tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz
166. Kompressorun yaratdığı tam basqı hansı artımı xarakterizə edir?
A) Məhsuldarlığın artımını
B) Təzyiqin artımını
C) Qaz axını enerjisi artımını
D) Temperaturun artımını
E) Qazın sürətinin ardımını
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Ə. Canəhmədov, R. Qurbanov. Neft-mədən kompressor maşın və stansiyaları. Bakı, 2001
167. Qoruyucu klapanların işləmə dəqiqliyi nəzarət olunan təzyiqin hansı həddinə tənzimlənməlidir?
A) (-5%)
B) (+10%)
C) (-15%)
D) (+5%)
E) (-10%)
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları.
Bakı, 2013
168. Təbii qazın qazın komponent tərkibi hansı cihazlailə təyin edilir?
A) Barometr-Aneroidlə
B) Piknometrlə
C) Xromotoqrafla
D) Difmanometrlə
E) Vakkummetrlə
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017
169. Həcmi kompressorlar hansılardır?
A) Mərkəzdən qaçan və oxvari
B) Oxvari və rotorlu
C) Pistonlu və mərkəzdənqaçma
D) Pistonlu və oxvari
E) Pistonlu və rotorlu
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Ə. Canəhmədov, R. Qurbanov, A.Ağayev,M. Seyidov, K.Məmmədov. Neft-mədən maşın və
stansiyaları. Bakı, 2001
170. Bütün təzyiqli yeraltı qaz kəmərlərinin dəmir yolu və tramvay yolları ilə, I, II, və III – dərəcəli avtomobil
yolları ilə, həmçinin şəhərin hüdudlarında sürətli yollarla, magistral küçələrlə və ümumşəhər əhəmiyyətli
yollarla kəsişdiyi yerlərdə çəkilməsi zamanı boru kəmərlərində nələr nəzərdə tutulmalıdır?
A) Atqı klapanı
B) Tənzimləyici
C) Qoruyucu klapan
D) Polad futlyar