Rəyçilər: Yeganə Qəhrəmanova


Pafos həqiqəti üzə çıxarmalı, tərəflərin münasibətini aydınlaşdırmalıydı. Kim daha çox pafosla danışsa, o haqlı ola bilərdi. Loqos



Yüklə 374,31 Kb.
səhifə39/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   35   36   37   38   39   40   41   42   ...   113
İşgüzar -A5 (1) 2003

Pafos həqiqəti üzə çıxarmalı, tərəflərin münasibətini aydınlaşdırmalıydı. Kim daha çox pafosla danışsa, o haqlı ola bilərdi.
Loqos hər şeyi dillə dəqiq şəkildə ifadə etmək idi. Kimin dili zəngin olsa, o dövlət qalib gələ bilərdi.
Ritorikanın tarixi e.ə. V-IV əsrlərdən başlanır. Ritorikanı həm sənət, həm də elm kimi başa düşmək lazımdır. Qədim Yunanıstanda məhkəmələr açıq havada keçirilmiş, çoxsaylı insanlar toplaşmış, bayramlar, təziyələr, görüşlər çox izdihamlı olmuşdur. Burada xalqın dərin hörmətini qazanmış Demosfen, Lisi, Sokrat, Perik kimi məşhur ritorlar çıxış etmişdir.
Yunanıstanda ritorika VI-III əsrdə çiçəklənmə dövrü keçirmişdir. Belə ki, Hesiodun “Zəhmətlər və günlər”, Ezopun təmsilləri, Esxilin “Safoklan”, Aristofanın komediyaları, Herodotun və digərlərinin əsərləri bəlağətli nitqin meydana gəlməsinə çox kömək etmişdir.
Sokrat (469-399), Əflatun (430/427-347), Aristotel (384-322) bir-birinin şagirdi olaraq dünya fəlsəfi-humanitar elmlərin incilərini yaratmışlar.
Aristotel Əflatunu və Sokratı qabaqlayaraq ritorikanın fundamental elmi sistemini yaratmışdır. Onun “Metafizika”, “Məntiq”, “Siyasət”, “Poetika”, “Analitika”, “Ritorika” əsərləri heç vaxt əhəmiyyətini itirməyən əsərlərdir.
Şərq ölkələrində (Çində, Hindistanda, Ərəbistanda) ritorikanın inkişafı üçün geniş şərait olmuşdur. Bu ölkələrdə din xadimləri dini kitabların şərhini bəlağətlə dinləyicilərə çatdırıblar. VII əsrdə (əsrin axırlarında) Xəlil İbn Əhməd Əl-Fərabi ərəb poeziyası üçün ritmik-melodik modellər kəşf etmişdir. Həmin modellər əsasında “Qurani-Kərim”in ayələrini xüsusi avazla oxumaq mümkün olmuşdur. İslam dininin VII əsrdə meydana gəlməsi bu dövrün görkəmli natiqlərindən olan Məhəmməd Peyğəmbərin (570-632) yetişməsinə imkan yaratmışdır. Məhəmməd Peyğəmbər özünə gələn vəhyləri adamlara çatdırmış, Quranın hökmlərini güclü bir natiq kimi çıxış edərək insanlara, möminlərə yetirmişdir.
XI əsrin sonları XII əsrin əvvəllərində Azərbaycanda ərəb nüfuzu zəifləmiş, fars nüfuzu güclənmişdir. Bu dövrdə yaşayan Azərbaycan alimləri, mütəfəkkirləri və siyasət adamları mahir ritorlar olmuşdur. Onların sırasında Nizamül-Mülk, Nəsrəddin Tusi, Məhəmməd Hinduşah Naxçıvani, görkəmli söz ustaları Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Xaqani Şirvani və digərləri xüsusilə fərqlənmişdir.

Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin