Revmatologiya ixtisası üzrə test suallarının nümunələri Bölmə Revmatologiyanın laborator və instrumental müayinə üsulları


) Ankilozedən spondiloartrit vaxtı ürək zədələnmələrin kliniki əlamətlərinə hansılar aiddir?



Yüklə 1,27 Mb.
səhifə14/20
tarix01.01.2017
ölçüsü1,27 Mb.
#4269
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

688) Ankilozedən spondiloartrit vaxtı ürək zədələnmələrin kliniki əlamətlərinə hansılar aiddir?
A) Aortal-mitral qüsur, aortit, aortanın koartikasiyası, endokardit

B) Arterial hipertenziya, ÜIX, səyirici aritmiya, ateroskleroz

C) Aortal çatmamazlığı, qalxan aortit, keçiricilik pozğunluqları

D) Aortal stenoz, kardiomiopatiya, miokardiodistrofiya, miokardit

E) Trikuspidal requrqitasiya, sol mədəciyin hipertrofiyası, ateroskleroz
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
689) Ankilozedən spondiloartritin inkişafında hansı amilin təsir rolu təsdiqlənib?
A) HLA-DR3

B) HLA-B39

C) HLA- DR1

D) HLA- B27

E) HLA-B8
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
690) Ankilozedən spondiloartritin tipik rentgenoloji əlamətlərinə aiddir?
A) Ikitərəfli simmetrik sarkoileit, ikitərəfli nazik kənar sindesmofitlər, «bambuk ağacı», «kvadratlaşma» simptomları

B) Çox saylı erroziv artritlər, ankilozlar, osteofitlər, qığırdağın kalsinozu, periostit

C) Sümük ostosklerozu, osteofitlər, «siçovul dişdəmi», «bambuk ağacı» simptomu, sümük eroziyaları

D) İkitərəfli simmetrik sarkoileit, sümük eroziyaları, oynaq ətraflı osteoporoz, sindesmofitlər

E) Birtərəfli sarkoileit, osteofitlər, «qapaqlı karandaş» simptomu, osteoskleroz, «kvadratlaşma» simptomu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
691) Qalça-oma oynaqlarda inkişaf edən rentgenoloji dəyişikliklərin səbəblərinə hansılar aiddir?
A) Travma, degenerativ proseslər, irsi meyillik, autoimmun xəstəliklər

B) Travma, yoluxma xəstəlikləri, generalizə edən xəstəliklər, iltihab

C) Endokrin pozğunluqları, travma, autoimmun xəstəlikləri

D) Mübadilə pozğunluqları, travma, irsi meyillik, iltihab

E) Anadangəlmə inkişaf qüsurları, yoluxma xəstəlikləri, autoimmun xəstəlikləri
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с. 165-182
692) Adətən ankilozedən spondiloartrit proqnozunu hansı amillərin təsiri pisləşdirə bilər?
A) Bud-çanaq oynaqların zədələnməsi, qanda HLA-B27 müsbət titri, «at quyruğu» sindromu

B) Xroniki prostatit, perikardit, EÇS daimi artması, nefropatiyanın inkişafı

C) Gecə ağrıları, ağciyərlərdə restriktiv dəyişikliklər, nefropatiya, qaraciyərin sirrozu

D) Ağciyərlərin fibrozu, oynaqların fibrozu, otit, aortal stenozu, eozinofiliya

E) Bud-çanaq oynaqların zədələnməsi, uveit, aortal çatmamazlıq, EÇS daimi artması, ağciyərlərin fibrozu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
693) Ankilozedən spondiloartritin müalicə taktikasına aiddir?
A) Ilitihab əleyhinə qeyri steroid preparatların, yüksək dozalı peroral sxemlə kortikosteroidlərin, metoreksatın təyini

B) Opioidli analgetiklərin, ilitihab əleyhinə qeyri steroid preparatların, metotreksatın təyini, qlükokortikosteroidlərlə lokal müalicə

C) Kortikosteroidlərlə puls-terapiya, sulfasalazin, analgetiklər

D) İlitihab əleyhinə qeyri steroid preparatların yerli tətbiqi, kiçik dozalı kortikosteroidlərin, azatioprinin, sulfasalazinin təyini

E) İltihab əleyhinə qeyri steroid preparatların təyini, sulfasalazin, kortikosteroidlərlə oynaqdaxili müalicə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
694) Ankilozedən spondiloartritlə xəstələrə hansı ümumi tövsiyələr verilir?
A) Pəhrizdə karbohidratlarla zəngin olan qida məhsulların məhdudlaşması, paylaşmış gündəlik fiziki yükləmələr, alkoqolun qəbulu və siqaret çəkmək- əks göstərişdir

B) Gündəlik 30-40 dəqiqə ayaqla gəzmək, alkoqolun qəbulu və purin əsasları ilə zəngin qida - əks göstərişdir

C) Üzgüçülük, sərd döşəyin istifadəsi, üzüstə yatmaq tövsiyə olunur, siqaret çəkmək - əks göstərişdir

D) Üzgüçülük, sərd döşəyin istifadəsi, pəhriz stolu №5, sanator-kurort müalicə

E) Fiziki və psixo-emosional yükləmələrin məhdudlaşması, alkoqolun qəbulu- əks göstərişdir, paylı qidalanmaq
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
695) Reyter xəstəliyi kimlərdə daha tez rast gəlir?
A) Uşaq və yeniyetmələrdə

B) 20-50 yaş arası olan pasientlrdə, qadınlar kişilərdən 10-25 dəfə tez xəstələnirlər

C) Siqaret çekən və alkoqolu qəbul edən orta yaşlı pasientlərdə

D) Xəstəlik böyük yaşlı pasientlərdə daha tez rast gəlir və 50 yaşdan sonra çoxalır; qadınlar kişilərdən 2 dəfə çox xəstələnir

E) 20-40 yaş arasında pasientlərdə, kişilər daha çox xəstələnirlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
696) Reyter xəstəliyi hansı xəstəliklərə aiddir?
A) Reaktiv artritlərə

B) Dayaq-hərəkət sisteminin qeyri oynaq xəstəliklərinə

C) Autoimmun xəstəliklərə

D) Kəskin revmatik qızdırmaya

E) Vaskulitlərə
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с.143-165
697) Cavan kişilərdə ən yayılmış artrit hansıdır?
A) Podaqra

B) Bexterev xəstəliyi

C) Reyter xəstəliyi

D) Osteoartroz

E) Qonokokklu artrit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
698) Reyter xəstəliyinin «üçlük» simptomokompleksini hansı əlamətlər təşkil edir?
A) Uretrit, konyunktivit, artrit

B) Uveit, nefrit, sarkoileit

C) Uveit, uretrit, artrit

D) Vaskulit, pnevmoniit, nefrit

E) Artrit, vaskulit, uveit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
699) Keçirilən yoluxmadan sonra reaktivli artrit simptomları haçan özünü biruzə verir?
A) Birinci günlərdə

B) Birinci saatlarda

C) Birinci 1-4 həftədə

D) 3 aydan sonra

E) 6 aydan sonra
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт-Петербург: Фолиант, 2005, с.143-165
700) Reaktivli artriti ən çox hansı yoluxucu amillərlə əlaqəndirirlər?
A) Epşteyn-Barr virusu ilə, streptokokklarla, bəsitlərlə

B) Xlamidiya ilə, bəsitlərlə, spiroxetlərlə

C) Rikketsiya ilə, mikobakteriyalarla, stafilokokklarla

D) Qonokokklarla, spiroxetlərlə, pnevmokokklarla

E) Xlamidiya, şiqella, yersiniya, salmonella ilə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
701) Reaktiv artritin inkişafina təkan vuran amillərə hansılar aiddir?
A) HLA-B27 + infeksiya

B) ANA+ infeksiya

C) HLA-DR4+ infeksiya

D) AFL + infeksiya

E) ANSA+ infeksiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
702) Reyter sindromuna hansı iki xüsusi dəri zədələnmələri aiddir?
A) Geliotrop səpki, teleanqiektaziyalar

B) Düyünlü eritema, dərinin kalsinozu

C) Dərialtı düyünlər, aftoz yaralar

D) Həlqəvarı balanit, blennorragik keratodermiya

E) Psevdofolikulit, pustulalar
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 386-394
703) Reyter sindromu vaxtı xəstələrdə inkişaf edən artritin diaqnostik əlamətlərinə hansılar aiddir?
A) Poliartrit, simmetrik, əsasən xırda ölçülü oynaqların zədələnmələri

B) Artrit: mono- yaxud oliqoartrit, asimmetrik, əsasən aşağı ətraf oynaqların zədələnməsi

C) Aşağı ətraf oynaqların, əsasən pəncənin I ayaqdarağı-falanqa oynağının zədələnmələri, daban mahmuzu

D) Artrit: mono- yaxud oliqoartrit, simmetrik, əsasən çiyin və bud-çanaq oynaqlarının zədələnməlri

E) Oynaqlarda neyropatik dəyişikliklərin inkişafı – Şarko oynağı, ulnar deviasiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 386-394
704) Reyter sindromu vaxtı xəstələrdə inkişaf edən artritin rentgenoloji əlamətlərinə hansılar aiddir?
A) İkitərəfli simmetrik sarkoileit, oynaq ətraflı osteoporoz, sindesmofitlər

B) Birtərəfli sarkoileit, osteofitlər, «qapağlı karandaş» simptomu, osteoskleroz, «kvadratlaşma» simptomu

C) Eroziyalar, nazik kənar sindesmofitlər, «bambuk ağacı» simptomu

D) Eroziyalar, periostit, iri asimmetrik qeyri kənar sindesmofitlər-«dolça qulpu»simptomu, ankiloz

E) Çoxsaylı erroziv artritlər, ankilozlar, osteofitlər, qığırdağın kalsinozu, periostit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 348-355
705) Reyter xəstəliyinin diaqnozunu dəqiqləşdirən laborator göstəriciləri hansılardır?
A) EÇS, RF, ANA, LE-hücerələr, qaraciyərin fermentləri, A ANSA, leykopeniya

B) EÇS artması, leykopeniya, hiperqammaqlobulinemiya, Ig M, Ig A, Ig D

C) Sidiyin ümumi analizi, böyrəklərin funksional sınaqları, HLA-DR4, HLA-DR1

D) EÇS, qanın ümumi analizi, sidiyin ümumi analizi, əsnəkdən, uretradan yaxmaların əkməsi HLA-B27

E) EÇS, limfositlərin sayı, aplastik anemiya, əsnəkdən yaxmaların əkməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 386-394
706) Reyter xəstəliyini hansı başqa xəstəliklərlə differensasiya edirlər?
A) QQE, sistemli sklerodermiya, psoriatik artrit, RA

B) Osteoartroz, sistemli polimiozit, Still xəstəliyi, kəskin revmatik qızdırma

C) Bexterev xəstəliyi, Bexçet xəstəliyi, podaqrik artrit, Laym xəstəliyi

D) QQE, RA, podaqrik artrit, Şeqren xəstəliyi

E) Bexterev xəstəliyi, qonokokklu artrit, Forsteye xəstəliyi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 386-394
707) Oynaq sindromu və keçirilən xlamidiya yoluxması ilə reaktiv artritin müalicəvi taktikasının alqoritmi hansıdır?
A) Sulfonilamid preparatları, orta dozalı kortikosteroidlər, enzim preparatlar, antikoaqulyantlar

B) Antibiotiklər, standart iltihab əleyhinə qeyri steroidlər, birinci gündən bioloji agentlər, antihistamin preparatlar, analgetiklər

C) Antibiotiklər, standart iltihab əleyhinə qeyri steroidlər, orta və yüksək dozalı kortikosteroidlər, bazis preparatları, vobenzim

D) Antibiotiklər, iltihab əleyhinə qeyri steroidlər, kiçik dozalı və oynaqdaxili kortikosteroidlər, anabolik preparatlar

E) Sulfonilamid preparatlar antibiotiklərlə birgə, diuretiklər, kalsium preparatları, antihistamin preparatları
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 386-394
708) Keçirilən xlamidiya yoluxmasi ilə reaktiv artritin müalicəsində hansı antibiotik qrupları əks göstəriş sayılır?
A) Tetrasiklin qrupu

B) Sulfasalazin

C) Ftorxinolonlar

D) Siprofloksasin

E) Penisillin qrupu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 386-394
709) Reyter sindromu zamanı antibiotikoterapiyanın orta davamiyyəti nə qədər olmalıdır?
A) 28 gün

B) 10-15 gün

C) 3 gün

D) 2 ay


E) 1 həftə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 348-355
710) Psoriatik artrit kimlərdə daha tez rast gəlir?
A) 20-50 yaş arası olan pasientlərdə, qadınlar 10-25 dəfə artıq tez xəstələnirlər, nəinki kişilər

B) 25-55 yaş arasında kişilər və qadınlarda bərabər, lakin kişilərdə psoriatik spondilit daha çox rast gəlir, yuvenil növü 9-12 yaşlarda inkişaf edir

C) 40 yaşına qədər kişilərdə

D) Xəstəlik böyük yaşlı pasientlərdə daha tez rast gəlir və 50 yaşdan sonra çoxalır; qadınlar kişilərdən 2 dəfə çox xəstələnir

E) Gündə 3-6 siqarət, qalyan çekən, tütün çeyniyən 18-50 yaşında pasientlərdə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-367
711) Psoriatik artritin neçə kliniki növlərini ayırd edirlər?
A) 1

B) 2


C) 3

D) 5


E) 6
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-367
712) Psoriatik artritin əsas kliniki əlamətlərinə aiddir?
A) Eozinofiliya, dəri və oynaqların zədələnməsi, damarların vaskuliti

B) Dəri və gözəlrin, periferik oynaqların zədələnmələri, çoxsaylı visseritlər

C) Retikuloendotelial sistemin zədələnməsi, hepatomeqaliya, leykopeniya, anemiya

D) Septik qızdırma, profuz tərləmə, kəskin sinovit, oynaqların deformasiyaları

E) Dəri və dırnaqların zədələnməsi, periferik artrit, spondilit, entezit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-367
713) Dərinin psoriatik zədələnmələrinə aiddir?
A) Həqəvari eritema, annulyar səpkilər

B) Torlu livedo, dərinin səthi nekrozu

C) Dəri düyünlərin inkişafı, eritrodermiya

D) Dərialtı düyünlər, geliotrop səpkilər

E) Qabıqlanma, dərialtı düyünlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-367
714) Dırnaqların psoriatik zədələnmələrinə aiddir?
A) Onixoqrifoz, onixoptoz, onixalgiya

B) Onixalgiya, onixomalyasiya, onixolizis

C) Quru onixiyası, onixoreksiya, dırnaq altında hemorragiyalar

D) Onixolizis, dırnaq altında hemorragiyalar və hiperkeratoz

E) Dırnaq altının iltihabi, kəskin onixiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-367
715) Psoriatik periferik artritə hansı zədələnmələr aiddir?
A) Əl və ayaqların proksimal falanqaarası oynaqların simmetrik zədələnməsi

B) Əl və ayaqların distal falanqaarası oynaqların «turp» şəklində asimmetrik zədələnməsi

C) Sklerodaktiliya, digital çapıqlar, Qeberden düyünlərin inkişafı

D) I ayaqdarağı-falanqa oynağının zədələnməsi, tofusların inkişafı

E) Əl və ayaqların distal və proksimal falanqaarası oynaqların zədələnməsi, Buşar və Qeberden düyünlərin inkişafı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-367
716) Kəskin psoriatik daktilitin əlamətlərinə hansılar aiddir?
A) Əl oynaqlarında simmetrik poliartralgiyalar, krepitasiya küyü, periartikulyar yumşaq toxumaların sıx ödemi

B) Əl və ayaq barmaqlarında ağrılar, soyuq amilin təsiri altında barmaqların dərisinin rənginin dəyişilməsi

C) Kəskin ağrılar, barmağın «sosiska» şəklində ödemi, bükücü funksiyasının məhdudulaşması

D) Ağrılar, ödem, funksiyaların məhdudlaşması, əllərdə dərialtı düyünlər

E) Əsasən səhərlər kəskin ağrılar, səhər «buxovlanması» sindromu, iyəbənzər deformasiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-367
717) Mutilyasiyaedən artritin əsas əlamətlərinə hansılar aiddir?
A) Artrit, oynaq deformasiyaları, sumuk ankilozların inkişafı

B) Osteomalyasiya, osteoporozun inkişafı

C) Sistemli osteoskleroz, osteoxondrodistrofiya

D) Ayaq və əl barmaqların davamlı şişkinləşməsi, sümük deformasiyaları

E) Ayaq və əl barmaqların qısalması, sümüklərin osteolizisı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-366
718) Psoriatik entezitin tipik lokalizasiyası hansıdır?
A) Bel-oma birləşməsi, çanaq sümüklərin birləşməsi, qasıq simfizi

B) Kəllə oynaqların birləşməsi, döş sümüyün-qabırğa birləşməsi

C) Bud-çanaq oynağına vətərlərin birləşməsi

D) Axilles vətərin, ayaqaltı aponevrozun dabana birləşdiyi yer, əzələ bağların çiyinə birləşməsi

E) Əl və ayaq oynaqlarına vətərlərin birləşdiyi yerlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-367
719) Psoriatik artrit vaxtı laborator dəyişikliklərə hansılar aiddir?
A) EÇS artması, C-reaktivli zülal, RF

B) EÇS artması, ANA, ANSA

C) IgE, IgG, ANA, trombositopeniya

D) Eozinofiliya, anemiya, EÇS artması

E) D-dimerlər, IG A, IG D
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-367
720) Psoriatik artritin rentgenoloji ələmətlərinə hansılar aiddir?
A) Ulnar deviasiya, «qu quşu boynu», «butonyerka» şəklində oynaq deformasiyaları

B) Sklerodaktiliya, distal falanqaların əsasında sümük çıxıntıların inkişafı

C) «Stəkanda karandaş» simptomu ilə osteolizis, paravertebral ossifikatlar, sindesmofitlər, asimmetrik ikitərəfli sarkoileit

D) Simmetrik ikitərəfli sarkoileit, nazik kənar sindesmofitlər

E) Sümüklərdə həqiqi eroziyalar, «aypara» və «pilləkan» simptomları
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-367
721) Psoriatik artritin müalicə taktikasının əsas istiqamətlərinə hansılar aiddir?
A) Qlükokortikosteroidlər, puls-terapiya, enzimterapiya, bifosfonatlar

B) İltihab əleyhinə qeyri steoroidlər, antibakterial terapiya, sulfonilamid preparatları, kalsium preparatları

C) Qlükokortikosteroidlər, antikoaqulyantlar, immunoqlobulin, metotreksat

D) Iltihab əleyhinə qeyri steoroidlər, kortikosteroidlər, iltihab əleyhinə bazis preparatları, bioloji agentlər

E) İltihab əleyhinə qeyri steoroidlər, kortikosteroidlər, antibakterial terapiya, anabolik steroidlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-367
722) Qlükokortikoidlərin tətbiqini psoriatik artrit zamanı hansı qayda ilə aparmaq tövsiyə olunur?
A) Alterasiyaedən tətbiq

B) Kiçik dozalı sistemli qəbul

C) Yüksək dozalı sistemli qəbul

D) Oynaqdaxili yeridilmə

E) Orta dozalı sistemli qəbul
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-367
723) Psoriatik artritin müalicəsində hansı bazis preparatların tətbiqi tövsiyə edilir?
A) Aminoxinolin preparatları, siklofosfamid

B) Azatioprin, siklofosfomid, plakvenil

C) Sulfasalazin, metotreksat, siklosporin, leflunomid

D) Xlorambusil, arava, metotreksat

E) Qızıl duzların preparatları, D-penisillamin, imuran
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-366
724) Psoriatik artrit vaxtı şiş nekrozunun–α amilinin inhibitorlarının tətbiq göstərişlərinə hansılar aiddir?
A) Xəstəliyin remissiya mərhələsi, spondilit, profilaktika məqsədilə şiş nekrozunun–α amilinin inhibitorlarının tətbiqi

B) Xəstəliyin davamlı yüksək aktivliyi, kəskin daktilit, entezopatiya, bazis terapiyanın effektsizliyi

C) Xəstəliyin orta aktivliyi, dəri və dırnaq zədələnmələri, qlükokortikoidlərlə birgə tətbiqi

D) Minimal aktivlik, dəri və dırnaq zədələnmələri, qeyri steroidli preparatlarla növbələnən birgə tətbiqi

E) Xəstəliyin minimal aktivliyi, daktilit, bazis preparatlarla kombinə şəklində təyinatı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 355-366

Bölmə 10. Pecet xəstəliyi

725) Pecet xəstəliyi kimlərdə daha tez rast gəlir?
A) 40 yaşına qədər kişilər

B) Uşaq və yeniyetmələr

C) 20-50 yaş arasında olan qadınlar

D) Mübadilə pozğunluqlarla olan yaşlı qadınlar

E) 50 yaşdan yuxarı olan pasientlər, kişilər qadınlardan çox xəstələnirlər
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 450-456
726) Pecet xəstəliyinin etilogiyasi haqqında olan düzqün məlumat hansıdır?
A) Virus təbiətli

B) Nəməlum mənşəili

C) Yoluxma xəstəliyi

D) Genetik determinasiya

E) Autoimmun mexanizmlər
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 450-456
727) Pecet xəstəliyi vaxtı sümüklərin patomorfoloji dəyişikliklərinin əsas əlaməti hansıdır?
A) Limfositar infiltrasiya

B) İltihab prosesləri

C) Yoluxma ocaqları

D) Sümük toxumasının «mozaik» quruluşda formalaşması

E) Həqiqi sümük eroziyaları
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 450-456
728) Pecet xəstəliyinin kliniki əlamətlərinə hansılar aiddir?
A) Ağrı, yumşaq toxumaların hipertermiyası, sümüklərin deformasiyası

B) Artralgiyalar, oynaqların səhər «buxovlanması», periartikulyar ödem, flüktuasiya simptomu

C) Yumşaq toxumaların atrofiyası, oynaqətraflı osteoporoz, kalsinoz, subfebrilitet

D) Teleangiektaziyalar, ayaq və əl barmağların avazlaşması, sianozu və eriteması

E) Gecə ağrıları, oynaqətraflı toxumalarda eritema, şişkinlik, qabıqlanma
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 450-456
729) Pecet xəstəliyi vaxtı skeletin hansı sümüklərində zədələnmə inkişaf edir?
A) Qamış və qalça, kəllə sümüklərində

B) Döş, körpüçük, kürək sümüklərində

C) Əl və ayağın xırda sümüklərində

D) Qabırğalarda, qabırğa-döş sümünün birləşmələrində

E) Onurğa sütünün boyun şöbəsində
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 450-456
730) Pecet xəstəliyinin əsas ağırlaşmaları hansı orqanlarda inkişaf edir?
A) Əzələlərdə, dəridə, ağız boşluğunda, saç və dırnaqlarda

B) Ağciyərlərdə, periferik damarlarda, periferik sinir sistemində

C) Böyrəklərdə, qaraciyərdə, retikulo-endotelial sistemində, gözlərdə

D) Sümüklərdə, sinir, ürək-damar sistemində, şişlərin və mübadilə pozğunluqların inkişafı

E) Oynaqlarda, bağlantı aparatda, sümüklərdə, ürək-damar sistemində
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 450-456
731) Pecet xəstəliy vaxtı inkişaf edən mübadilə pozğunluqların əlamətlərinə hansılar aiddir?
A) Hiperkalsiemiya, hiperkalsiuriya, nefrokalsinoz

B) Piylənmə, «Pikvik» sindromu

C) Şəkərli diabet, xondrokalsinoz

D) Alkaptonuriya, hiperurikemiya

E) Karboidrat mübadiləsinin pozğunluqları, hiperparatireoz
Ədəbiyyat: Карциногенез/ Под ред. Д.Г. Заридзе.— М.: Научный мир. 2000. – 418 с.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin