Руководство для врачей. Под ред. Н. И. Дегтерева М., 2004, 578 с. 2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?


) Nazik bağırsaq şişinin hansı ağırlaşması tez- tez rast gəlinir?



Yüklə 259,89 Kb.
səhifə321/331
tarix02.01.2022
ölçüsü259,89 Kb.
#1435
növüРуководство
1   ...   317   318   319   320   321   322   323   324   ...   331
878) Nazik bağırsaq şişinin hansı ağırlaşması tez- tez rast gəlinir?
A) bağırsaq keşməməzliyi

B) fistulanın əmələ gəlməsi

C) şişin perforasiyası

D) şişdən qanaxma

E) kiçik çanağa metastazlar
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
879) 67 yaşlı xəstə qarnın sağ yarısında ağrıdan, köpdən, bir neçə dəfə qusmadan və bundan sonra az müddətli yaxşılaşmadan şikayətlə daxil oldu. Əvvəllərdə xəstədə qarnın sağ yarısında ağrılar, qəbzlik və hərdən duru nəcis ifrazı ilə əvəzlənmə olub. Obyektiv olaraq qarın bir qədər sağ tərəfdə köpdür, tənəffüsdə iştirak edir, yumşaqdır, sağda ağrılıdır və ön divarda bir qədər əzələ gərginliyi və güclü peristaltika müəyyən edilir. Təmizləyici imalədən sonra xəstədə nəcis ifrazı olub buna baxmayaraq qarnında köp və ağrı qalmaqdadır. Birinci növbədə hansı diaqnostik müayinə aparmaq lazımdır?
A) rektoromonoskopiya

B) qanın ümumi müayinəsi

C) fibrokolonoskopiya

D) qarın boşluğunun rentgen müayinəsi

E) USM
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
880) Xəstədə müayinələr əsasında düz bağırsağın yuxarı ampulyar şöbəsinin xərçəngi diaqnozu qoyulmuşdur. Histoloji müayinə yüksək differensiyalı adenokarsinoma müəyyən etmişdir. Şiş anusdan 9 sm yuxarıda yerləşir və ətraf toxumalara sirayət etmir. Kəskin bağırsaq keçməməzliyi əlamətləri yoxdur. Xəstəyə hansı həcmdə cərrahi əməliyyat aparmaq mümkündür.
A) Mikulic əməliyyatı

B) düz bağırsağın ön rezeksiyası

C) düz bağırsağın qarın aralıq ekstirpasiyası

D) hartman əməliyyatı

E) qoşalüləli kolostoma qoyulması
Ədəbiyyat: В.Д.Федоров. Рак прямой кишки. «Медицина», Москва, 1987.
881) Xəstə 57 yaşında, döş qəfəsinin sağ yarısında ağrılar, hərarət, üşütmə, öskürək şikayətləri ilə daxil olmuşdur. Döş qəfəsinin rentgenoqrammasında sağ ağ ciyərin orta payında homogen kölgə müəyyən edilir. Anamnezdən məlum olur ki, son bir ildə həkimlər xəstədə 4 dəfə sağ tərəfli orta payın pnevmoniyası diaqnozu qoymuşlar. Bu halda hansı xəstəlik güman oluna bilər?
A) ağ ciyərin mərkəzi xərçəngi

B) bronxun xərçəngi

C) vərəm

D) bronxoektaziya xəstəliyi

E) ağ ciyərin periferik xərçəngi
Ədəbiyyat: А.Х.Трахтенберг. Рак легкого. «Медицина», Москва, 1987.
882) Xəstə 53 yaşında, baxış zamanı sol süd vəzisi kiçilmiş, deformasiyaya uğramışdır. Dəri örtüyü infiltrasiya edərək qabarlı təbəqəyə çevrilmişdir. Dərinin bəzi yerlərində xoralaşma və qansızma aşkar olunur. Gilə batmışdır, sol qoltuqaltı çuxurda böyümüş, bərkimiş limfa düyünləri əllənir, menopauza. Bu halda hansı müalicə taktikasının seçilməsi məqsədə uyğundur?
A) süd vəzisinin amputasiyası + kimyaterapiya

B) genişləndirilmiş radikal mastektomiya

C) kimyaterapiya + hormonal müalicə

D) şüa terapiyası

E) kombinə olunmuş müalicə
Ədəbiyyat: Е.А.Колосов, А.Г.Захарян. Рецидивы злокачественных опухолей и прогноз для больных. Киров, 1995. Н.Н.Трапезников, В.П.Летягин, Д.А.Алиев. Лечение опухолей молочной железы. «Медицина», Москва, 1989.


Yüklə 259,89 Kb.

Dostları ilə paylaş:
1   ...   317   318   319   320   321   322   323   324   ...   331




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin