723) Qaraciyərxarici portal hipertenziyanın daimi simptomu nədir?
A) Splenomeqaliya
B) Burun selikli qişasının qanaxması
C) Ümumi zəiflik
D) Uşaqlığın qanaxması
E) Qızdırma
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва,1987.
724) Öd yollarının erkən əməliyyatdan sonrakı dövrdə baş verən təzə zədələnmələrinə aşağıdakı hansı müayinənin nəticəsinə əsasən diaqnoz qoyulur?
A) Fistuloxolangioqrafiya
B) USM
C) Retroqrad xolangiopankreatoqrafiya
D) Retroqrad xolangiopankreatoqrafiya+ dəridən qaraciyərdən keçən xolangioqrafiya
E) Dəridən qaraciyərdən keçən xolangioqrafiya
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
725) Erkən əməliyyatdan sonrakı dövrdə öd yollarının kəsilməsi necə təzahür edir?
A) Hıçqırma
B) Öd axma sindromu
C) İrinli xolangit
D) Ödlü qusma
E) Mexaniki sarılıq
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
726) Erkən əməliyyatdan sonrakı dövrdə qaraciyərdən xaric öd yollarının bağlanması hansı əlamətlərlə təzahür edir?
A) Qızdırma
B) Pankreonekroz
C) Öd axma
D) Mexaniki sarılıq
E) Öd pertoniti
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
727) Xarici öd fistulası olan xəstələrdə öd yollarının vəziyyətinin qiymətləndirilməsinin daha sadə üsulunu göstərin.
A) Fistuloxolanqioqrafiya
B) RXPQ
C) Qara ciyərin sintiqrafiyası
D) Dəridən qara ciyərdən keçən xolanqioqrafiya
E) USM
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999. (Г)
Dostları ilə paylaş: |