Rəyçilər: Yeganə Qəhrəmanova


Yazılı işgüzar kommunikasiya



Yüklə 374,31 Kb.
səhifə74/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   70   71   72   73   74   75   76   77   ...   113
İşgüzar -A5 (1) 2003

Yazılı işgüzar kommunikasiya
Yazılı işgüzar ünsiyyət. Yazılı işgüzar üslubdan idarə, müəssisə və təşkilatlarda işgüzar yazışmaların aparılması prosesində daha çox isifadə olunur. Bu üslub dilçilər tərəfindən müxtəlif formalarda adlandırılır: yazılı işgüzar üslub, rəsmi üslub, qanunların dili, işgüzar dil, rəsmi sənəd dili və s. Bunların hamısı mahiyyət etibarı ilə eyni mənanı daşıyır. Yazılı sənədləşmələrin aparılması, informasiyanın paylanması və ondan istifadə olunması, işgüzar aləmdə normal fəaliyyətin həyata keçirilməsində mühüm rol oynayır.
Yazılı işgüzar üslubun formalaşması XVI əsrdən başlamışdır. Azərbaycanda dövlətçiliyin təşəkkül tapdığı Xətai dövründə müxtəlif sənəd nümunələri yaranmış, dövlətlərarası yazışmalardan istifadə olunmuşdur. Sonralar bu üslub daha da inkişaf etmiş və mükəmməlləşmişdir. Onu da qeyd edək ki, sovet dövründə, bir qayda olaraq, yazışmaların rus dilində aparılması ilə bağlı olaraq Azərbaycanda yazılı işgüzar üslubun inkişafı bir qədər zəifləmişdir. Müstəqillik dövründən sonra yazılı işgüzar üsluba olan tələb getdikcə artmış və üslubun inkişafı getdikcə genişlənmişdir.
Müasir dövrdə dövlətin əsas prioritet istiqamətlərindən biri də yazılı işgüzar ünsiyyətin dövlət əhəmiyyətli məsələlərindən biri kimi həyata keçirilməsidir. Dünyada gedən qloballaşma, inteqrasiya prosesləri yazılı işgüzar ünsiyyətin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Həm ölkənin daxili siyasətində, həm də xarici siyasətdə mədəniyyətin və mədəniyyətlərarası dialoqun genişlənməsinə xüsusi önəm verilir. Bu da yazılı işgüzar ünsiyyətin rolunu, əhəmiyyətini gün-gündən artırır. Dövlətin sosial, iqtisadi və mədəni inkişafına nail olmaq üçün yazılı işgüzar ünsiyyətin düzgün həyata keçirilməsi olduqca vacibdir.
Yazılı işgüzar ünsiyyətin həyata keçirilməsində əsas məqsəd sağlam ünsiyyət yaratmağa, daxildə və beynəlxalq aləmdə dövlətin imicinin yüksəlməsinə xidmət etməkdir. Bu ünsiyyət işgüzar aləmdə fiziki və hüquqi şəxslər arasında münasibətlərin qurulmasında böyük rol oynayır.
Yazılı işgüzar ünsiyyət hər hansı sənədin səlis, aydın, savadlı və məzmunlu tərtib edilməsi üçün istifadə olunan qayda və vasitələrin məcmusudur. Bu qayda və vasitələr nə qədər düzgün tətbiq olunarsa, bir o qədər sənədlərin məzmunu, mənası əhəmiyyətli görünər. Odur ki, yazılı işgüzar ünsiyyətdə sənədlərdəki hər bir mülahizə, fikir kifayət qədər faktlarla zəngin olmalıdır. Sənəddəki faktlar konkret faktlara, məlumatlara söykənərsə, bu, sənədin dəqiq və etibarlı olmasına, məzmununun düzgün başa düşülməsinə inamı artırır.
Yazılı işgüzar ünsiyyətdəki sənədlərin məqsədi odur ki, müəllif öz mövqeyini ünvanladığı şəxsə çatdıra bilsin. Ona görə də sənəd savadlı və inandırıcı olmalıdır ki, məqsədə nail olmaq mümkün olsun. Eyni zamanda sənəddə qrammatik, etik və digər qaydalar yüksək səviyyədə olmalıdır. Belə olarsa, işgüzar əlaqələr inkişaf edər, idarə, müəssisə, təşkilat barədə müsbət təəssürat yarana bilər. Bu da işgüzar münasibətlərin gələcək perspektivlərinin uğur qazanmasına əsas yaradan şərtlərdən biri kimi qiymətləndirilməlidir.

Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin