Revmatologiya ixtisası üzrə test suallarının nümunələri Bölmə Revmatologiyanın laborator və instrumental müayinə üsulları


) Takayasu arteriitin inkişafında neçə mərhələ qeyd etmək olar?



Yüklə 1,27 Mb.
səhifə11/20
tarix01.01.2017
ölçüsü1,27 Mb.
#4269
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

555) Takayasu arteriitin inkişafında neçə mərhələ qeyd etmək olar?
A) 3

B) 6


C) 2

D) 5


E) 4
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 567-572
556) Takayasu sindromun neçə anatomik növünü ayırd edirlər?
A) 4

B) 8


C) 5

D) 3


E) 2
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 567-572
557) Takayasu arteriitin xüsusi kliniki əlamətlərinə hansılar aiddir?
A) Abdominal sindrom, hepatomeqaliya, splenomeqaliya, Şeqren sindromun inkişafı

B) Dəri zədələnmələri: torlu livedo, əllənən purpura; Reyno sindromu, nəbzin zəiflənməsi, artralgiyalar

C) Baş ağrıları, başgicəllənmə, beyncik attaksiaları, interstisial pnevmoniya

D) Stenotik küylər, axsaqlıq, artralgiyalar, nəbzin zəiflənməsi, arterial təzyiqin asimmetrikliyi, revmatik mialgiya

E) Reyno sindromu, dərialtı düyünlər, tofusların inkişafı, I ayaqdarağı-falanqa oynağının artriti
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
558) Takayasu arteriitinə hansı ümumi kliniki əlamətlər aiddir?
A) Arterial hipertenziya, düyünlü eritema, ağciyərlərin zədələnməsi

B) Qızdırma, axsaqlıq, qıcolma tutmaları, titrəmə

C) Revmatik mialgiya, nefrit, düyünlü eritema, sklerodaktiliya

D) Baş ağrıları, quru öskürək, ürəyin zədələnməsi

E) Polineyropatiyalar, nəbzin zəiflənməsi, arıqlama, başgicəllənmə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
559) Takayasu sindromunun müalicə taktikasına hansılar aiddir?
A) Yüksək dozalı kortikosteroidlərlə puls-terapiya

B) Prednizolonun kiçik dozalı qəbulu

C) Paylaşmış yüksək dozalı kortikosteroidlərin tətbiqi

D) Orta dozalı kortikosteroidlərlə müalicə

E) Oynaqdaxili kortikosteroidlərin tətbiqi
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, CПб.: Фолиант, 2005, с. 310-350
560) Kortikosteroidlərlə qarşı refrakter olan Takayasu sindromu xəstələrin müalicəsi hansı preparatlarla keçirilir?
A) Arava, xlorambusil, sulfasalazinin

B) Mabtera, antibakterial preparatları, nitrofuran preparatları

C) Malyariya əleyhinə preparatlar, D-penisillamin, plakvenil

D) Metotreksat, siklofosfomid, azatioprin

E) Qızıl duzların preparatları, siklosporin
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
561) Takayasu sindromu ilə xəstələrin qəfləti ölümünün səbəblərinə aiddir?
A) Xərçəng xəstəlikləri, ağciyər arteriyasının tromboemboliyası, insult

B) Miokardın infarktı, sepsisin inkişafı, şiş proseslərin inkişafı

C) Spontan pnevmotoraks, ağciyər çatışmazlığı, sepsis

D) Miokardın infarktı, damar anevrizmasının yarılması, insult

E) İnsult, miokardın infarktı, kəskin böyrək çatışmazlığı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
562) Düyünlü poliarteriit kimlərdə daha tez rast gəlir?
A) 40 yaşına qədər kişilərdə

B) Kişilər qadınlardan 2 dəfə tez xəstələnirlər, 45-65 yaşında pasientlərdə

C) Qadınlar kişilərdən 8 dəfə tez xəstələnirlər, xəstələnmə əsasən 50 yaşdan sonra rast gəlir

D) 10-30 yaşarası qadınlarda

E) Uşaq və yeniyetmələrdə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
563) Düyünlü poliarteriit əsasən poliorqan zədələnmələrlə səciyyələnir, lakin 10% təsadüflərdə ancaq bir orqanın zədələnməsi inkişaf edir, hansının?
A) Mərkəzi sinir sisteminin

B) Dərinin

C) Mədə-bağırsaq traktının

D) Periferik sinirlərin

E) Ürəyin
Ədəbiyyat: Стерлинг Дж.Вест. Секреты ревматологии. – М.: Бином, Санкт-Петербург: Невский проспект, 1999, с. 245-284
564) Düyünlü poliarteriit zamanı daha tez zədələnən orqanlara aiddir?
A) Mərkəzi sinir sistemi, oynaqlar, gözlər, ağciyərlər, böyrəklər

B) Periferik sinirlər, oynaqlar, dəri, böyrəklər, mədə-bağırsaq traktı

C) Gicgah arteriyalar, oynaqlar, xayalar, böyrəklər, ağciyərlər

D) Ürək, periferik sinirlər, gözlər, ağciyərlər, əzələlər

E) Gicgah arteriyalar, dəri, periferik sinirlər, gözlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
565) Düyünlü poliarteriit diaqnozunu qoymaq imkanını yaradan göstəricilərə aiddir?
A) Dəri zədələnmələri, periferik neyropatiya, sidik çöküntüsünün dəyişiklikləri

B) Çoxsaylı mononevritlər, əllənən purpura, mialgiyalar, göz toruna qansızmalar

C) Periferik neyropatiya, qıcolma tutmaları, miokardın infarktı

D) Ocaqlı nekrotik qlomerulonefrit, dəri zədələnmələri, artralgiyalar

E) Çeynəmə əzələlrin «növbələnən axsaqlığı», göz toruna qansızmalar
Ədəbiyyat: Насонов Е.Л., Баранов А.А., Шилкина И.П. Васкулиты и васкулопатии. – Ярославль: Верхняя Волга, 1999. – 416 с.
566) Düyünlü poliarteriitlə birgə gedişatı ilə səciyələnən hansı autoimmun xəstəlikləri göstərə bilərsiniz?
A) Şeqren sindromu, Kaplan sindromu, sistemli dermatomiozit

B) RA, sklerederma Buşke, sistemli polimiozit

C) Antifosfolipid sindromu, RA, sklerodermiya

D) Qırmızı qurdeşənəyi, RA, dermatomiozit

E) Qırmızı qurdeşənəyi, sistemli sklerodermiya, Kaplan sindromu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
567) Düyünlü poliarteriitin etioloji amilləri hansılardır?
A) Bakterial yoluxmalar

B) Hepatit-B virusu

C) Məlum deyil

D) Medikamentoz təsir

E) Toksiki amillər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
568) Düyünlü poliarteriitin müalicə kompleksinə nə aiddir?
A) Alterasiya üsulla orta dozalı kortikosteroidlərin tətbiqi, antibakterial terapiya

B) Metilprednizolonla puls-terpaiyanın keçirilməsi, yüksək dozalı kortikosteroidlər, sitostatiklərin tətbiqi

C) Kiçik dozalı prednizolonun tətbiqi, metotreksatın qəbulu

D) Alterasiya üsulla yüksək dozalı kortikosteroidlərin tətbiqi, sulfasalazinin tətbiqi

E) Metilprednizolonla puls-terpaiyanın keçirilməsi, qeyri steroid preparatların tətbiqi
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, CПб.: Фолиант, 2005, с. 310-350
569) Hepatit-B virusun yoluxması ilə əlaqədar inkişaf edən düyünlü poliarteriit zamanı daha tez rast gələn zədələnmələrə aiddir?
A) Xayaların zədələnməsi, bədxassəli arterial hipertenziya, böyrəklərin infarktı

B) Mərkəzi sinir sistemin zədələnmələri, artralgiyalar, göz toruna qansızmalar

C) Periferik neyropatiya, qıcolma tutmaları, miokardın infarktı

D) Ocaqlı nekrotik qlomerulonefrit, dəri zədələnmələri, artralgiyalar

E) Ürək zədələnmələri, çeynəmə əzələlrin «növbələnən axsaqlığı», mialgiyalar
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, CПб.: Фолиант, 2005, с. 310-350
570) Çerc-Strauss sindromunun kliniki gedişində neçə mərhələ ayırd olunur?
A) 2

B) 4


C) 3

D) 8


E) 5
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 554-556
571) Çerc-Strauss sindromunun diaqnozu üçün hansı laborator göstəricilər əhəmiyyətli sayılır?
A) Qaraciyər fermentləri, anemiya, ANA, leykopeniya, EÇS artması

B) Eozinofiliya, IgE, EÇS artması, antineytrofil sitoplazmatik anticisimlər (ANSA)

C) Kreatinin sidikdə, qanda sidik cövhəri, qaraciyər fermentləri, anemiya, ANA

D) Eozinofiliya, IgA, ANA, leykopeniya, «C» reaktivli zülal

E) Antineytrofil sitoplazmatik anticisimlər (ANSA), IgM, ANA, IgA
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
572) Çerc-Strauss sindromun inkişafı vaxtı daha tez zədələnən orqanlara aiddir?
A) Böyrəklər, gözlər, mərkəzi sinir sisteminin zədələnmələri

B) Periferik sinirlər, dəri, LOR-orqanlar, ağciyərlər, ürək

C) Böyrəklər, gözlər, dəri, oynaqlar, mədə-bağırsaq traktı

D) Dalaq, qaraciyər, mədə-bağırsaq traktı, periferik sinirlər,ürək

E) Dəri, LOR-orqanlar, ağciyərlər, ürək, oynaqlar, mədə-bağırsaq traktı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
573) Çerc-Strauss sindromunun dəri zədələnmələrinə hansılar aiddir?
A) Dərialtı düyünlər, petexiyalar, purpura, dərinin infarktı

B) Dərialtı düyünlər, məxmərək tipli davamlı səpkilər, həlgəvarı eritema

C) Qottron papulaları, torlu livedo, petexiyalar, purpura

D) Annulyar səpkilər, qalxmış eritematoz ocaqlar, diskodli ocaqlar

E) Barmaq uclarının nekrotik dəyişiklikləri, «proboynik» simptomu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
574) Çerc-Strauss sindromunun ağciyər zədələnmələrinə aiddir?
A) Plevrit, xroniki tənəffüs çatışmazlığı, quru öskürək, fibrozlu alveolit

B) Ağciyərlərin interstisial zədələnməsi, kəskin pnevmoniit, bronxiolit

C) Astma, ağciyərlərin interstisial zədələnməsi, ağciyərlərdə parçalanmayan düyünli infiltratlar

D) Astma, alveolit, plevrit, pnevmoniit, Kaplan sindromu

E) Ağciyərlərin interstisial zədələnməsi, Kaplan sindromu, tənəffüs çatışmazlığı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
575) Çerc-Strauss sindromunun inkişafı zamanı burun artımının ciblərinin zədələnmələrinə hansılar aiddir?
A) Davamlı yaxud tutmalar şəklində ağrılar, palpasiya zamanı ağrılar, rinit, polipoz

B) Palpasiya zamanı ağrılar, rinit, xroniki sinusit

C) Burun qanaxmaları, irinli ifrazlarnan müşayiət olunan xroniki iltihab prosesi

D) Burnun selikli qişasında xoralı yaralar, qanaxmalar, burun çəpərinin perforasiyası

E) Davamlı yaxud tutmalar şəklində ağrılar, nekrotik zədələnmələr, qanaxmalar
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
576) Çerc-Strauss sindromu ilə xəstələrin müalicəsində seçim preparatı hansıdır?
A) İltihab əleyinə qeyri steroid preparatları

B) Antikoaqulyantlar

C) Yüksək dozalı kortikosteroidlər

D) D-penisillamin

E) Aminoxinolin preparatları
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
577) Antineytrofil sitoplazmatik anticisimlərin (ANSA) mənfi titri ilə inkişaf edən Çerc-Strauss sindromunun müalicə taktikası?
A) QKS, siklofosfomid

B) QKS, xlorambusil

C) QKS, sulfasalazin

D) QKS, IgE

E) QKS, siklosporin
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
578) Çerc-Strauss sindromu ilə xəstələrin əsas ölüm səbəblərinə aiddir?
A) Hepatitlər, mədənin perforativ xorası

B) Ağciyərlərin zədələnmələri, miokardın infarktı

C) Bronxial astma, kəskin tənəffüs çatışmazlığı

D) Kardiogen şok, kəskin böyrək çatışmazlığı

E) Miokardın infarktı, durğunlu ürək çatışmazlığı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
579) Obliterəedən trombangiitin səbəbi nədir?
A) Alkoqolun qəbulu

B) Virus


C) Autoimmun mexanizmlər

D) Arterial hipertenziya

E) Tütünün qəbulu
Ədəbiyyat: Клиническая ревматология, Под общей ред. В.И. Мазурова, CПб.: Фолиант, 2005, с. 310-350
580) Obliterəedən trombangiit kimlərdə daha tez rast gəlinir?
A) Əsasən 10-30 yaş arasında olan qadınlarda

B) Gündə 3-6 siqarət, qalyan çekən, tütün çeynəyən 50 yaşdan sonra qadınlarda

C) Gündə 3-6 siqarət, qalyan çekən, tütün çeynəyən 18-50 yaşında pasientlərdə

D) Uşaq və yeniyetmələrdə

E) Gündə 3-6 siqarət, qalyan çekən 40 yaşına qədər kişilərdə
Ədəbiyyat: Клиническая ревматология, Под общей ред. В.И. Мазурова, CПб.: Фолиант, 2005, с. 310-350
581) Obliterəedən trombangiitin əsas kliniki əlamətlərinə hansılar aiddir?
A) Damarların aterosklerotik dəyişiklikləri, tromboembolik xəstəlik

B) Baş ağrıları, baş beynin qan dövranının tranzitor pozğunluqları, tromboemboliya

C) Reyno sindromu, dəri səpkiləri, dərin tromboflefit, tromboembolik xəstəlik

D) «Növbələnən axsaqlıq» adətən birtərəfli, aşağı ətrafların işemiyası

E) «Növbələşən axsaqlıq», aşağı və yuxarı ətrafların işemiyası, adətən iki tərəfli zədələnmə inkişaf edir, səthi tromboflefit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
582) Obliterəedən trombangiiti hansı xəstəliklərlə differensasiya etmək olar?
A) Diabetik polineyropatiya, xırda damarların vaskuliti, Veqener qranulematozu

B) Takayasu xəstəliyi, Veqener qranulematozu, diabetik polineyropatiya

C) QQE, RA, düyünli periarteriit, Takayasu xəstəliyi, sklerodermiya

D) Kavasaki xəstəliyi, QQE, RA, düyünli periarteriit, Takayasu xəstəliyi

E) QQE, RA, Takayasu xəstəliyi, sklerodermiya, antifosfolipid sindromu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
583) Obliterəedən trombangiitin müalicə taktikasina aiddir?
A) Sellülitin müalicəsi üçün antibiotiklərin qəbulu, antibiotiklərin təbiqi, cərrahi müdaxilə

B) Cərrahi rekanalizasiya, damarların stenotik sahələrinin şuntlanması, kiçik dozalı kortikosteroidlərin təyini

C) Tütündən tam şəkildə imtina etmək, puls-terapiya, damarların stenotik sahələrinin şuntlanması

D) Tütündən tam şəkildə imtina etmək, işemik xoralı yaraların müalicəsi, antibiotiklərin tətbiqi

E) Tütündən tam şəkildə imtina etmək, işemik xoralı yaraların müalicəsi, yüksək dozalı kortikosteroidlərin tətbiqi
Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова, CПб.: Фолиант, 2005, с. 310-350
584) Veqener qranulematozunun diaqnostik göstəricilərinə hansılar aiddir?
A) Ağız boşluğunun və/ya burnun selikli qişalarnın iltihabı, ağciyərlərdə düyünlər, axsaqlıq

B) Ağız boşluğunun və/ya burnun selikli qişalarnın iltihabı, uveit, uretrit

C) Residivli aftoz stomatiti, gözlərin zədələnməsi, müsbət patergik reaksiya, artrit

D) Ağız boşluğunun və/ya burnun selikli qişalarnın iltihabı, müsbət patergik reaksiya, gözlərin zədələnməsi

E) Ağız boşluğunun və/ya burnun selikli qişalarnın iltihabı, arteriya divarının qranulematoz iltihabı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
585) Veqener qranulematozu kimlərdə daha tez rast gəlir?
A) Qadınlar kişilərdən 8-10 dəfə tez xəstələnirlər

B) Əsasən 10-30 yaş arasında olan qadınlarda

C) 5-78 yaşda pasientlərdə, xəstələnməyin zirvəsi 41 yaşına düşür

D) 40 yaşına qədər kişilərdə

E) Gündə 3-6 siqaret, qalyan çəkən, tütün çeynəyən 18-50 yaşında pasientlərdə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
586) Veqener qranulematozu vaxtı yuxarı tənəffüs yollarının xüsusi zədələnmələrinə aiddir?
A) Xroniki rinit, aftozlu stomatit, burun çəpərinin, qırtlaq qığırdaqlarının zədələnməsi

B) Xroniki sinusit, burun və ağız boşluğunun selikli qişasının xroniki iltihabı, qırtlaq qığırdaqlarının zədələnməsi

C) Xroniki konyunktivit, burun, ağız boşluğunun selikli qişasının xroniki iltihab, qırtlaq və traxeyanın selikli qişasının xroniki iltihabı

D) Xroniki rinit, ağız boşluğunun, qırtlaq və traxeyanın selikli qişalarının xroniki iltihabı

E) Xroniki qaymorit, rinit, polipoz, irəliləişən karies, burun qanaxmaları
Ədəbiyyat: Насонов Е.Л., Баранов А.А., Шилкина И.П. Васкулиты и васкулопаии. – Ярославль: Верхняя Волга, 1999. – 316 с.
587) Veqener qranulematozu vaxtı ağciyərlərin respirator şöbələrinin zədələnmələrinə hansılar aiddirlər?
A) Simptomsuz gedişat, epizodik öskürək, kəskin/yarımkəskin pnevmoniit, kəskin və xroniki tənəffüs çatışmazlığı, plevrit

B) Simptomsuz gedişat, epizodik öskürək, kəskin/yarımkəskin pnevmoniit, ocaqlı pnevmoniya, ağciyərin infarktı

C) İrinli ifrazlarnan müşahidə olan davamlı öskürək, bronxial astma, bronxospastik sindromla bronxit, plevrit

D) Eksudativ plevrit, ağciyərlərin emfizeması, ağciyər arteriyasının tromboemboliyası, interstisial pnevmoniya

E) Eksudativ plevrit, ağciyərlərin emfizeması, qanhayxırma, ağciyər arteriyasının tromboemboliyası
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
588) Veqener qranulematozu vaxtı ağciyər zədələnmələrinin rentgenoloji əlamətlərinə hansılar aiddir?
A) Ağciyər şəklinin zəiflənməsi, qabırğa arası məsafələrin azalması, mayenin olması

B) Düyünlər, ağciyər toxumasında boşluqlar, konus şəklində kölgə

C) Düyünlər, davamlı ocağlı infiltratlar

D) Konus şəklində kölgə, düyünlər, qabırğa arası məsafələrin artması

E) Ağciyər toxumasında boşluqlar, çox saylı infiltratlar, ağciyər şəklinin zəiflənməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
589) Veqener qranulematozu vaxtı böyrəklərin kliniki və morfoloji əlamətlərinə aiddir?
A) Diffuz proliferativ qlomerulonefrit, böyrək çatışmazlığı, proteinuriya, arterial hipertenziya

B) Membranoz nefropatiya, cüzi hematuriya, böyrəklərin minimal funksional pozğunluqları

C) Ocağlı və diffuz qlomerulonefritin simptomsuz inkişafı, kəskin və xroniki böyrək çatışmazlığı, hematuriya, proteinuriya

D) Mezanqial nefrit, sidik analizləri normaya uyğundur, böyrək funksiyaları dəyişilməyib

E) Diffuz proliferativ qlomerulonefrit, cüzi proteinuriya, hematuriya, piuriya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
590) Veqener qranulematozu vaxtı müşahidə olan hemorragik sistitin inkişafı vaskulitdən başqa hansı səbəblərdən asılıdır?
A) QKS qəbulu

B) Siklofosfomidin qəbulu

C) Sulfasalazinin qəbulu

D) Siklosporinin qəbulu

E) Metotreksatın qəbulu
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
591) Yuxarı və aşağı tənəffüs yolların və böyrəklərin zədələnməsindən başqa Veqener qranulematozu zamanı patoloji prosesə hansı orqanların və sistemlərin qatılması müşahidə olunur?
A) Gözlər, dəri, sümük-əzələ sistemi, sinir sistemi, perikard

B) Endokard, miokard, perikard, sümük-əzələ sistemi, gözlər

C) Mərkəzi və periferik sinir sistemi, retikulo-endotelial sistemi

D) Retikulo-endotelial sistemi, endokard, miokard, gözlər, dəri

E) Dəri, perikard, mərkəzi və periferik sistemi, oynaqlar
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
592) Veqener qrnulematozu zamanı diaqnostik əhəmiyyət daşıyan laborator göstəricilərinə hansılar aiddir?
A) Perinuklear antineytrofil sitoplazmatik anticisimlər (P-ANSA), qlobulinlərin azalması, eozinofiliya

B) Sitoplazmatik antineytrofil sitoplazmatik anticisimlər (S-ANSA), leykositoz, trombositoz, albuminlərin azalması, qlobulinlərin artması

C) ANA, EÇS artması, IgM, leykopeniya, anemiya, «C»- reaktivli zülal, albuminlərin artması, IgM, eozinofiliya

D) Antineytrofil sitoplazmatik anticisimlər (ANSA), ANA, leykopeniya, eozinofiliya

E) ANA, leykopeniya, «C»- reaktivli zülal, eozinofiliya, qaraciyər fermentləri, anemiya, kreatinin sidikdə, qanda sidik cövhəri
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
593) Ağciyərlərin və böyrəklərin müştərək zədələnməsi hansı xəstəliklərdə rast gəlir?
A) Revmatoidli artrit, Qudpasçer sindromu, Marfan sindromu

B) Sistemli qırmızı qurdeşənəyi, Qudpasçer sindromu, Veqener qranulematozu

C) Kaplan sindromu, Veqener qranulematozu, revmatoidli artrit

D) Qudpasçer sindromu, sistemli dermatomiozit, sistemli sklerodermiya

E) Qudpasçer sindromu, Kavasaki xəstəliyi, sistemli qırmızı qurdeşənəyi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
594) Veqener qranulematozun müalicə sxeminə aiddir?
A) Sulfasalazin, prednizolon

B) Siklofosfamid, prednizolon

C) Arava, prednizolon

D) Rofekoksib, prednizolon

E) Mabtera, prednizolon
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
595) Veqener qranulematozun müalicəsi nəticəsində hansı ağırlaşmalar inkişaf oluna bilər?
A) Kəskin böyrək çatışmazlığı, irinli empiema

B) Dərinin yoluxması, oynaqların yoluxması

C) Ağciyərlərin yoluxması, ağciyərlərin fibrozu

D) Ağciyərlərin yoluxması, böyrəklərin yoluxması

E) Miokardın infarktı, poliserozit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
596) Hemorragik vaskulit kimlərdə daha tez rast gəlir?
A) 10-30 yaş arasında qadınlarda

B) 20-50 yaş arasında olan pasientlər

C) Gündə 3-6 siqarət, qalyan çekən, tütün çeynəyən 18-50 yaşında pasientlərdə

D) 16 yaşa qədər uşaqlarda

E) 50 yaşdan sonra xəstəliyin tezliyi artır, qadınlar daha tez xəstələnir
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
597) Hemorragik vaskulit zamanı laborator göstəricilərin əsas dəyişiklikləri hansılardır?
A) Yüksək titrlə RF, hiperkomplementemiya, qaraciyər fermentlərin artması

B) Yüksək titrlə D-dimerlər, trombsitoz, yüksək titrlə perinuklear ANSA

C) EÇS artması, hipokomplementemiya, yüksək titrlə ANA, IgE artması

D) Yüksək C-reaktiv zülal, IgA artması, EÇS artması, RF, trombsitoz

E) Yüksək titrlə kardiolipinə, DNT qarşı anticisimlərin artması, IgM artması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572
598) Uşaqlarda hemorragik vaskulitin inkişafı hansı əlamətlərlə fərglənir?
A) Xəstəlik yuvenil revmatoidli artrit fonunda inkişaf edir

B) Xəstəlik yuxarı tənəffüs yolların infeksiasından sonra inkişaf edir

C) Xəstəlik kəskin streptokokk yoluxmadan sonra inkişaf edir

D) Xəstəlik fiziki yükləmədən sonra inkişaf edir

E) Xəstəlik müxtəlif dərman maddələrin qəbulundan sonra inkişaf edir
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 528-572


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin