tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz
162. Təbii qazın mexaniki, bərk və maye qarışıqlarından təmizlənməsi hansı qurğular vasitəsilə həyata
keçirilir?
A) Qazanalizator və toztutucu
B) “Siklon” seperator və filtr-seperator
C) Sipər və siyirtmə
D) Odorant çəni və drenaj
E) Toztutucu və drenaj
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017
163. Qaz plitələri quraşdırılan mətbəxin həcmi dördgözlü plitələr üçün ən az neçə kub metr olmamalıdır?
A) 12
B) 16
C) 15
D) 14
E) 8
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq
edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011
164. Hüquqi şəxs olan istehlakçının qazdan istifadəyə cavabdehlik barədə mülahizələrdən hansı doğrudur?
A) Hüquqi şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik mənzil
kommunal idarəsi daşıyır
B) Hüquqi şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik qaz
paylayıcısı daşıyır
C) Hüquqi şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik
istehlakçı daşıyır
D) Hüquqi şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik Qaz
Nəzarəti İdarəsi daşıyır
E) Hüquqi şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik
nəzarətçi-çilingər daşıyır
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq
edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011
165. Flans birləşmələrinin quraşdırılması hansı üsulla aparılır?
A) Xaçvari üsulu ilə
B) Qaynaq üsulu ilə
C) Ardıcıl üsulu ilə
D) Bolt birləşməsi ilə
E) Dioqanal üsulu ilə