Rəyçilər: Yeganə Qəhrəmanova


CV yazarkən ən çox edilən səhvlər



Yüklə 374,31 Kb.
səhifə82/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   78   79   80   81   82   83   84   85   ...   113
İşgüzar -A5 (1) 2003

CV yazarkən ən çox edilən səhvlər. CV ünvanlanan şəxsdə sizin barənizdə ilk fikir formalaşmasına səbəb olan vasitədir. Əgər tərcümeyi-halınızı əl yazısı ilə təqdim edirsinizsə, bu zaman xəttinizin səliqəli olmasına fikir verir. Əgər elektron formada təqdim edirsinizsə, bu zaman yazınızın strukturunun səliqəli olmasına diqqət yetirin və heç bir çap xətasına yol verməyin. İstifadə etdiyiniz söz və cümlələrin anlaşılan və axıcı olmasına çalışın. Çünki istifadə etdiyiniz yazı üslubu işə götürənin fikrinə ciddi təsir edir. İşə götürənin sizinlə bağlı bilmək istədiyi məlumatlara daha çox yer verin. Məsələn, hansı məktəbi bitirdiyinizdən çox, hansı universiteti bitirdiyiniz və hansı ixtisasa yiyələndiyiniz daha vacibdir.
Sahib olduğunuz təcrübələr (iş və s.) çox önəmli və əsas xətanın olduğu bölümdür. Staj və ya professional işdə nələr etdiyiniz, hansı şirkətin hansı departamentində vəzifəniz olduğu və vəzifəniz boyunca nə icra etdiyiniz çox önəmli məlumatdır. Bu hissə namizədin işə nə qədər uyğun olduğunu təyin edən əsas meyarlardandır. Çox yaxşı strukturda yazılmış təcrübə hissəsi sizi müsahibə mərhələsinə 1-0 öndə başlamağınıza səbəb olur.
Təcrübə hissəsində məlumatların tam olaraq çatdırılmaması əsas problemlərdən biridir. Şirkətlərin standartlarına uyğun bir işçi axtarışı zamanı ilk baxdıqları nöqtə iş təcrübəsi olur və bu hissə tam dolğun olmalıdır, bütün önəmli məlumatlar yer almalıdır.
Çox qısa və ya uzun CV formaları bir standart xətasıdır. Çox uzun CV formaları işəgötürənin sizin barənizdə gərəkli məlumatları almasına mane olur. Çox qısa CV isə sizin haqqınızda dolğun məlumat əldə etməyə imkan vermir. Çalışmaq lazımdır ki, yaradıcı CV forması hazırlansın. Yəni CV hazırlayan özünü burada tərənnüm etməyi bacarmalıdır.
CV rezümedən nə ilə fərqlənir? Rezüme amerikan yanaşması, amerikan tərzidir. Amerikan yanaşmasına əsasən Curriculum Vital alimin və yaxud elmi əməkdaşın, kitabxanaçının, müəllimin və ya tədqiqatçının elmi sənədidir. İlk növbədə, burada təhsil ətraflı şəkildə təsvir edilir. İş təcrübəsinə də bir o qədər diqqət ayrılır. Belə bir sənədin ölçüsü 3 və daha çox səhifədir. CV təhsil və iş barədə daha dərin məlumatların verildiyi sənəddir. Lakin bununla yanaşı, Avropa və Böyük Britaniyada amerikalıların rezüme adlandırdığı sənəd də CV adlandırılır.
Əsl rezümenin isə CV-dən keyfiyyət baxımından fərqləri aşağıdakılardır:

  • qısalıq (əsasən 1 səhifə)

  • müəyyən edilmiş bir vəzifə və işəgötürənə istiqamətlənmək (hər bir vakansiya üçün ayrı bir rezümenin hazırlanması məqsədəuyğundur);

  • rezümeni hazırlayarkən sərbəstliyə sahib olmaq.


Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin