Rəy və təklifləriniz üçün
tt@socar.az
elektron ünvanına
müraciət edə bilərsiniz
Qaz paylayıcı stansiyanın operatoru
peşəsi üzrə test tapşırıqları
1. Təbii qazın hər 1000 kub metr hissəsinə qatılan odorantın, qış fəslində miqdarı nə qədər müəyyən
olunub?
A) 1,6 qrаm
B) 8 qrаm
C) 16 qrаm
D) 0,8 qrаm
E) 32 qrаm
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında
texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017
2. Xarici boru kəmərləri aşağıdakılardan hansıdır?
A) Binadan kənarda çəkilmiş yeraltı və ya yerüstü
B) Binanın xarici divarının konstruksiyasına qədər olan yeraltı və yerüstü
C) Məhəllələrarası (həyətlərarası) çəkilən yeraltı və yerüstü
D) Yer səthindən yuxarı
çəkilən qaz kəməri
E) Yeraltı və yerüstü
magistral qaz kəmərləri
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları.
Bakı, 2013
3. Hansı məqsədlər üçün qaza etilmerkaptan (odorantın) qatılır?
A) Qazın keyfiyyətinin artırılması üçün
B) Qazın tam yanmasının təmin edilməsi üçün
C) Qazın təzyiqinin aşağı salınması üçün
D) Qaza spesifik iy vermək üçün
E) Qazın təzyiqinin artırılması üçün
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017
4. Qoruyucu klapanların buraxabilmə qabiliyyəti nədən asılıdır?
A)
Mayenin xüsusi çəkisindən
B) Klapanın növündən
C) Klapan yəhərinin en kəsik sahəsindən
D) Mayenin özlülüyündən
E) Mayenin axma sürətindən
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları.
Bakı, 2013