Katolik bayramları Katolik kilsənin liturgiya ilində beş əsas mərhələ seçilir: Advent yaxud Milad orucu – noyabrın son bazar günündən 25 dekabra qədər; Milad dövrü – 25 dekabrdan (Milad) 2 fevrala qədər (Sreteniye). Böyük oruc təsbit olunmuş başlanğıc tarixinə malik deyil: Kül çərçivəsindən Pasxaya qədər; Pasxa dövrü Pasxadan Müqəddəs Ruhun enişi gününə qədər uzanır; qalan dövr adi vaxt adlanır – onun dövründə, əlbəttə ki, müxtəlif bayramlar var, lakin onlar üçün xüsusi davranış qaydaları yoxdur.
Daima və xüsusən Böyük oruc vaxtı Xaç yolu ibadəti keçirilir. Onun gedişində İsanın yer həyatının son hadisələri xatırlanır. Bu ibadətin icrası üçün məbədin divarlarında “stoyaniya” adlanan və müvafiq hadisənin təsviri olan rəsmi, yaxud barelyellər yerləşdirilib. İbadət zamanı insanlar bir stoyaniyanın yanından digərinə keçirlər, buna görə onların gedişatına mane olmayacaq yerdə dayanmaq lazımdır. Eyni istək təntənəli kütləvi yerişlər zamanı davranışa aiddir.
Təntənəli ibadət – messa icra edilən hər bazar günü çox vacib bayram hesab edilir. Messa vaxtı insanlar skamyalarda oturur, yaxud divarlar boyu dayanırlar.
Məbəddə ancaq ehtiyac yarandıqda gəzmək lazımdır. Messa vaxtı kütləvi yerişlər ola biləcəyi üçün keçidlərdə duraraq onlara maneə törətmək lazım deyil.
Messanın mərkəz anı xüsusi təntənəliyə riayət edilən Müqəddəs sovqatların verilməsi məqamıdır ki, insanlar sükuta riayət edərək dayanır, yaxud diz çökürlər.
Daha vacib bir detal priçastiyedir. Qeyri-katolik xaçpərəstlər katolik kilsədə priçastiye ayinini icra etmələri üçün öz ruhani atalarının icazəsinə malik olsalar, daha yaxşı olar.
Davranışına diqqət tələb edən Tanrıya səcdənin başqa forması müqəddəs sövqatlara səcdədir. Bu zaman müqəddəs sovqatlar sovqat saxlanılan yerdə aşkara çıxarılır, dindarlar diz çökərək ibadət sükutu və seyr etməkdə olurlar. Təbii ki, bu vaxt məbəddə hərəkətetmə, söhbətlər, səs-küy minimuna endirilməlidir.
Bütün digər hallarda özünü ətrafdakılar kimi aparmaq lazımdır, çünki Katolik kilsədə çox müxtəlif olan və vahid qaydaya salına bilinməyən yerli ənənələr böyük əhəmiyyət kəsb edir.
Sinaqoq Yəhudi icmasının dini və ictimai mərkəzi sinoqoqdur (synagoge yun. Toplantı deməkdir). Onun mövcudluğu haqqında ilk məlumatlar e.ə. III əsrə aiddir.
Qədim zamanlarda yəhudilərin yeganə ibadət yeri hər gün ibadətlər edilən və din xadimlərinin qurban kəsdiyi Qüds məbədi idi. Məbəd dua və möizə üçün məkan rolunda çıxış edirdi, həmçinin orada dindarlar Əhdi-ətiqi öyrənir və Yəhudi qanunlarına müvafiq olaraq necə hərəkət etmək barədə izahatlar alırdılar. E.ə. IV əsrdə Babil çarı Navuxodonosor məbədi dağıtmış, yəhudi əhalisinin xeyli hissəsi zorla Babilə aparılmışdır.
Vətənindən ayrı düşmüş və məbəd qurbanları icra etməkdən məhrum olan sürgün edilmiş yəhudilər əsas diqqəti ibadətə və Əhdi-ətiqin öyrənilməsinə yönəltdilər. Onlar ibadət toplantılarını keçirirdilər. Belə toplantı məkanları “sinaqoq” adını aldı. Sinaqoq yəhudi xalqı vətənə döndükdən və Qüds məbədi bərpa edildikdən sonra da onun həyatında mühüm rol oynayırdı. B.ə. 70-ci ilində romalılar yenidən Qüds məbədini dağıtdılar və bu andan etibarən sinaqoq dini sitayişin icrasının tək məkanına və yəhudilərin ictimai həyatının mərkəzinə çevrildi.
