1.2. Riyaziyyat məsələləri və onların növləri
Qeyd edək ki, qeyri-standart məsələlərin həlli metodlarını (cədvəl 1) və onların həllinin axtarılmasını (cədvəl 2) aşağıdakı sxemlərdə göstərmək olar. Məsələnin həlli prosesi
Cədvəl 1
Obyektlərin xarakterləri üzrə
Riyazi məsələlər
Standart məsələlər
Nəzəriyyəyə
münasibət üzrə
Qeyri-standart məsələlər
Axtarılanların tapılması
(dərk edilməsi)
Təlbələrin xarakteri üzrə
Çevrilmə və ya qurma
İsbat və ya izah
Cədvəl 2
Məsələ
Məsələnin təhlili
Cavab
Həllin yoxlanılması
Həll planının reallaşdırılması
Həllin planı
Həllin təhlili
Məsələnin araşdırılması
Həll üsulunun axtarılması
Məsələnin sxematik yazılması
MMmm
Məsələnin tərkib hissələri. İstənilən məsələni nəzərdən keçirsək orada müəyyən şərtlərə (verilənlərə) əsasən axtarılan suala cavabın tapılması sualının (tələbin) olduğunu görərik. Deməli, məsələnin quruluşuna görə aşağıdakı əsas hissələrinə ayırmaq olar:
şərt (verilənlər)
sual (tələb).
Məsələ. Düzbucaqlı üçbucaqda daxilə çəkilmiş çevrənin toxunma nöqtəsi hipetonuzu 5 sm və 12sm parçalarına ayırır. Üçbucağın katetlərini tapın.
Məsələni alarıq, təbii ki, biz onu diqqətlə oxuyuruq. Həmin məsələdə aşağıdakı elementar şərtləri ayırmaq olar:
Məsələdə sözü gedən üçbucaq düzbucaqlıdır;
Bu üçbucağın daxilinə çevrə çəkilmişdir;
Çevrənin hipetonuzla toxunma nöqtəsi onu iki parçaya bölür;
Bu parçalardan birinin uzunluğu 5 sm-dir;
Digər parçanın uzunluğu 12 sm-dir.
Bu məsələnin iki elementar tələbini göstərmək olar:
Üçbucağın bir katetinin uzunluğunu tapın;
Üçbucağın digər katetinin uzunluğunu tapın.
Məsələ ifadəsində şərtlərin və tələbin ayrılması prosesinə məsələnin təhlili deyilir.
Məsələnin ifadəsində şərtlərin və tələbin ayrılması heç də həmişə belə asan olmur. Bir sıra hallarda bu məqsədlə onun ifadə formasını dəyişmək lazım gəlir.
Məsələ. Onluq say sistemində 2100 ədədinin yazılışında neçə sıfır vardır.
Məsələ bir cümlə ilə ifadə olunmuşdur. Onun sualına diqqət yetirdikdə aşağıdakı şərtləri ayırmaq olar:
2100 natural ədəddir;
Onu onluq say sistemində çoxrəqəmli ədəd şəklində yazmaq olar.
Onda məsələnin tələbi aşağıdakı kimi olar: bu çoxrəqəmli ədədin yazılışında neçə rəqəm olduğunu tapın.
Qeyd edək ki, məsələ həlli bacarığına məsələni təhlil etmək və onun mahiyyətinə nifuz etmək başlıca işdir.
Dostları ilə paylaş: |