnməsi
C) Böyrək və ağciyərlərin zədələnmələri
D) Saç və dırnaqların zədələnmələri
E) Mədə-bağırsaq traktın və gözlərin zədələnməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 394-400
772) Laym xəstəliyinin kliniki gedişində neçə dövr ayırd olunur?
A) 2
B) 1
C) 3
D) 4
E) 6
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 341-348
773) Laym xəstəliyi vaxtı oynaqların zədələnmələri hansı kliniki şəkildə keçir?
A) Miqrasiyaedən artralgialar
B) Daban sümüyünün zədələnməsi
C) Sakroileit
D) İri oynaqların residivləşən assimetrik oliqoartriti
E) Əl və ayaqların xırda oynaqlarının artriti
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 394-400
774) Laym xəstəliyi hansı başqa xəstəliklərin maskası altında inkişaf edə bilər?
A) Bexçet xəstəliyi, Şeqren sindromu
B) Kəskin revmatik qızdırma, Reyter xəstəliyi
C) Podaqra, psoriatik artrit
D) Sistemli dermatomiozit, oseoartrit
E) Ankilozedən spondiloartrit, Marfan sindromu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 394-400
775) Laym xəstəliyinin müalicəsində hansı preparatlardan istifadə edirlər?
A) D-penisillamindən
B) Sulfasalazindən
C) Doksisiklindən
D) Qeyri steroid preparatlardan
E) Qlükokortikoidlərdən
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 394-400
776) Oynaqların və dərinin xroniki zədələnmələrilə keçən Laym xəstəliyin doksisiklinnən müalicəsi hansı davamiyyətlə aparılır?
A) 2-3 həftə
B) 6 ay
C) 30 gün
D) 10 gün
E) 5 gün
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 394-400
777) Uippl xəstəliyi kimlərdə daha tez rast gəlir?
A) Siqaret çekən və alkoqolu qəbul edən orta yaşlı pasientlərdə eyni bərabərliklə
B) Əsasən orta yaşlı kişilərdə
C) Xəstəlik böyük yaşlı pasientlərdə daha tez rast gəlir və 50 yaşdan sonra çoxalır; qadınlar kişilərdən 2 dəfə çox xəstələnir
D) 20-50 yaş arasında olan pasientlrdə, qadınlar 10-25 dəfə çox xəstələnirlər, nəinki kişilər
E) Uşaq və yeniyetmələrdə
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 367-370
778) Uippl xəstəliyinin əsas kliniki əlamətlərinə hansılar aiddir?
A) Deformasiyaedən artrit, vaskulitlər, sistemli zədələnmələr
B) Artrit, dəri zədələnmələri, qızdırma, uveit, arıqlama
C) İntermitasiyaedən artralqiyalar, bağırsaq zədələnmələri, arıqlama, hiperpiqmentasiya
D) Miqrasiyaedən artralqiyalar, kardit, ASO titrinin artması, ürək zədələnmələri
E) Artrit, neytropeniya, baldırlarda davamlı sağalmayan xoralı yaralar
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 199-201
779) Uippl xəstəliyi vaxtı inkişaf edən artritin kliniki əlamətləinə hansılar aiddir?
A) Seropozitiv gediş, poliartrit
B) Seroneqativ gediş, kostaxondrit
C) Seroneqativ gediş, oliqo-ya poliartrit
D) Seropozitiv gediş, mono-ya oliqoartrit
E) Seroneqativ gediş, monoartrit
Ədəbiyyat: Логинов А.С., Парфенов А.И. Болезни кишечника. – М.: Медицина, 2000, с. 36
780) Uippl xəstəliyin törədicilərinə hansılar aiddir?
A) β-streptokokklar
B) Spiroxetlər
C) Rikketsiyalar
D) Aktinomisetlər
E) Viruslar
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 367-370
781) Uippl xəstəliyi artritdən başqa hansı kliniki əlamətlərnən səciyələnir?
A) Hektik tipli qızdırma, ağciyər arteriyasının tromboemboliyası
B) Dərinin avazlaşması, gözlərdə uveit, sklerit, iridosklerit
C) Ürək, böyrək, sinir sisteminin zədələnmələri, limfadenopatiya
D) Eşitmə qabiliyyətinin azalması, ekzokrin vəzilərin zədələnməsi
E) Lyüpus-nefritin inkişafı, böyrəklərin xərçəngi, autoimmun hepatit
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 367-370
782) Uippl xəstəliyilə olan xəstələrin antibakterial müalicəsinin optimal davavmiyyəti nə qədər olmalıdır?
A) 3 ay
B) 1 ay
C) 1 il
D) 2-4 həftə
E) 5 gün
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 367-370
783) Kəskin yoluxucu artrit başqa cür necə adlandırılır?
A) Septik
B) Somatik
C) Steril
D) Spesifik
E) Seroz
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт- Петербург: Невский проспект, 1999, с. 331-341
784) Qeyri qonokokklu septik artritlərin törədicilərindən daha tez rast gəlinən?
A) "Eserichia kolli"
B) "«A»Streptococcus"
C) "Staphylococcus aureus"
D) "Proteus vulgaris"
E) "Klebsiyella pneumoniae"
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 386-394
785) Yoluxucu artritləri törədən infeksiya uzaqda yerləşən yoluxuma ocaqlarından oynaqların sinovial boşluğuna necə daxil olur?
A) Hematogen yolları ilə
B) Aerogen yolları ilə
C) Manipulyasiya apardıqda
D) Keçirici travma ilə
E) Limfogen yolları ilə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 386-394
786) Qeyri qonokokklu bakterial artritlərin əsas lokalizasiya yerləri hansılardır?
A) Onurğa sütünün oynaqları
B) Döş sümüyün-qabırğa birləşmələri
C) Diz oynaqları
D) Pəncənin xırda oynaqları
E) Əllərin xırda oynaqları
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 386-394
787) Hansı dərmanların davamlı qəbulu kəskin yoluxucu artritlərin inkişafı üçün şərait yaradır?
A) Antibiotiklərin
B) Aminoxinolin preparatların
C) İltihab əleyhinə qeyri steroid preparatların
D) Kalsium preparatların
E) Sitostatiklərin
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 386-394
Dostları ilə paylaş: |