Hal-hazırda iudaizmdə ultraortodoksallardan tutmuş ultraliberallara qədər müxtəlif cərəyanlar mövcuddur. Nəticədə müxtəlif yəhudi icmalarında ibadətlər xeyli fərqlənə bilərlər. Qədim ənənələr daha çox ortodoksal iudaizmdə qorunub saxlanılmaqdadır.
Ortodoksal sinaqoqlarda ibadət adətən gündə üç dəfə icra edilir, bayram və şənbə günləri əlavə dualar oxunur. Qüds məbədi dövründən irəli gələn ənənəyə əsasən, qadınlar üçün sinaqoqda yer ya kişilərin yerlərindən çəpərlə ayrılır, ya da qadınlar qaleriyadakı yerləri tuturlar. Sinaqoqda başıaçıq olmalarına qadağa qoyulmuş kişilər səhər duası zamanı dördbucaq şəklindəki, uclarında 4 kist (sisit) olan yun materialdan ibarət xüsusi dua örtüyü (talit) taxırlar. Adi günlərdə səhər duası zamanı kişilər tfilin – içərisində Əhdi-ətiqdən mətnlər qeyd edilmiş perqament hissəcikləri olan yun qutucuqları taxırlar. Uzun kəmərciklər vasitəsilə bu qutucuqlar dua edənlərin alnı və sol əlinə bağladılır.
Sinaqoqa daxil olarkən və müəyyən duaların oxunuşu zamanı baş əymək qəbul edilib. Dualar ayaqüstə, yaxud oturaraq deyilir: bayram ibadətlərinin ayrı-ayrı məqamları istisna olmaqla, dua edənlərə üzüquylu düşmək və ya dizüstə çökməyə icazə verilmir. Dualar ivritdə, bir sıra dualar isə qədim yəhudilərin gündəlik ünsiyyət dili olan aramit (aramey) dilində oxunur.
Əsrlər boyu formalaşmış ibadət qaydası ardıcıllığı dini təqvimin bu və ya digər gününə müvafiq olan müəyyən duaların deyilişini nəzərdə tutur. İbadətə istənilən yəhudi – kişi rəhbərlik edə bilər. Böyük icmalarda bayram və şənbə günlərində duaların oxunması üçün xüsusi olaraq şəxsinə xüsusi hörmət bəslənən adam – xazzan təyin edilir (bəzən onu kişi xoru müşaiyət edir). Liturgiyanın bəzi hissələri sinaqoqda olanların hamısı tərəfindən oxunur.
İbadətin mərkəzi anı lülə şəklində bükülmüş kağızda Tövratın (Musa beşkitablığı) gətirilməsi və oxunuşudur. Tövratdan parçalar müəyyən günlərdə elə oxunulur ki, bütövlükdə Tövrat bir il ərzində oxunsun. Tövrata əlavə olaraq Peyğəmbərlərin kitablarından parçalar oxunur: bunun üçün xüsusi qiraətçi – maftir çağrılır. Tövratın oxunuşu fəxri vəzifə sayılır: qədimlərdə Tövratı icma üzvləri növbə ilə oxuyurdu, hal-hazırda isə icma üzvləri oxunuşa xüsusən təntənəli hallarda dəvət edilirlər. Lakin adətən böyük icmalarda dini kitabın oxunuşu üçün qədim yəhudi dinini mükəmməl bilən reçitativ (mahnı arasında danışıq) məharətinə malik xüsusi qiraətçi dəvət edilir. Oxunuşdan sonra Tövrat təntənəli şəkildə sinaqoqda gəzdirilir və dindarlar böyük ehtiramla ona toxunurlar. İbadətin hazırlanmasına, dua kitablarının paylanmasına, Tövrat parçalarının hazırlanmasına nəzarət etmək vəzifəsi xüsusi işçinin – şamaşanın üzərinə qoyulur.
İudaizmin digər qollarına (mühafizəkar, islahatçı, liberal) aid olan bir çox icmalarda sinaqoq ənənələri xeyli fərqlənə bilər. Əksər ölkələrdə ibadətin bir hissəsi həmin ölkənin dilində aparıla bilər və bu zaman ivrit və başqa dildə duaların nisbəti müxtəlif icmalarda fərqli ola bilər. Müxtəlif icmaların ibadətlərində duaların tərkibinin özü də dəyişir.