Revmatologiya ixtisası üzrə yeni nümunəvi test sualları 09. 10. 2012-ci il tarixində əlavə olunub


) Sistemli polimiozit/dermatomiozit xəstələrdə antinuklear göstəricisinin (ANF) yüksək titrlə aşkar edilməsi nəyi təsdiqləyir?



Yüklə 234 Kb.
səhifə4/4
tarix03.02.2017
ölçüsü234 Kb.
#7561
1   2   3   4

168) Sistemli polimiozit/dermatomiozit xəstələrdə antinuklear göstəricisinin (ANF) yüksək titrlə aşkar edilməsi nəyi təsdiqləyir?
A) Polimiozit/ dermatomiozit xəstəliyin xoşagəlməz proqnozunu

B) Polimiozit/ dermatomiozit xəstələrdə ANF aşkar olunmur

C) Polimiozit/ dermatomiozit xəstəliyin yüksək aktivliyini

D) Skelet əzələlərinin zədələnməsini

E) Polimiozit/ dermatomiozit xəstələrdə çarpaz sindromu şəklində birləşdirici toxumanın başqa sistemli xəstəliklərinin inkişafını
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л.,Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 509
169) Böyrəklərin işemik zədələnməsi hansı sistemli vaskulitlər üçün xarakterik əlamətdir?
A) Düyünlü poliarteriit, Takayasu arteriti

B) Mikroskopik poliangiit, obliterəedən trombangiit

C) Çerc – Stross sindromu, Bexçet xəstəliyi

D) Şenleyn – Genox purpuru, Vegener qranulematozu

E) Kavasaki xəstəliyi, hemorragik vaskulit
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л.,Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 531
170) Bronxial astma və /ya allergik rinitin inkişafı hansı sistemli vaskulit üçün xarakterik əlamətdir?
A) Vegener qranulematozu

B) Düyünlü poliarteriit

C) Şenleyn – Genox purpuru

D) Çerc – Stross sindromu

E) Mikroskopik poliangiit
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 530
171) Xırda damarların vaskulitlərinin əsas seroloji markeru və patogenetik mediatoru hansı göstərici hesab olunur?
A) Tsiklik sitrullinləşən peptidə qarşı antitellər

B) Antinuklear antitellər

C) Antineytrofil sitoplazmatik antitellər

D) Belə göstərici təyin olmur

E) Antifosfolipid antitellər
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 531
172) Hansı vaskulitlərin patogenezində qanın reoloji pozqunluğları üstünlük təşkil edir?
A) Takayasu arteriiti

B) Kavasaki xəstəliyi

C) Mikroskopik poliangiit

D) Vegener qranulematozu

E) Krioqlobulinemik vaskulit
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 529
173) Şenleyn - Genox pupurunun xarakterik kliniki əlamətlərinə aiddir?
A) Yayılmış mononevrit

B) Böyrəklərin işemik zədələnməsi

C) Glomerulonefrit

D) Ağız boşluğunda, cinsi orqanlarda xora yaraların və düyünlü eritemanın inkişafı

E) Bronxial astma və/ya allergik rinit
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 529
174) Revmatoidli artrit vaxtı tez – tez inkişaf edən hiperhomosisteinemiyanın qarşısını hansı preparatın qəbulu ilə almaq olar?
A) Metotreksat

B) Sulfasalazin

C) Iltihab əleyhinə qeyri steroid preparatları

D) Heparin

E) Fol turşusu
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В. А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 651
175) Xroniki podaqra vaxtı qlükokortikoidlərin sistemli təyinatı hansı sxemlə tövsiyə olunur?
A) Prednizolonun kiçik dozada (5 – 7,5 mq) sistemli davamlı təyinatı

B) Puls – terapiya şəklində

C) Davamlı vaxt (6 ay – 1 il) alterasiyaedən sxem ilə: günaşırı -- birinci gün: prednizolon 40 mq dozasında, ikinci gün: 5 mq dozasında

D) Xroniki podaqra vaxtı qlükokortikoidlər təyin olunmur

E) Birinci gün: prednizolon 40 – 60 mq dozasında, hər sonrakı gün prednizolonun dozasını 5 mq azaltmaq
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В. А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 372 – 385
176) Göstərilən müddəalardan hansılar bisfosfonatların farmakokinetikasına aiddir?
A) Bağırsaqlarda bisfosfonatlar yüksək (40% - 60%) absorbsiya ilə fərqlənir

B) Bisfosonatların yarımömür dövrü çox qısadır

C) Bağırsaqlarda bisfosfonatlar çox az (1% - 10%) absorbsiya olunur

D) Qan plazmasında bisfosfonatların konsentrasiyası davamlı vaxt yüksək qalır

E) Bisfosfonatlar yüksək toksiklikliyə malikdir
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, с. 435
177) Sadalanan preparatlardan hansı sümük rezorbsiyasına ləngedici təsir göstərir?
A) Paratireoid hormonu

B) Boy hormonları

C) Ftor preparatları

D) Estrogenlər və estrogen – qestagen preparatlar

E) Anabolik steroidlər
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, с. 431 – 432
178) Hamiləlik zamanı revmatik xəstə qadınlar üçün göstərişlərə görə prednizolonun qəbulu hansı dozada nisbi təhlükəsiz sayılır?
A) 5 mq/sut dozasından az

B) 30 mq/sut dozasında

C) Hamiləlik vaxtı prednizolonun qəbulu qağanadır

D) 15 mq/sut dozasından az

E) 20 mq/sut dozasından az
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В. А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 642
179) Revmatik xəstəliklərin fəallaşması vaxtı xəstə hamilə qadınlarda prednizolonun sutkalıq dozasını artırmaq tövsiyə edilir – hansı sutkalıq dozaya qədər?
A) 50 mq/sut dozaya qədər

B) Dozanın artırılması hamiləliyə və dölün inkişafına mənfi təsir göstərə bilər

C) 15 mq/sut dozasından az

D) 20 – 30 mq/sut dozaya qədər

E) Revmatik xəstəliklərin fəallaşması vaxtı hamiləlik dayandırılır
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В. А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 642
180) Hamiləlik vaxtı revmatik xəstəliyin nəzarətini təmin etmək məqsədi ilə hansı preparatı xəstə qadınlara təyin etmək mümkündür?
A) Siklofosfamid

B) Penisillamin

C) Azatioprin

D) Kolxisin

E) Metotreksat
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В. А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 642 – 644
181) Hamiləlik vaxtı revmatik xəstəliyin nəzarətini təmin etmək məqsədi ilə hansı preparatı xəstə qaınlara təyin etmək olmaz?
A) Aminoxinolin preparatlar

B) Metotreksat

C) Damardaxili immunoqlobulin

D) Azatioprin

E) Siklosporin
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В. А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 642 – 644
182) Revmatoidli artrit xəstələrin vaxtından əvvəl ölümünün əsas səbəbi?
A) Böyrək çatmamazlığı

B) Ağciyərlərdə inkişaf edən interstisial pnevmoniya

C) Oynaqların ağır funksional zədələnməsi

D) Damarların aterosklerotik zədələnməsi ilə əlaqədar inkişaf edən kardiovaskulyar ağırlaşmalar

E) Şəkərli diabet
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В. А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 647 – 653
183) Nəzərə çarpan dərəcədə inkişaf edən leykositoz (leykositlər ˃ 18 x 109/l ) hansı revmatoloji xəstəliklər vaxtı müşahidə olur?
A) Şeqren xəstəliyi

B) Qırmızı qurdeşənəyi

C) Sistemli vaskulitlər

D) Revmatoidli artrit

E) Sistemli sklerodermiya
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В. А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 36 – 37
184) Forestye simptomu nəyi müəyyənləşdirə bilər?
A) Duruşun formasını

B) Onurğa sütununun boyun şöbəsinin hərəkətliyini

C) Onurğa sütununun bel şöbəsinin hərəkət məhdudliyini

D) Onurğa sütununun döş şöbəsinin hərəkətliyini

E) Ağrılı nöqtələri
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, с. 45
185) Osteoartrit vaxtı klassik massaja qarşı olan əks – göstərişlərə aiddir?
A) II – III mərhələ osteoartrit xəstələrində ikincili sinovitin inkişafı

B) Bədənin artıq kütləsi

C) Arteriyal təzyiq

D) Əzələ hipertrofiyası

E) Əks – göstərişlər yoxdur
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, с. 388 – 420
186) Bud sümüyünün başcığının aseptik nekrozunun erkən əlamətilərinə aiddir?
A) Gecə ağrıları, ələlxüsus bədənin vəziyyəti dəyişdiriləndə

B) Kəskin və “səbəbsiz” xarakter daşıyan ağrılar, ələlxüsus tutma şəklində

C) Hərəkət vaxtı inkişaf edən ağrılar, ələlxüsus axşama doğru

D) Hərəkət vaxtı, ələlxüsus müəyyən bir vəziyyətlərdə inkişaf edən ağrılar

E) Səhər ağrıları, ələlxüsus “buxovlanma” sindromu ilə birgə inkişaf edən
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В. А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 120 – 131
187) Polimiozit/dermatomiozitin inkişafı vaxtı hansı qrup əzələlərin zədələnməsi müşahidə olmur?
A) “Çanaq kəməri” əzələləri

B) “Çiyin kəməri” əzələləri

C) Qöz əzələləri

D) Boyun əzələləri

E) Udlaq əzələləri
Ədəbiyyat: Ədəbiyyat: Ревматические заболевания. Под ред. Джона Х.Клиппела и др. Перевод с английского под ред.Е.Л.Насоновой, В.А.Насонова, Ю.А.Олюнина. Том III, Заболевания мягких тканей. Москва, 2011, «ГЭОТАР-Медиа», с.120 – 123
188) Bisfosfonatların mədə - bağırsaq traktında rezorbsiyasının azalmasına gətirən hansı preparatın eyni vaxtda birgə qəbulu tövsiyə olunmur?
A) İltihab əlehinə qeyri steroid preparatları

B) Bioloji agentlər

C) Kalsium preparatları

D) Qlükokortikosteroidlər

E) “B” qrup vitaminləri
Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В. А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 589 – 598
189) Parasetomol müasir təsəvvürlərə görə siklooksigenazanın hansı izoformasına selektivli inhibəedən təsir göstərir?
A) Siklooksigenazanın qeyri selektiv inhibitorudur

B) Siklooksigenaza - 1

C) Siklooksigenaza - 3

D) Siklooksigenaza - 4

E) Siklooksigenaza - 2
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, с. 388 – 420
190) SAPHO – sindromu nədir?
A) Sinovit, akne, pustulyoz, hiperostoz, osteit

B) Sinovit, artralgiya, papillomatoz, hepatomegaliya, otoskleroz

C) Sinovit, anemiya, pankreatit, hipertireoz, osteoporoz

D) Sinovit, artrit, periostit, hepatoz, osteoxondropatiya

E) Sinovit, angiit, purpur, herpes, onixiya
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, с. 195– 199
191) Revmatik polimialgiya hansı yaşlarda əsasən inkişaf edir?
A) Uşaq və yeniyetmələrdə

B) Xəstəliyə 50 yaşına qədər qadınlar məruz qalır

C) 40 yaşına qədər cavan kişilər

D) Körpə və uşaqlarda

E) İnsan həyatının ikinci yarısında
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В. А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 562 – 565
192) Revmatik polimialgiyanın daimi əlaməti nədir?
A) Dəri zədələnmələri petexial səpki şəklində

B) Çiyin arteriyalarında asimmetrik sistolik arterial təzyiq

C) Reyno sindromu

D) Çiyin, bud – çanaq oynaqlarında və boyun nahiyəsində hərəkət məhdudluğu

E) Əl oynaqların simmetrik zədələnməsi
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В. А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 562 – 565
193) Revmatoidli artritin diaqnostikasında istifadə olunan və immunoferment üsulla keçirilən tsiklik sitrullin tərkibli pepetidə qarşı anticismlərin hansı səviyyəsi (anti - SSP) müsbət sayılır?
A) 5 vahid/ml və az

B) 1 vahid/ml və artıq

C) 10 vahid/ml və artıq

D) 5 vahid/ml və artıq

E) 15 vahid/ml və artıq
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, с. 87– 139
194) Revmatoidli artrit xəstələrin qanında komplementin C3 – komponentinin azalması nəyi göstərir?
A) Xəstəliyin remissiyasını

B) Still xəstəliyinin inkşafını

C) Xəstəliyin ağır oynaq – visseral formasını

D) Xəstəliyin yüngül oliqoartrit formasını

E) Komplementin C3 – komponenti bu xəstələrdə norma daxilində olur
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, с. 87– 139
195) Qanda ferritinin müayinəsinin hansı nəticəsi Still xəstəliyin diaqnostikası üçün müsbət əhəmiyyət daşiyir?
A) > 2000 vahid/ml

B) ≥ 500 vahid/ml və artıq

C) < 1000 vahid/ml

D) < 500 vahid/ml

E) ≥ 1000 vahid/ml
Ədəbiyyat: Ədəbiyyat:Ismayılova S.S. Revmatoidli artrit: diaqnostika və müalicəsinin aktual məsələləri, Bakı. – 2008. 52-55s.
196) 50 yaşdan sonra pasientdə sistem əlamətləri olmadan Reyno sindromunun və diqital nekrozun inkişafı hansı xəstəlik haqqında düşünməyə vədar edir?
A) Horton xəstəliyi

B) Şiş prosesi

C) Obliterəedən tromboangiit

D) Revmatik polimialgiya

E) Autoimmun tireodit
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л.,Насоновой В. А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 661 – 674
197) Əvəzedici hormonal terapiyanın təyinatı menopauza dövrü hansı sistemli xəstəliyin kəskinləşməsinə səbəb ola bilər?
A) Sistemli sklerodermiya

B) Revmatoidli artrit

C) Osteoporoz

D) Sistemli dermatomiozit/polimiozit

E) Sistemli qırmızı qurdeşənəyi
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство. Под ред. Насонова Е.Л., Насоновой В. А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 647 – 661
198) Qığırdağın quruluşunu modifikasiyaedən dərman preparatların təyinatı osteoartrozun müalicəsində hansı məsələni həll edir?
A) Müalicənin ikinci məsələsini

B) Birincili profilaktika məsələsini

C) Müalicənin birinci məsələsini

D) Müalicənin üçüncü məsələsini

E) İkincili profilaktika məsələsini
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, с. 386 – 420
199) Neri simptomu onurğa sütununun hansı patologiyası vaxtı inkişaf edir?
A) Boyun şöbəsinin ostoeoxondrozu

B) Bel şöbəsinin ostoeoxondrozu

C) Ankilozedən spondiloartrit

D) Onurğa sütununun osteoxondropatiyası

E) Döş şöbəsinin ostoeoxondrozu
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, с. 386 – 420
200) Humoral immunitet sisteminin funksional vəziyyətinin qiymətləndirilməsi üçün hansı laborator müayinə keçirilir?
A) Qan plazmasında immunoqlobulinlərin kəmiyyət müayinəsi

B) Sirkulyasiya edən immun komplekslərin müayinəsi

C) Revmatoidli faktorun müayinəsi

D) Komplementin komponenetlərinin müayinəsi



E) Mononuklear faqositlərin funksional aktivliyinin öyrənilməsi
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Под общей ред. В.И. Мазурова. Санкт Петербург: Фолиант, 2005, с. 87 – 139
Yüklə 234 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin