713) Divertikullar daha çox harda rast gəlinir?
A) Nazik bağırsaqda
B) Onikibarmaq bağırsaqda
C) Qida borusunda
D) Çənbər bağırsaqda
E) Mədədə
Ədəbiyyat: В.Л.Ривкин, А.С.Бронлетеин, С.Н.Файн. Руководство по колопроктологии. «Медицина», Москва, 2001. (Г)
714) Köndələn çənbər bağırsağın təzə yaralanmaları zamanı nə göstərişdir?
A) Yaranın tikilməsi
B) Kolostomiya
C) Yaranın tikilməsi və qarın boşluğunun drenajı
D) Hemikolektomiya
E) Laxey əməliyyatı
Ədəbiyyat: И.З.Козлов, С.З.Горшков, В.С.Волков. Повреждения живота. «Медицина», Москва, 1988. (Г)
715) Peritonitin gedişinin ağırlığı nədən asılı deyil?
A) Mikrofloranın xarakterindən
B) Zülal, elektrolit mübadiləsi və turşu-qələvi tarazlığının pozulması dərəcəsindən
C) Hipovolemiyadan
D) İntoksikasiyanın dərəcəsindən
E) Xəstənin bədən çəkisindən
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.; А.А.Гринберг. Неотложная абдоминальная хирургия. «Триада-Х», Москва, 2000.; М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва,1987.
Dostları ilə paylaş: |