Risklərin idarə edilməsi


Riskin xarakterik xüsusiyyətləri



Yüklə 213,14 Kb.
səhifə3/3
tarix27.11.2022
ölçüsü213,14 Kb.
#70853
1   2   3
Risklərin idarə edilməsi

Riskin xarakterik xüsusiyyətləri

  • Riskin bir sıra xarakterik xüsusiyyətləri var:
  • 1. Qeyri-müəyyənlik:
  • Risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur;
  • 2. Zərər:
  • Risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur;
  • 3. Analiz imkanı:
  • Risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur;
  • 4. Əhəmiyyətlilik:
  • Risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur. Risk mənsubiyyətsiz mövcud deyil.

Risklərin Klasifikasiyası:

  • Risklərin Klasifikasiyası:
  • Risklərin bir çox klassifikasiyası mövcuddur. Mümkün nəticələrdən asılı olaraq risklər 2 qrupa ayrılır:
  • 1. Xalis risklər - mənfi, yaxud "0" nəticə almaq mümkünlüyü;
  • 2. Spekulyativ risklər - həm mənfi, həm də müsbət nəticələr almaq mümkünlüyü.
  • İqtisadiyyatın istənilən sahəsi, həm ticarət, həm xidmət, həm də istehsalat sahəsi öz fəaliyyət mexanizminə və mühütünə uyğun olan risklərə məruz qalır.
  • Bu cür risklərin qarşısını almaq, onların mənfi təsirinin həcmini azaltmaq məqsədilə hər bir şirkətdə risklərin qiymətləndirilməsi və onlara nəzarət sistemi yaradılmalıdır. Şirkətlərdə risklərin effektiv idarə etmə sisteminin formalaşdırılması şirkətin bütün maraqlı şəxslərinin mənafeyinə cavab verməklə, onun fəaliyyətinin səmərəliliyin təmin edilməsi istiqamətində ciddi addımdır.
  • Risklərin idarə olunması (risk-management) - xoşagəlməz nəticələrin meydana çıxması ehtimalının azaldılmasına və qərarların qəbulu zamanı mümkün itkilərin minimuma endirilməsinə istiqamələnmiş idarəetmə qərarlarının qəbulu və həyata keçirilməsi prosesidir.

Yüklə 213,14 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin