Rəy və təklifləriniz üçün



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə3/57
tarix31.07.2023
ölçüsü0,96 Mb.
#138156
1   2   3   4   5   6   7   8   9   ...   57
Qaz paylayıcı stansiyanın operatoru UiyxWul (1)

tt@socar.az 
elektron ünvanına müraciət edə bilərsiniz
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf 
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017 
10. Daşıyıcı qaz kəmərlərində qaz sızmalarının mövcudluğu ....................... yoxlanılır. (Nöqtələrin yerinə 
düzgün olan cavabı qeyd edin)
A) Kəmərə əlavə təzyiq verməklə 
B) Sakit şəraitdə qulaq asmaqla 
C) Sabunlu su məhlulu vasitəsilə 
D) Odorant qatmaqla 
E) Qazoanalizator vasitəsi ilə 
Testin çətinlik dərəcəsi: Asan 
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf 
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017 
11. Qaz avadanlıqlarının təmiri zamanı elektrik aparatları ilə (laqunda və s.) kəsmə və səthi təmizləmə işləri 
aparılarkən aşağıdakılardan hansının yerinə yetirilməsi qadağandır? 
A) Kəsmə və səthi təmizləmə aparatları ilə işləyərkən qısa müddətli işin dayandırılması müddətində və yaxud 
fasilə zamanı elektrik aparatları elektrik şəbəkəsindən açılmamalıdır 
B) Kəsmə və səthi təmizləmə işləri görülən yerlər 10m radiusda asan alışan və yanar maddələrdən 
təmizlənməlidir 
C) Kəsmə və səthi təmizləmə aparatları ilə işləyərkən qığılcımın təsirindən mühafizə olunmaq üçün işçilər 
xüsusi fərdi mühafizə vasitələri ilə təchiz olunmalıdır 
D) Kəsmə və səthi təmizləmə aparatları ilə işləyərkən ehtimal olunan alovlanmanın qarşısını almaq üçün 
işlərin aparıldığı və yaxınlıqda olan otaqlar və sahələr yoxlanılmalıdır 
E) Kəsmə və səthi təmizləmə aparatları ilə işləyərkən ehtimal olunan alovlanmanın qarşısını almaq üçün 
işlərin aparıldığı və yaxınlıqda olan otaqlar və sahələr 1 saat ərzində nəzarətdə saxlanılmalıdır 
Testin çətinlik dərəcəsi: Asan 
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf 
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017 
12. Sənaye qaz qurğusu olan istehlakçının qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya 
azaltmaq haqqında müraciətinə, qaz paylayıcısı tərəfindən hansı müddətdə baxılaraq əsaslandırılmış qərar 
qəbul edilməklə istehlakçı məlumatlandırılmalıdır? 
A) 10 iş günü müddətində 
B) Müraciət qəbul olunduğu gün 
C) 5 iş günü müddətində 
D) 10 gün müddətində
E) 5 gün müddətində 
Testin çətinlik dərəcəsi: Asan 
İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq 
edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011 
13. Qaz təsərrüfatı müəssisəsində qaz sızması barədə məlumatı qəbul edən şəxs abonentə ilkin olaraq hansı 
məlumatı verməlidir? 
A) Briqada gələnədək təhlükəsizliyin təmin edilməsi barədə təlimatlandırmalı 
B) Öz adı və soyadını abonentə bildirməli 


Rəy və təklifləriniz üçün 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin