34) Xoreyanı təyin etmək üçün hansı simptomlar daha əhəmiyyətlidir?
A) Yuxarı ətrafların titrəmə simptomu, çiyin kəmərinin zəifləmə simptomu
B) Filatovun göz və dil simptomu, diplopiya simptomu
C) Filatovun göz və dil simptomu, peritoniumun qıcıqlanma simptomu
D) Çiyin kəmərinin zəifləmə simptomu, uveit
E) Filatovun göz və dil simptomu, çiyin kəmərinin zəifləmə simptomu
Ədəbiyyat: Носков С.М. Ревматология. Актуальные вопросы. Ростов-на–Дону, 2007. – «Медицина», стр.122-127
35) Kəskin revmatik qızdırma vaxtı döş qəfəsinin rentgenoqrafiyası hansı məqsədlə keçirilir?
A) Ağ ciyərlərdə çoxlu sayda infiltratların müəyyən edilməsi
B) Rentgenoloji dəyişikliklər müəyyən olunmur
C) Kardiomeqaliya və kiçik qan dövranında durğunluq əlamətlərinin müəyyən edilməsi
D) Ürək hüdudlarının və aortanın genişlənməsinin müəyyən edilməsi
E) Kardiomeqaliya və böyük qan dövranında durğunluq əlamətlərinin müəyyən edilməsi
Ədəbiyyat: Кардиология — Национальное руководство по кардиологии под ред. Ю.Н.Беленкова – М.: Гэотар-Медиа, 2008. – стр. 1086 - 1099
36) Yumşaq toxuma elementlərinin zədələnməsini hansı instrumental üsulla təyin etmək daha məqsədə uyğundur?
A) Kompüterli tomoqafiya
B) Artroskopiya
C) Ultrasəs tomoqrafiya
D) Rentgenoqrafiya
E) Densitometriya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва, 2008, «ГЭОТАР-Медиа», 61- 62 стр.
37) Birincili və ikincili Reyno sindromunun diaqnozunu hansı instrumental üsulla təyin etmək daha məqsədə uyğundur?
A) Kompüterli tomoqrafiya
B) Rentgenoqrafiya
C) Kapillyaрoskopiya
D) Maqnit Rezonans tədqiqatı
E) Ultrasəs tomoqrafiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва, 2008, «ГЭОТАР-Медиа», 147-151 c.
Dostları ilə paylaş: |