883) Operasiyadan qabaq aparılan şüa müalicəsinin məqsədləri:
A) xəstənin vəziyyətinin yaxşılaşması
B) immobilizasiyanın asanlaşması, cərrahi əməliyyata kömək
C) residivlərin profilaktikası
D) şişin ölçülərinin kiçilməsi
E) şişin ölçülərinin kiçilməsi, residiv və metastazların qarşısının alınması
Ədəbiyyat: B.Ə.Baxşıyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı, 2004.
884) Ağır vəziyyətdə olan xəstəyə ilkin yardım məqsədilə hansı tədbirlər vacibdir:
A) radioprotektorun qəbulu
B) qusma əleyhinə tədbirlər
C) hemosorbsiya
D) dərinin dezaktivasiyası
E) reanimasion tədbirlər
Ədəbiyyat: З.Д.Линденбратен, Ф.М.Лйасс. Медицинская радиология. «Медицина», Москва, 1986.
885) Kəskin şüa xəstəliyi zamanı hansı sistem tərəfindən kliniki əlamətlər mütləqdir:
A) qanyaradıcı sistem
B) immun sistem
C) mərkəzi sinir sistemi
D) ürək damar sistemi
E) həzm sistemi
Ədəbiyyat: B.Ə.Baxşiyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı, 2004.
886) Kəskin şüa xəstəliyi zamanı periferik qanın analizində ilk növbədə miqdarı azalır:
A) limfositlərin
B) trombositlərin
C) neytrofillərin
D) eritrositlərin
E) leykositlərin
Ədəbiyyat: З.Д.Линденбратен, Ф.М.Лйасс. Медицинская радиология. «Медицина», Москва , 1986.
Dostları ilə paylaş: |