tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017
184. Mexaniki avadanlıq və qurğuların istismarında sökülə bilən birləşmələr hansılardır?
A) Pərçim, oynaq, qaynaq, mufta birləşməsi
B) Sancaq, bolt, işgil, mufta birləşməsi
C) Qaynaq, bolt, sancaq, pərçim birləşməsi
D) Lehim, pərçim, bolt, işgil birləşməsi
E) Yapışqanli, mufta, sancaq, bolt birləşməsi
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Həbibov, O.Mirzəyev. Mühəndis qrafikası: birləşmələr. Bakı, 2018
185. Kəmərdə, artıq qazın atmosferə buraxılması üçün ........................ quraşdırılır. (Nöqtələrin yerinə düzgün
olan cavabı qeyd edin)
A) Siyirtmə
B) Atıcı klapan
C) Qoruyucu klapan
D) Tənzimləyici
E) Kran
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017
186. Xətti kranların üzərinə aşağıda sadalanan hansı tələb qoyulur?
A) Yalnız krandan sonrakı nöqtədə qazın təzyiqinin ölçülməsi üçün manometrlə təchiz olunmalıdır
B) Qazın təzyiqinin krandan əvvəl və krandan sonrakı nöqtələrində ölçülməsi üçün manometrlərlə və baypas
sistemi ilə təchiz olunmalıdır
C) Yalnız qazın təzyiqinin krandan əvvəl və krandan sonrakı nöqtələrində ölçülməsi üçün manometrlərlə
təchiz olunmalıdır
D) Yalnız krandan əvvəlki nöqtədə qazın təzyiqinin ölçülməsi üçün manometrlə və baypas sistemi ilə təchiz
olunmalıdır
E) Yalnız krandan sonrakı nöqtədə qazın təzyiqinin ölçülməsi üçün manometrlə və baypas sistemi ilə təchiz
olunmalıdır
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları.
Bakı, 2013
187. Qaz kəmərlərində təmir işləri apararkən qaynaq və izolə işlərinin eyni vaxta görülməsi hansı şəraitdə
qadağandır?
A) İşlər xəndəkdə yerinə yetirilərkən
B) İşlər açıq havada yerinə yetirilərkən
C) İlkin yanğın söndürmə vasitələri olmadıqda
D) Təmir işləri aparılan ərazidəki kranlar saxlamadıqda
E) İşçilər fərdi mühafizə vasitələrindən istifadə etmədikdə
Testin çətinlik dərəcəsi: Asan