82) Xəncərvari çıxıntının yırtığının səbəbi nədir?
A) Xəstənin həddən artıq köklüyü
B) Xəstənin hiperstenik döş qəfəsinə malik olması
C) Xəncərvari çıxıntının anadangəlmə və qazanılma defekti
D) Qarnın düz əzələsinin diastazası
E) Epiqastral nahiyədə əmələ gələn böyük lipoma
Ədəbiyyat: Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
83) Xəncərvari çıxıntının yırtığı zamanı xəstənin şikayətləri ən çox nədən olur?
A) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin öddaşı və xroniki pankreatitə oxşamasından
B) Göbək nahiyəsində ağrılardan və qucmadan
C) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin stenokardiya,xora xəstəliyi və qastritə oxşamasından
D) Xəncərvari çıxıntının altında yerinə düzələn şişkinlik olur və ağrı olmur
E) Sağ qabırğaaltı nahiyədə ağrılardan və qusmadan
Ədəbiyyat: Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
Dostları ilə paylaş: |