Rəyçilər: Yeganə Qəhrəmanova



Yüklə 374,31 Kb.
səhifə66/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   62   63   64   65   66   67   68   69   ...   113
İşgüzar -A5 (1) 2003

Logistikanın tarixi. Bir elm sahəsi kimi logistika 1950-ci illərin əvvəllərində ilk dəfə olaraq ABŞ-da mülki sahədə formalaşmağa başladı. Logistikanın təkamülü baxımından XX əsrdə yaranmaqla onu bir neçə tarixi inkişaf mərhələlərinə bölmək olar:

  • Birinci mərhələ 1920-1950-ci illəri əhatə edir. Bu dövrdə logistika biznes fəaliyyətindən kənarda idi və biznes fəaliyyəti üçün əhəmiyyətsiz hesab olunurdu.

  • İkinci mərhələ 1950-ci illərin ortalarından 1970-ci ilə qədərki dövrü əhatə edir. Mütəxəssislər bu dövrü logistikanın yaranması dövrünə aid edirlər.

  • Üçüncü mərhələ 1970-ci ildən 1980-ci illərin ortalarına kimi olan müddəti əhatə edir. ABŞ Miçiqan Universitetinin logistika üzrə nüfuzlu mütəxəssislərindən sayılan Donald Bauersons bu dövrü logistik intibah dövrü adlandırmışdır.

  • Dördüncü mərhələ logistikanın perspektiv inkişaf mərhələləri adlanır. Bu mərhələ istehsal, təchizat, satış və istehlak prosesinin hər birinə kompleks yanaşmaqla logistik sistemlərin tam qurulmasını nəzərdə tutur.

Logistikanın metodoloji əsasları. Logistikanın və logistik menecmentin müasir nəzəriyyələri aşağıdakı metodologiyalara əsaslanır:

  1. Sistemli təhlil;

  2. Kibernetik yanaşma;

  3. Əməliyyatların tədqiqi;

  4. İqtisadi-riyazi modelləşdirmə.

Logistik sistemlərin təhlili və sintezi zamanı yaranan konkret problemlərin həlli üçün müxtəlif iqtisadi səviyyələrdə proqram-məqsədli planlaşdırma, funksional sistemli təhlil, proqnozlaşdırma, modelləşdirmə və s. kimi idarəetmə metodlarından müfəssəl bir formada istifadə olunur. Logistik menecment praktikasında metodologiya və nəzəri tədqiqatın nəticələrindən istifadə etməklə Qərb dövlətlərində alim və mütəxəssislərin əməli fəaliyyətlərini əlaqələndirə bilən çoxlu sayda logistik cəmiyyətlər, təşkilatlar və assosasiyalar yaradılmışdır. ABŞ-da isə logistik problemlərlə məşğul olan “Amerika cəmiyyəti”, “Menecment problemləri üzrə Amerika Şurası”, Britaniyada “Logistika institutu və bölüşdürmənin idarə edilməsi”, İspaniyada “Logistika mərkəzi”, Fransada “İstehsal logistika mərkəzi” kimi təşkilatlar yaranmışdır.

Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin