Risk qrupuna daxil olan təhsil alanlar


Zərərli vərdişləri olan ( narkotik, spirtli içki, psixotrop dərmanlar qəbul etdiyindən şübhələnilən) şagirdlərlə iş



Yüklə 18,8 Kb.
səhifə3/3
tarix20.05.2023
ölçüsü18,8 Kb.
#118260
növüQaydalar
1   2   3
Risk qrupuna daxil olan təhsil alanlar

Zərərli vərdişləri olan ( narkotik, spirtli içki, psixotrop dərmanlar qəbul etdiyindən şübhələnilən) şagirdlərlə iş

  1. Narkotik asılılığı olduğu düşünülən uşaqla konsultasiya aparılır.

  2. Şagird haqqında ərtaflı məlumat almaq məqsədilə ailə ilə görüşmə aparılır.

  3. Şagirdin məktəb kollektivi arasında qınaq obyektinə çevrilməsinin qarşısı alınır.

  4. Nakomaniya haqqında şagirdlərin inkişaf xüsusiyyətləri nəzərə alınaraq maarifləndirmə işləri görülür.

  5. Narkotik maddənin təsiri altında olduğu düşünülən şagird tibb mərkəzlərinə yönləndirilir.

  6. Narkotik aslılıq simptomları mövzusunda ailə, müəllim və məktəbin idarə heyyəti maarifləndirilir.

  7. Məktəb içərisində ailə, müəllim və məktəbin idarə heyyəti birgə qoruyucu və önləyici tədbirlər həyata keçirir.

Qeyd: Xüsusi təhsilə ehtiyacı olan şagirdlərin risqli vəziyyətlərə daha çox məruz qaldığı müşahidə edilir. Bu səbəblə müəllimlər bu məsələyə daha diqqətlə yanaşmalıdır. Xüsusi təhsilə ehtiyacı olan uşaqların məruz qaldıqları laqeyd münasibətləri, şiddəti, cinsi zorakılığı ifadə etmə, mövcud vəziyyəti qavrama və kömək istəmə bacarıqların məhdud olduğu da nəzərə alınmalıdır.
Məktəbli üçün ən böyük problemlərdən biri də kütləvi informasiya vasitələrinin xəbərlərinə münasibətindən qaynaqlanır. Məktəbliləri və onların hər hansı düşünülməmiş, ancaq birbaşa taleyinə təsir edəcək davranışını xəbərin mərkəzinə gətirən media nümayəndələri bununla da məktəbli psixologiyasına zərbə vurur. Hazırda mediada hər cür - ailələrdə zorakılıq faktlarından tutmuş intiharlara qədər müxtəlif xəbərlər yayılır. Uşaqlar isə özünü həmin xəbərlərin “qəhrəman”larına bənzədirlər. Psixoloqlar valideynlərə xəbərdarlıq edir: “Bu xəbərlərin təsiri şəksizdir. Amma bu cür xəbərləri ailədə uşaqdan gizlətməyə çalışmaq da doğru deyil. Bu, cəmiyyətdə baş verənlərə qarşı uşağın hazırlıqsız yaxalanmasına səbəb ola bilər. Gözünü açanda cəmiyyətdə qarşılaşdığı intihar, zorakılıq, aqressiya və başqa hallarla mübarizə apara bilməz və nəticə onun üçün daha ağır olar. Ən yaxşı halda həyatda daha çox səhv edib özünü itirər. Uşaqların valideynləri ilə söhbət eləmək imkanları olmalıdır. Münasibətlər elə qurulmalıdır ki, uşaq onu maraqlandıran suala valideynindən cavab ala bilsin, onun kimi səhvlərə meyilli olan həmyaşıdlarından yox”.
Uşaqlarla danışmaq, onlara fikir sərbəstliyi vermək valideynə nə qazandıracaq? Psixoloq deyir ki, valideyn övladını düzgün istiqamətə yönləndirə biləcək: “Valideynlər “uşağa yaraşmayan” hər hansı sualı eşitməkdən də, onu cavablandırmaqdan da qorxmamalıdır. Tutaq ki, yeniyetməlik dövrünə xas və böyüklərin qəbul etməkdə çətinlik çəkdiyi suallara görə uşağa aqressiv münasibət göstərmək lazım deyil. Bunun əvəzində ana, ya da ata övladına öz dəyərlər sisteminə uyğun cavablar verməlidir. Ancaq həmin dəyərləri də uşağa qəbul etdirmək üçün israr etməməlidir. Ona vaxt verməlidir ki, öz dəyərlər sistemini formalaşdırsın. Əks halda valideynini avtoritar kimi qəbul edəcək və ona qarşı mübarizə istəyi yaranacaq. Çox vaxt uşaq başlanğıcda valideyninin dəyərlər sistemini qəbul etməsə də, müəyyən vaxtdan sonra deyilənlərlə razılaşır. Amma bunun üçün ona zaman vermək lazımdır”.
Yüklə 18,8 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin